Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


haqqında, milli məfkurə haqqında suallara cavab tapmağa



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə10/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

35
haqqında, milli məfkurə haqqında suallara cavab tapmağa 
cəhdlər edilib. Bizim birgə axtarışlarımız və etirafl arımız, 
dostluğumuza və sağlam məntiqə söykənən mənəvi yaxın-
lığımız kitabın məzmununa tamam başqa, gözlənilməz və 
yeni rəng qatıb. İndi artıq aydındır ki, bu kitabı oxumayan 
insan bizə dolğun və obyektiv qiymət verə bilməz”. 
O görüşümüzdə biz “Uçurum üzərində ovçu fəryadı” adlı ki-
tabımızın  “Hakimiyyət və  mənəvi zənginlik və ya bu iki silahın 
çarların, xanların, kralların və prezidentlərin taleyində rolu” başlıqlı 
hissəsinə dəyişikliklər və əlavələr etmək barədə razılığa gəldik. Biz 
artıq bu işə başlamışdıq ki, Aytmatovun təxirəsalınmaz işi çıxdı 
və o, təcili Brüsselə yola düşdü. O, gedəndən sonra uzun müddət 
düşündüyümüz işə başlaya bilmədik. Şıkenin ölümündən sonra isə 
bizim planımız reallaşdırılmamış qaldı. Mən isə hələ də bu əlavələri 
“Uçurum üzərində ovçu fəryadı”-na daxil edə bilməmişəm. Onların 
bəzilərindən qısa parçalar: 
“AYTMATOV.  Bəşəriyyət  ən qədim və yeni tarixi 
dövründə  ən böyük fəlakətləri  əsasən öz tiran başçıları 
üzündən yaşayıb.  Əgər biz, misal üçün, yalnız 20-ci əsri 
və hazırkı əsrin əvvəlini götürsək, gözümüzün qarşısında 
bayraqlarında şəxsiyyətə pərəstiş ideyası həkk olunan on-
larla qaniçən diktatorun sıralandığını görərik. Məsələn, 
əgər Sovet İttifaqına 31 il rəhbərlik etmiş Stalin, az qala 50  
milyon insanın repressiyaya uğraması və edam edilməsini 
təşkil edibsə, qonşu Çində  “Böyük rəhbər” adlandırılan 
Mao Dzedun “Böyük sıçrayış” və “Mədəni inqilab” id-
eyaları altında 65 milyon insanı o dünyaya göndərib. 
Buna baxmayaraq mən Qorbaçovun nümayəndə heyətinin 
tərkibində Çində olarkən, Maonu tənqid edən, pisləyən bir 
eyhamla da rastlaşmadım.  Əksinə, orada xalqa “böyük 
rəhbərə” xüsusi ehtiram, məhəbbət aşılanır.  Mən buna çox 
təəccübləndim. Məlumdur ki, bütün dövrlərdə ictimai rəy 
güclü təbliğat vasitəsilə xalqın beyninin yuyulması yolu ilə 


36
formalaşdırılır.  Məgər Sovet İttifaqında Stalinin göstərişi 
ilə ölüm hökmünə  məhkum edilənlər güllələnmədən  əv-
vəl “Yaşasın yoldaş Stalin” deyə  qışqırmırdılarmı? Acı 
həqiqət budur ki, insanların böyük əksəriyyəti təbliğatın 
gücü qarşısında acizdirlər.  Şimali Koreyanın “millətin 
günəşi” adlandırılan “dahi” rəhbəri Kim İr Sen kimi onun 
yerinə gəlmiş oğlu Kim Çen İr də “21-ci əsrin günəşi” adı-
na layiq görülüb. Hər bir xalqın içində elə bədzatlar var 
ki, “günəşin hökmdarı” və ya günəşin özü olmaq istəyirlər. 
Hakimiyyəti illərində dustaqxanalarda iki milyondan çox 
insanın həlak olduğu Kim İr Sen də belələrindəndir. 
ŞAXANOV.  Əslində yalnız bu “Günəşə” 35 min 
heykəlin ucaldıldığı  Şimali Koreyadan danışmaq  ədalət-
sizlikdir. Vaxtilə  Səddam Hüseyn şəkillərinin  İraqın 
bütün küçələrində, dövlət idarələrində, mədəniyyət 
mərkəzlərində, xəstəxanalarda, məscidlərdə, qablarda, 
qol saatlarında, oyuncaqlarda, breloklarda olması ilə ki-
fayətlənməyərək yeni qərar verir. Onun xüsusi göstərişi ilə 
ölkədə ucaldılan hündürmərtəbəli binaların bütün  kər-
picləri üzərinə “Səddam Hüseyn dövründə tikilib” sözləri 
yazılmalı idi. İraqın Kütləvi informasiya vasitələri yorul-
madan Səddamı “millətin atası” kimi təbliğ edirdilər. Əgər 
haradasa məktəb, xəstəxana inşa olunurdusa, 100 metrlik 
bir yol çəkilirdisə və ya mağaza tikilirdisə aləmə car çəkil-
irdi ki, bu yalnız Səddamın uzaqgörənliyi sayəsində müm-
kün olub.  Səddam adına universitetlər, stadionlar, aero-
portlar, rəhbərin  şəxsi iqamətgahları tikilirdi. Səddamın 
dahiliyini tərənnüm edən tərif dolu kitablar, sənədli fi lm-
lərin sayı-hesabı yox idi. Tədbirlər zamanı insanlar onun-
la təkcə görüşmək yox, həm də “qiymətli  əlini” öpməyə 
çalışırdılar.  Əvvəlcədən təşkil olunmuş bütün görüşlər 
xalqın öz rəhbərinə sonsuz məhəbbəti kimi təqdim edilir-
di. Çində isə “Mədəni inqilab” dövründə əgər velosipedçi 


37
öz velosipedi üzərindən və ya sinəsindən Mao Dzedunun 
şəklini asmırdısa, yoldan ötənlər onu yerə yıxıb təpikliyir-
dilər.  Qatarlarda və avtobuslarda hamılıqla Mao Dzedun-
dan sitatları əzbər söyləmək, özü də bir-neçə dəfə ardıcıl 
olaraq, məcburi idi. Kim ümumi xora qoşulmayaraq Ma-
onun sözlərini ucadan demirdisə, xalq düşməni elan edil-
irdi, məsuliyyətə  cəlb olunurdu və güllələnirdi. Maonun 
sözlərini  şüarlar və plakatlar şəklində nümayiş etdirmək 
ənənəyə çevrilmişdi. Eyni zamanda klassik ədəbiyyat nü-
munələrini və başqa dillərdən tərcümə edilmiş kitabları 
cıraraq yandırırdılar. Şıke, bir çinli diplomat gizlicə mənə 
bildirmişdi ki, yandırılanlar arasında sizin də kitablar var 
idi.
 
AYTMATOV. Şübhəsiz ki, şəxsiyyətə pərəstiş və yal-
taqlıq yoluxucu xəstəliyə bənzəyir. Bizim keçmiş Sovet İtti-
faqından çixmış bəzi rəhbərlərimiz Stalin, Xruşov və Bre-
jnev dövrünün dərslərindən lazımi nəticə çıxartmayıblar. 
Məsələn Çerçil, Linkoln və Ruzvelt kimi şəxsiyyətlər, dün-
ya səviyyəsində tanınan dahilərin yetişdiyi İngiltərə və ya 
Amerikada hər hansı bir fərdə sitayiş etmək, hakimiyyə-
tin başında duran şəxsi Allaha, günəşə, aya bənzətmək heç 
kimin ağlına da gəlmir.  Bir dəfə Trotski Buxarin barədə 
demişdi: “Onun rəhbər olmaq üçün çox böyük imkanları 
var. Amma, xarakter cəhətdən zəifdir”. Stalinlə ayaqlaşa 
bilmək üçün Buxarinin xasiyyətində zalımlıq,  şöhrət və 
qələbələr yanğısı, sonsuz, qarşısıalınmaz hakimiyyət həris-
liyi çatmırdı. Trotski bunu dəqiq müəyyənləşdirə bilmişdi. 
Son nəticədə o vaxt çoxlarının başına gələn Buxarinin də 
başına gəldi və o güllələndi.
Bu yerdə ötən  əsrin ikinci yarısında Uqandaya rəh-
bərlik etmiş diktator İdi Amin barədə də danışmamaq düz 
olmazdı. O, özünü “ömürlük prezident, yerdə bütün hey-


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə