Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə18/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   14   15   16   17   18   19   20   21   ...   93

64
Dostlarıma deyəcəm,
Paxıllıqdan ölsünlər...
-  Nə gic-gic danışırsan? – 
Nənəsi lap hirsləndi. – 
Yazıçı Aytmatovu
Gör kimlə səhv salırsan?
Petka üzün çevirib
Sakitcə mızıldadı:
-  Əşi mən nə bilime...
Düşündüm ki, bu əmi
O məşhur rok-ulduzdur. 
-  Inciməyin siz Allah, - 
Dedi qadın utancaq
Qıp-qırmızı olaraq – 
Bağışlayın – söylədi... 
Məni fi kir götürdü – 
Axı bu yazıq uşaq
Elektron merkantil bir əsrin məhsuludur...
Nənəsi istəsə də
Onu dəyişə bilməz. 
Ay Allah, Doğrudanmı 
qarşısı alınmazdı, 
Bu müasir  
Musiqi manqurtluğu, 
Hay-küyü, 
Yoluxucu xəstəlik tək
Hər tərəfə yayılan
Gəncliyimizin ağlını, 
Mənəviyyatını alan?!


65
1999-cu ilin 13-16 may tarixlərində  Moskvada “Dünya 
mədəniyyəti və üçüncü minillik ərəfəsində sivilizasiyaların əlaqəsi” 
mövzusunda beynəlxalq forum keçirilməli idi. Bundan bir gün 
əvvəl Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük zalında 
forum nümayəndələrinin iştirakı ilə “Sivilizasiyaların yanılması” 
əsərinin müzakirəsinə həsr olunmuş oxucu konfransı oldu. Növbəti 
gün Aytmatovun təşəbbüsü ilə  mən bir daha yuxarıda adı  çəkilən 
romandan “kompüterbaş yarımadamlara” həsr olunmuş  fəsli hesabat 
formasında oxudum. 
Güman edirəm Almaniya, Yaponiya, Pakistan, Türkiyə, 
Bolqaristan, Ukrayna, Azərbaycan və Qırğızıstan oxucuları arasında 
qızğın müzakirələrə səbəb olmuş bu şeirin burda təqdim edilməsi pis 
olmaz...


66
KOMPÜTERBAŞ YARIMADAMLAR
(Mənəviyyatsızlıq formulu)
Bir müdrik qocadan 
Qonaqları soruşur:
- Neçə uşağınız var? 
- Bir 
yarım, - deyir qoca
Sonra da davam edir – 
Siz təəccüblənməyin, 
Əslində 
Üç oğlum var. 
Hamısı da
Ağıllı, 
Oxumuş uşaqlardır. 
Amma, onlardan biri
Öz ağlı, biliyini
Mənəvi həqiqətlər, 
Əcdadların ruhuyla
Birləşdirə bilərək, 
Bundan çıxış edərək
Dünya mədəniyyətin
Qavramağa çalışır. 
Mənəviyyat baxımdan
Çox-çox geridə qalan
Digər ikisinə isə
Yarımadam deyirəm. 
İnsan biliyə doğru
Can atıbdır daima.  
Bu gün də bu belədir. 
Amma, mənəviyyatın 
Südü ilə yoğrulmayan
İtellekt şər törədər. 


67
Daşürəkli eqoist 
Insanlardansa inan, 
Savadsızı yaxşıdır.
Oğru təhsilli olsa
O daha qorxuludur. 
Mənəviyyat olmadan
Soyuq, 
Sərsəm bir ağıl,
Tərifl əsələr belə, 
Cəmiyyətə ölümcül
Təhlükə mənbəyidir!
Həmin müdrik qocanın
Fərsiz uşaqlarının
Klon əkizləri tək
Göbələk kimi artıb
Hər yerdə ön plana
Cəsarətlə şığıyan
Ruhsuz yarımadamlar, 
Kökü üzdə olanlar, 
Mənəviyyat bilməyən
Həm orta, həm aşağı
Səviyyəli rəhbərlər, 
Nazirlər, 
Prezidentlər.
Sayı hesabı yoxdur vicdanını itirən
Yarımçıq biznesmenlər, 
Yarımçıq ləyaqətli yarımçıq kişilərin, 
İkrah doğuran qədər asan əldə edilən
Yarımçıq qadınların. 
Və bu gün 
Hər şey bilən gənc fi danlarımız,
Xüsusən də, 


68
Mənəvi ideallardan 
Xəbərsiz cavanlarımız  
Öz xeyirlərini güdən istedadları ilə
Son dərəcə prinsipsiz, 
Ağıllı və məqsədli, 
Məharətli olaraq
Çiyinləri üstündə
Sanki baş yox, 
Kompüter
Gəzdirərək işlədər. 
Budur
Supersimalar,
Mənəviyyatsızlığın
Konyunktura sarıdan
Çox təlabat duyduğu 
Tipik yarımadamlar.
Pərvanə tək
Kor kimi
Parlaq
İşığa uyub
Doğma mədəniyyətin 
qiymətin bilməyərək,
Sadəlövh,
Köksüz qalan
Şərqin cavanları da 
Qərbə doğru can atır.
Kimsə kədərlə dədi:
“Biz Qərbin bulağından
Su içmək istəyirdik, 
Təəssüf ki, 
Borunu açanda
Gördük ki, bu
Kanalizasiyadır”.


69
Çoxları üçün 
Mənəvi ataya
Çevrilən şəxs, 
Qazax ədəbiyyatının klassiki
Qabit Musrepov
Ömrünün son anında
Əsən səsiylə mənə
Bu sözləri söylədi: 
“Hər hansı bir ölkədə
Millətin ürəyini,
Ruhunu duya bilən
Ədəbiyyat və sənət
Mükəmməlliyə çatıb
Xalqı yüksəltməsələr, 
Başqaları ona
“Böyükdür!” deməsələr, 
Bu millət heç bir zaman
Böyük olmayacaqdır”. 
Bəli!
Müasir sivilizasiya sübut edib:
İnsan,
Texnokratik ağlın
Zirvəsinə çıxaraq, 
Kosmosu fəth edərək,
Aya uçub çataraq,
Lap başgicəlləndirən uğurlar qazanaraq, 
Eyni zamanda 
Ruhu, mənəviyyatı atsa,
Humanizmin itirsə 
Özündən razı, 
Axmaq “dərrakəyə” 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə