Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə24/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   20   21   22   23   24   25   26   27   ...   93

90
nız təsadüfən bu vaxt sarayın yanında olan insanlar düşə bilmişdilər. 
Onların ümumi sayı isə maksimum 350-400 nəfər olardı. 3000 nəfər 
tutan böyük zal demək olar ki, boş idi. Mən Andrey Andreyeviç 
və Conun qarşısında utandığımdan yerə girməyə hazır idim. Mən 
onlara hakimiyyətlə aramda olan ixtilaf barədə danışmağa məcbur 
oldum.  Bir qədər sonra biz tamaşaçıların qarşısına çıxaraq şeirlər 
oxuduq və  vəziyyəti izah etdik. Con Eşberi ingilis dilinə  tərcümə 
olunmuş  şeirlərimə yüksək qiymət verərək, xalqın maraqlarının 
müdafi ə olunması ilə bağlı ictimai işlərdə  mənə  uğurlar arzuladı. 
Andrey Voznesenski isə  mənə  hərtərəfl i  dəstəyini bildirərək Al-
matı və Moskva hakimiyyətini kəskin tənqid etdi. Zalda olanlar onu 
ayaq üstə alqışlayırdılar. O vaxt videolentə yazılmış  həmin nitqi 
olduğu kimi təqdim edirəm:  «Muxtar  Şaxanov öz zəmanəsinin 
vətəndaşlıq vicdanıdır. Biz bilirik ki, o, Almatıda 1986-cı ilin 
dekabrında baş verən hadisələrlə bağlı  ədalətin bərqərar ol-
ması üçün səylə çalışır. Bu isə həm Moskvada, həm də burada 
hakimiyyətin xoşuna gəlmir. Biz, şairin məsləkdaşları qətiyyətlə 
bəyan edirik ki, Şaxanovun başından bircə tük də əskik olsa, onu 
müdafi ə etmək üçün bütün dünyada öz səsimizi qaldıracağıq”. 
 
Həqiqətən də bizim hər addımımızı güdən hakimiyyəti, An-
drey Voznesenskinin bu həmrəylik bəyanatı əməllicə qorxutmuşdu. 
Bununla belə onlar Alma-atıda birinci böyük beynəlxalq poeziya ax-
şamının lazımi səviyyədə keçirilməsinə mane oldular. Bu da həmin 
hadisənin tarixçəsi. 
Həmin gün gecə, “Uçurum üzərində ovçu fəryadı” kitabının 
“Literaturnaya qazeta”- da təqdimatından sonra bizi Moskvanın 
tanınmış bir biznesmeni öz evinə qonaq çağırdı. “Səndən hərəkət, 
Allahdan bərəkət” deyiminə əməl edərək o, böyük çoxmənzilli bir 
binanın üç mərtəbəsini alıbmış. Bir mərtəbədə hamam, ikincisində 
yeməkxana, qonaq və istirahət otaqları, üçüncüdə isə yataq otaqları 
yerləşirdi. Biz suvenir kimi hələ Bişkekdə aldığımız qırğız papağını 
da özümüzlə götürdük. Aytmatov papağı  təntənəli surətdə ev sa-
hibinin başına qoyaraq bildirdi ki, qırğızlar bunu yalnız milli ruha


91
adət-ənənənyə hörmətlə yanaşan və ya gələcəkdə bunlara lazımi 
dəyər verməyə qadir olan insanlara hədiyyə edirlər. Bir qədər sonra 
ev sahibi bizə öz hamamını göstərdi. Orada sıra ilə qırğız papaqları 
düzülmüşdü. Bizim bağışladığımızdan daha gözəl olan bu papaqlar 
hamama girəndə başa qoymaq üçün nəzərdə tutulmuşdu. Sən demə 
bu iş adamı Qırğızıstanla birbaşa ticarətlə məşğuldur. Bizimlə bir-
likdə onun evində daha bir çox varlı şəxs qonaq idi. O, bildirdi ki, 
“Uçurum üzərində ovçu fəryadı” kitabından bir neçə nüsxəni bəzi 
varlı adamlara da bağışlayıb. Digər iş adamı isə  təklif irəli sürdü: 
“Gəlin Aytmatova Moskvada iki otaqlı, Şaxanova isə birotaqlı mən-
zil bağışlayaq. Rusiya belə istedadları özünə cəlb etməklə qətiyyən 
uduzmaz”. Lazım olan pul tezliklə toplandı. Mənzillərin qeydiyyatı 
ilə əfqan müharibəsi əlili, Berik adlı Moskvada yaşayan bir qazax (o 
və arvadı iş adamı idilər) məşğul olurdu. Berik elə yerindəcə bizim 
sənədlərimizi cibinə qoydu ki, guya bağışlanan mənzilləri adımı-
za keçirəcək. Hamı ayağa qalxıb bizim Moskvadakı  məzillərim-
izin  şərəfi nə badə qaldırdı. Moskvadan qayıdanda isə Berik bizim 
sənədləri qaytardı. Sonradan məlum oldu ki, bu adam fırıldaqçı imiş. 
O, bizim adımızdan mənzilləri sataraq yoxa çıxdı... Beləcə biz kor-
peşiman geri qayıtdıq.   


92
YALTAQLIĞIN ACISI BARƏDƏ  
HEYDƏR ƏLİYEVLƏ  SÖHBƏT
1997-ci ilin martında Azərbaycanın mədəniyyət naziri Polad 
Bülbüloğlu prezident Heydər Əliyevin tapşırığı ilə mənə və Aytma-
tova bizim “Sokrat haqqında xatırələr gecəsi”- dramının premye-
rasına rəsmi dəvətnamə göndərdi. Bu ərəfədə  həm də Azərbaycan 
ədəbiyyatının klassiki Səməd Vurğunun 90 illiyi qeyd edilirdi. Ayt-
matovla mən Polad Bülbüloğluya bu tədbirdə də iştirak edəcəyimiz 
barədə əvvəlcədən razılıq vermişdik. Hətta təyyarəyə biletlərimiz də 
hazır idi. Amma, elə bu vaxt Qırğızıstan Respublikasının prezidenti 
Əsgər Akayevin Çingiz Aytmatova “Xalq qəhrəmanı” adının ver-
ilməsi barədə  fərmanı  dərc olundu. Təltif edilmə  mərasiminin tar-
ixi isə məhz bizim Bakıya uçacağımız günə  təyin olundu.  Şıken 
Akayevə zəng vuraraq “Mükafatı Bakıdan qayıtdıqdan sonra almaq 
olarmı?” – soruşdu. Amma, prezident buna razılıq vermədi. “Başqa 
yol yoxdur, azərbaycanlı qardaşlarımızın yanına sən tək gedərsən”, 
- Aytmatov dedi. 
Aytmatov “Uçurum üzərində ovçu fəryadı” kitabının rus dilində 
olan variantının forzasında hər bir kəlməni götür-qoy edərək Heydər 
Əliyevə müəllif arzularını yazdı. Mənim də imzamı götürərək xahiş 
elədi ki, kitabı şəxsən prezidentin özünə təqdim edim. 
Bakı aeroportunda məni Polad Bülbüloğlu və Qazaxıstanın 
səfi ri Rəşid  İbrayev qarşıladılar. O axşam mən  “Sokrat haqqında 
xatırələr gecəsi”- dramının premyerasında oldum. Bu həmin əsərin 
dördüncü səhnələşdirilməsi idi. Tamaşaya musiqini Polad Bülbüloğ-
lu özü yazmışdı. Tamaşanın sonunda mən həm də Aytmatovun adın-
dan çıxış edərək, teatr artistlərinə yaxşı aktyor oyununa görə təşək-
kürümü bildirdim. 
İkinci gün mən Səməd Vurğunun 90 illiyinə  həsr olunmuş 
təntənəli gecədə  iştirak etdim. Prezidiuma çıxmazdan  əvvəl Po-
lad Bülbüloğlu məni prezident Heydər  Əliyevlə tanış etdi. Bu bi-
zim ilk görüşümüz idi. Bundan əvvəl mən onu yalnız televizordan 
görmüşdüm. O, çox sakit, ünsiyyətə açıq insan imiş. “SSRİ xalq dep-


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə