Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə33/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

122
müşayiət edirdi. Aytmatovun əsərlərini araşdıran alim, Belçika Kral 
Akademiyasının professoru Jan Blankoff həyat yoldaşı ilə birgə və 
adlı-sanlı özbək yazıçısı, uzun illər Özbəkistan Yazıçılar İttifaqına 
rəhbərlik etmiş Adil Yaqubov da bizimlə idilər. 
Rayonun sərhədində bizi öz əməkdaşları, ədəbiyyat və incəsənət 
xadimləri ilə birgə Arıs rayonunun akimi Alimjan Kurtayev qarşıladı. 
Arısdakı  qəbul xüsusilə yaddaqalan oldu. Müxtəlif vaxtlarda bu 
şəhərdə doğulan və Aytmatovun şərəfi nə Çingiz adlandırılan oğlan-
lar bir-bir yaxınlaşaraq yazıçı ilə görüşürdülər. Rayon mərkəzində 
keçirilən böyük toplantıda bizə Arıs rayonunun “Fəxri vətəndaşı” 
adı verildi. Sonra bizi öz cilovlarını gəmirən qaçağan atlara mindird-
ilər. Aytmatova bağışlanan at mənimkindən daha dəlisov imiş. O, dal 
ayaqları üzərində şahə qalxdı, şıllaq atmağa başladı. Bir az zəif atlı 
olsaydı çox yəqin ki, yıxılardı və artıq toz içində olardı. Aytmatov 
isə uşaqlıqdan gözəl at çapan olduğundan heç tükü də tərpənmədi. 
Nahar vaxtı bu höcət at barədə, heyvanların davranışı, ümumi-
yyətlə xeyir və şər haqqında söhbət etdik. Tədricən söhbət gəlib çıxdı 
onun üstünə ki, son vaxtlar sürətli qloballaşma prossesi ilə əlaqədar 
mənəvi dəyərlər də itirilir və cəmiyyətdə insanın deqradasiyası ilə 
nəticələnən dərin dəyişikliklər heyvani instinktləri daha üstün tutur. 
Vilayətin akiminin müavini Darxan Mınbay söhbətə müdaxilə 
elədi:
-”Uçurum üzərində ovçu fəryadı” əsərində siz bu problemləri 
qabardırsınız və  bəzi situasiyalarda heyvanların hərəkətlərinin in-
sanlarınkından daha yüksəkdə durduğunu göstərirsiniz, - dedi və 
konkret misal gətirdi: - Cütləşmə zamanı marallar arasında amansız 
döyüşlər, balinaların və canavarların sadiqliyi, insanın təbiətinin 
çoxdankı bəlası – sadizm barədə hekayətlər və s... 
Həmin kitabda Darxan Mınbayın vurğuladığı məqamları diqqə-
tinizə təqdim edirəm: 
 
“ŞAXANOV. ...Bir dəfə  mən vəhşi maralların həyatı 
haqqında çox maraqlı bir fi lmə baxdım. Adətən sürü halın-


123
da birlikdə gəzən, özlərinə otlaq yeri axtaran, otlayan, su 
içən, yırtıcılardan bir yerdə müdafi ə olunan bu çox dinc, 
ürkək heyvanların hərdən açıq talalarda toplaşaraq bir-
birilərinə güclərini göstərməsini müşahidə etmək maraqlı 
idi. 
Cütləşmə vaxtı dişi marallar bir-birinə qısılaraq, əsə-
əsə bir topada cəmləşir, erkəklər isə  ağaclara bənzəyən 
buynuzlarını qabağa verərək bir-birinə cumur. Hər zər-
bədən sonra onlar geriyə çəkilir və yenidən hücuma keçib 
kəllə-kəlləyə  gəlirlər. Bu an adama elə  gəlir ki, onların 
buynuzları belə zərbələrə davam gətirməyərək qırıq-qırıq 
olacaq. Bu erkəklərin arasında hündür boylu və güclü bir 
maral var idi. O, ötən il belə döyüşdə bütün rəqiblərinə 
qalib gələrək iyirmidən çox dişi marala sahib olmuşdu. 
Bu dəfə  də o, asanlıqla səkkiz erkəyin öhdəsindən gəldi. 
Nəhəng maral buynuzlarının bir-birinə  zərbəsindən san-
ki  ətrafa qığılcım səpələnirdi. Məğlub erkəklər başlarını 
aşağı salıb kənara çəkilirdilər. Lap axırda meydanda 
keçən ilki çempionla inadcıl bir cavan erkək qaldı. Onların 
döyüşü başqalarından uzun çəkdi. Döyüşçülərdən heç biri 
özünü məğlub hesab edərək təslim olmaq istəmirdi. Öz 
üstünlüyünü rəşadətlə sübut etməyə çalışan cavan maral 
tam gücünü toplayaraq rəqibinə sarsıdıcı bir zərbə vurdu, 
bunun ardınca onun qabırğaları nahiyəsinə də bir kəllə at-
araq ötən ilin qalibini taladan qovdu. Bütün bu baş verən-
ləri sakitcə izləyən dişilər o dəqiqə müticəsinə yeni qalibin 
ətrafına toplaşdılar... 
Bu da yaşamaq uğrunda mübarizə! 
AYTMATOV. Heyvanlarda nəsilartırma instinkti çox 
güclü inkişaf edib. Məgər cütləşmə dövründə  bu erkək 
maralların döyüşündə elə həyatın özünün  dəyişilməz qa-
nunauyğunluğunu görmək olmurmu? Yaşamaq uğrunda 
mübarizənin sərt qanunları heyvanlardan nəsil artırmaq 


124
üçün ən sağlamların, güclülərin və cəsarətlilərin seçilməsi-
ni tələb edir. Və maralların bu döyüşü də onların gələcək 
nəsillərin taleyinə necə  məsuliyyətlə yanaşdığının göstər-
icisindən başqa bir şey deyil. Nahaq demirlər ki, “Allah 
ataya verdiyini, oğula da verər”. Biz görürük ki, təbiətdə 
heç bir güzəşt olmadan aparılan mübarizədə  təbii seçmə 
prossesi necə gedir və nəsil artırma hüququ necə qazanılır.  
Əlbəttə, xəstə, zəif marallardan elə özləri kimi natamam 
məxluqlar  əmələ  gələr ki, onlar da sərt həyat  şəraitində 
məhvə məhkum olarlar. 
...Himalayda yaşayan bəzi qəbilələr yeni evlənən gən-
clərə belə sözlərlə arzu və istəklərini bildirirlər:
- Sizə balina kimi sevməyi, it kimi sədaqətli olmağı 
arzu edirik. 
Deyirlər bu xalqlarda bundan yüksək səviyyəli xey-
ir-dua yoxdur.  Hər bir it saxlayan adama onların sədaqətli 
olmağı  bəllidir. Amma, balinaların məhəbbəti haqqında 
mən heç nə eşitməmişdim və bu mənə qaranlıq qalmışdı. 
Lap bu yaxınlarda bir qəzetdə Kaliforniya körfəzində baş 
verən hadisə barədə oxuyanda isə hər şeyi başa düşdüm.
“Attorante” adlı balina ovlayan gəmi körfəz sularında 
bir cüt kaşalota rast gəlir. Dişi kiti ölümcül yaralayan ovçu-
lar onu kəndirlə bağlayıb gəminin arxasınca sürüyürlər.  
Dişisinin əsir düşdüyünü güman edən erkək onun ardınca 
düşərək kömək etmək istəyir. Kaşalot gəminin dalınca çox 
gəlir, ətrafda xeyli fırlanır və nəhayət başa düşür ki, dişi-
si sağ deyil. Qəzəbindən və ümidsizlikdən azğınlaşan kit 
hücuma keçir. O, öz nəhəng bədənini gəmiyə çirparaq “At-
torante”-ni aşırır. Heyət üzvləri uğurli ova sevindikləri bir 
vaxt özləri bəlaya düşürlər. Xoşbəxtlikdən bütün koman-
danı xilas etmək mümkün olur. 
İnsanların  ən böyük səhvi zənnimcə budur ki, canlı 
təbiətin digər üzvlərinin hissləri və  mənafelərinə etinası-
zlıq göstərilir. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə