Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə81/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

289
Dil – bu xalqın özüdür, 
Dil ölsə - xalq da ölər. – 
Sağ ikən rus ədəbiyyatının klassikinə çevrilmiş Yevge-
ni Yevtuşenko belə hesab edirdi. 
Təəssüf ki, son illər V.Jirinivski, A.Duqin kimilərin 
təzyiqi  ilə Rusiya Federasiyası öz humanist kursundan 
yayınmağa başlayıb. Rusiya hökuməti referendum vasitəsi 
ilə milli muxtar dairələri “sayına görə rus əhalisi qat-qat 
çoxluq təşkil edən vilayətlərlə” birləşdirir. “Arqumentı i 
faktı” həftəliyinin 2006-cı il 15-ci sayında Tatyana Netreba 
və Vitali Tseplyayevin “Milli regionlar – bıçaq altına?” adlı 
məqaləsində deyilir: 
“Milli respublikaların ləğv edilməsi ideyası çox-
dan ayrı-ayrı siyasətçilərin düşüncəsinə hakim kəsilm-
işdi. “Pioner” ölkədə 15 yoxsa 30 quberniya saxlamağı 
təklif edən V.Jirinovskidir. Və heç bir bolşekiksayağı 
“milli-ərazi bölgüsü”ndən söhbət gedə bilməz. “Rusi-
yanın yeni quruluşunu  təsbit edən yeni konstitusiya 
qəbul etmək lazımdır, – öz şefi nin  səsinə  səs verərək 
Dövlət Dumasının liberal demokrat deputatı Aleksey 
Mitrofanov deyir. – Yoxsa biz 50 il dairələri, sonra isə 
yavaş-yavaş respublikaları yığışdıracağıq”. 
Şübhəsiz ki, Rusiya dövlət Duması  sədrinin müavini 
Vladimir Jirinovskinin 2003-cü il aprelin 18-də söylədi-
yi nitqi bu ölkədə azsaylı xalqlar üçün ölümcül olan belə 
qərarın qəbul edilməsinin səbəblərindən biridir: 
“... “Milliyyəti” sözünü biz işlətmək istəmirik, 
gəlin onu ümumiyyətlə  ləğv edək. Bizim bir Rusiya 
xalqımız, bir prezidentimiz var. Bütün milli regionları 


290
ləğv edin, Başkiriya yoxdur, Tatarıstan yoxdur, Yakuti-
ya yoxdur, Dağıstan, Çeçenistan və s... Bir Rusiya re-
spublikası var, bir dövlət dili – rus dili var və bir prezi-
dent Kremldə...” 
Əlbəttə, elə məsələlər var ki, humanistlik mövqeyindən 
yanaşsaq onların müzakirəyə çaxarılması özü mənəvi-
yyatsızlıqdır. Məsələn, “biz anamızı sevməyə borclu-
yuqmu?” sualını referenduma çıxarmaq olarmı? Məncə bu 
əsl mənəviyyatsızlıqdır. Çünki, öz anasını sevmək hamının 
borcudur. Burda kənardan təzyiq yolverilməzdir. Dil isə 
bizim millətimizin anasıdır. 
Yeri gəlmişkən, əgər altay xalqının ruslaşdırılmış 75-
80 faizi arasında “Sizə doğma diliniz lazımdır, ya yox?” 
sualı ilə referendum keçirilsə  iştirakçıların 65-70 faizi 
bir qayda olaraq “yox, lazım deyil” cavabını verər. Uzun 
illər boyunca milli özünüdərk hissinin məhv edilməsinə 
yönəlmiş dövlət siyasəti altında əzilən, özünü məhv etmə is-
tiqamətində irəliləyən kiçik xalqların gücsüzlüyündən isti-
fadə etmək humanizm prinsiplərinə qətiyyən uyğun deyil. 
Şəxsən mənim rus dilinin dünya səviyyəsində yayıl-
ması istiqamətindəki səylərinə görə Putinə böyük rəğbə-
tim var. Milli maraqlar baxımından o, doğma dilinə dəstək 
göstərməyə cəhd edir ki, bu da nə bizim prezidentimizdə, 
nə də baş nazirimizdə yoxdur. Yalnız bu təəssüfl əndirir ki, 
onun təbəələri olan, zorən kocmopolitizmin təsiri altına 
düşən azsaylı xalqlara o, yüksək humanistlik mövqeyindən 
yanaşmır və Jirinovski, Duqin kimilərin  fi kri  ilə oturub 
durur. 
15 il əvvəl biz Çingiz Aytmatovla “Sokrat haqqında 
xatırələr gecəsi və ya axmağın dərisi üzərində məhkəmə”- 
dramını yazmışdıq. Bu dramın bir çox ölkələrin teatr-
larında səhnələşdirilən birinci hissəsi bu günkü türklərin 


291
uzaq əcdadlarından olan hunların əzəmətli vaxtlarındakı 
hadisələr üzərində qurulub. Hunlar Çində Xuanxe çayı 
ətrafındakı torpaqları istila edirlər. Darmadağın edilən 
çinlilər gizli bir qərar qəbul edirlər. Onlar kişilərin qadın-
lara qarşı olan şəhvət hissindən istifadə edərək 20-25 il ərz-
ində hun ordusunu çin ordusuna çevirməyi planlaşdırırlar. 
Hər bir hun döyüşçüsünə gözəl bir çinli qız hədiyyə edil-
ir. Belə  səxavətliliyə çox sevinən, ehtiraslanan hunlar çin 
qızlarının gözəlliyinə aldanıb hamılıqla onlara evlənirlər. 
Bir-iki ildən sonra elə bir hun olmur ki, evindən körpə səsi 
gəlməsin. Hətta, hun ordusunun başçısı Tanirkut da ən 
gözəl çinli qıza evlənərək çinliləşməyə məruz qalır və doğ-
ma hun dilində danışmağa utanmağa başlayır. O, yalnız 
çin dilinə tərif deyən döyüşçülərə yüksək vəzifələr paylayır. 
Beləliklə çin müdrikliyi cəmi 22 ilə hun ordusuna qal-
ib gəlir. Hunlar nəinki, çinliləşir, həm də Çin dövlətinə xid-
mət etməyə başlayırlar. 
Hunluları belə  kədərki sonluğa gətirən üç səbəb var 
idi. 
Birinci səbəb – hunların bəyəndiyi və dünyaya onların 
sevimli övladını  gətirən qadınlar çin qızları idi. İkinci – 
milli ünsiyyət mühitinin tam çinliləşdirilməsi. Üçüncü və 
ən əsas səbəb – hunların başçısı özü də doğma dilə əhəmi-
yyət verməyərək milli maraqları satır. Bu yolla müdrik  
çinlilər öz məğlubiyyətlərini tam qələbəyə çevirirlər. 
Niyə bu gün Qazaxıstan hakimiyyəti istənilən vaxt öz 
millətinə qarşı  çıxmağa hazırdır? Bunu necə izah etmək 
olar? 
Burda Stalinin faciəvi kosmopolit taleyi bizim üçün 
misal ola bilər.
İ.V.Stalin gürcü xalqının nümayəndəsi olsa da, ağlı 
kəsəndən rus mühitində yaşamışdı. Rus təhsili alıb, rus 
dilində yazıb, yuxularını rus dilində görüb... Öz doğma 
xalqının dilinə isə ikrahla yanaşıb... 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə