Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


olur. Məgər gözəl geyinsə  də, müxtəlif bər-bəzəklər taxsa



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə77/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   73   74   75   76   77   78   79   80   ...   93

272
olur. Məgər gözəl geyinsə  də, müxtəlif bər-bəzəklər taxsa 
da özündə  əsl qadın keyfi yyətləri yaratmağa çalışmayan-
lar azdır? Qadınlar arasında “dildən pərgar” olan, yalnız 
başqaları barədə qeybət etməyi xoşlayanlar da var. 
Amma, Allaha şükürlər olsun ki, əsl qadınlar da az dey-
il. Təəssük ki, onlar da çox vaxt zər qədrini bilməyənlərə 
qismət olur... 
Mənimlə söhbət zamanı bir dəfə Yevgeni Yevtuşenko 
dedi:
-Muxtar, məncə qadınlar məhəbbətdə biz kişilərdən 
daha üstündürlər. Allah göstərməsin, birdən kimisə 
həqiqətən sevsələr, elə bil ki, dünyanın axırıdır. Dünyanın 
altı üstünə çevrilə - bunların xəbəri olmaz. 
AYTMATOV. Hə, dünyanın axırı, ya da... yeni dünyanın 
doğulması. Mən Yevtuşenko ilə razıyam. 
ŞAXANOV. Öz şeirimlə deyilənləri təsdiqləyim: 
...”Bu da son. 
...“Всему конец.
Güclü külək 
Ümidi kökündən çıxarıb atdı qara zülmətə. 
Qorxudan özümü itirib
İnsanların gülünc yeri olmayacam”, - 
Tranzey düşünürdü belə. 
O, sərt qanunlara görə 
Özünü öldürməliydi. 
Neronun zəmanəsində 
Tale yaman dəyişkəndi  
Budur, xəncər – 
Parılıtısı ilə cəlb edər, 
Sanki deyər:


273
“Hə, dostum axır ki, tale
Bu gün birləşdirdi bizi..”
Ətrafdasa – 
Pəncərənin arxasında, kandarda – 
Camaat yığılır
Sanki deyirlər:
“Roma qanunu naminə 
Sən özünü öldürməlisən! 
Neron qanunu müqəddəsdir”.
Divarlar boz, 
Həyat ölümlə çarpışır
Əli qalxmır 
Xəncərin dəstəsin tuta... 
Həyat elə istidir ki, şirindir ki, 
Onun incə ağuşunda elə sıxıb ki... 
Guya elə indi, bu an gül açacaq...
Qorxu isə at oynadır, 
Ləyaqəti alçaldaraq. 
Elə bu an ağ paltarda
Arriya içəri girdi. Necə də o qamətlidir!
Gözlərindən işıq gəlir...
Tranzeyə belə dedi: 
-Səni tanrı kişi yaradıb, 
Bol sərvət, xoşbəxtlik verib.
Amma, indi vaxtdır – 
Nəyin varsa, vidalaş sən. 
Qorxaqlıq sənə yaraşmaz. 
İndiyədək daşıdığın 
Kişi adını qorusan
Nədən qorxursan? 
Ayıl, əzizim. 
Rüsvaqçılıq və rixşənd ölümdən pisdir. 
İnan ki, ölüm o qədər pis deyil. 


274
Götür xəncəri.
Əlin əsməsin. 
Sınaqlar olmadan 
Ruhun qüvvəsi hardan bilinər.
Məyər xoşbəxtlik
Özü gəlirsə, 
Gedərkən bizi xəbərdar edir? 
Bu sənin son qəhrəmanlığın.
Hə, ardımca gəl təkrar elə...
Bir!..
Sevgi dolu gözlərini 
Tranzeydən çəkmədən,
Üzündəki təbəssümü itmədən
Arriya xəncəri döşünə sancdı...
Bax beləcə qorxu, şübhəni
Özlərindən birgə uzaq edərək
Bir-birinin əlindən tutub
İki nəfər birdəfəlik uyudu.
Hətta qorxaq bir ürəyi 
Rəzillikdən qoruyan 
O uca sevgiyə min alqış olsun! 
AYTMATOV.  Stendal belə bir fi kir  söyləyib: “Öz 
məhəbbəti uğrunda mübarizə aparan qadın igidliyindən 
daha əzəmətli nə var?!” Sənin şeirində düz deyilir ki, ruhun 
ucalığı tərifə ehtiyac duymur...
...Məhəbbətə bizim hər birimiz onun barəsindəki təsəv-
vürlərimiz və dünyagörüşümüzdən asılı olaraq yanaşırıq. 
Amma, insan elə qurulub ki, ötəri vurğunluğu və təsadüfi  
ehtirasları çox vaxt əsl Sevgi ilə səhv salır. Əsl sevgi isə - əz-
ablı bir şeydir. 
Çox nadir hallarda zəngin daxili aləmləri olan sağlam 
düşüncəli insanlar bir-birini taparaq qovuşur. Mən istəy-
irəm dünyanın “Məhəbbət ensiklopediyası”nın yaradıl-


275
masını  təklif edim. Bu ensiklopediyaya məhəbbətin səbəb 
olduğu maraqlı hadisələr, qəhrəmanlıqlar və gözəl insani 
keyfi yyətlər salına bilərdi. 
ŞAXANOV. İnsanlar ona görə bədbəxt deyillər ki, ax-
maqdırlar. 
AYTMATOV. Sənin diqqətini iki-üç əhvalata yönəltmək 
istəyirəm. Mən bunları uşaq vaxtı oxumuşam, amma indiyə 
kimi yaxşı yadımdadır. Böyük mütəfəkkir Yeremiya Ben-
tamın məhəbbəti və sədaqəti barədə hekayət özü özlüyündə 
bir poemadır. Gəncliyində o, bir qızı sevir, ona evlənmək 
təklif edir və rədd cavabı alır. İllər ötür. Bentam öz sevdi-
yi qızı sevməkdə davam edir və evlənmir. Altmış yaşında o, 
sevdiyi qadına məktub yazaraq, ona qarşı olan hisslərinin 
ölmədiyini bildirir. Amma, yenə də rədd edilir. 
Deyirlər söhbət hər dəfə sevgidən düşəndə Bentam bu 
barədə həyacansız və gözləri yaşarmadan danışa bilməzmiş. 
Səksən yaşında ikən o, sevgilisinə son vida məktubunu 
yazır: “Mən hələ sağam, canım mənim. On altı yaşımda 
sənə  ilk dəfə gül bağışlayarkən keçirdiyim hisslər bu gün 
də qəlbimdə alovlanmaqda davam edir. Mən səni sevirəm və 
taleyimə minnətdaram ki, mənə belə sevgi bəxş edib. Əlvi-
da!”
Məşhur ingilis sərkərdəsi, hersoq Vellinqton da gözəl, 
amma eyni zamanda kədərli sevgi yaşayıb. Çox əsil-nəcabət-
li insanların nail olmaq istədikləri gözəl Katerina yalnız 
hersoqun sevgisinə müsbət cavab verir. Onlar xoşbəxt gün-
lər keçirir və bir-birilərini  əbədi olaraq sevəcəklərinə and 
içirlər. Amma, Katerinanın atası lord Lonqford bu nigahın 
əleyhinə çıxır. Vellinqtonu hərbi işlərlə əlaqədar Hindistana 
göndərirlər. Gözəl Katerina öz sevgilisini gözləyir. Doqquz 
ildən sonra qayıdan ser Vellinqton, gecə-gündüz arzuladığı 
öz Katerinasını tanıya bilmir. Katerina hönkürə-hönkürə 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə