Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


bilər: rus, qazax, ingilis. Əgər biz Avrasiya regionu və



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə86/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   82   83   84   85   86   87   88   89   ...   93

304
bilər: rus, qazax, ingilis. Əgər biz Avrasiya regionu və 
dünya iqtisadiyyatı, mədəniyyətində layiqincə təmsil olun-
maq istəyiriksə...”
Oljas Suleymenov
(«Seçki – demokratiya imtahanı».
 «Zaman», 22 sentyabr 2005 il.)
“Türk sözlərinin əsasları və etimologiyasını öyrənən, 
amma, bu günə kimi öz doğma dilində mənalı bir cümlə 
tərtib edə bilməyən O.Suleymenov ilk dəfə deyil ki, dövlət 
dilinin tətbiqi sahələrinin genişləndirilməsinə qarşı çıxır... 
Milliyyətsiz inkişaf ideyası tərəfdarlarının başında duran 
O.Suleymenovun geniş publika qarşısında meydan oxuy-
an bir pozada - “Axı  bu dövlət dilinə keçid deyilən şeyi 
kim ortaya atıb?” – deməsi ayıbdır.   Xəbərdarlıq edirik 
ki, respublikamızın tədricən dövlət dilinə keçidi prosesini 
hay-küyə çevirmək cəhdləri heç kimə şərəf gətirməyəcək”. 
 
K.Kaysenov, yazıçı, Qazaxıstan Respublikasının
«Xalık Kaharmanı» (Xalq qəhrəmanı);
S.Şaymerdenov, Qazaxıstan Respublikasının xalq 
yazıçısı, Dövlət mükafatı laureatı;
A.Nurşaixov, Qazaxıstan Respublikasının xalq yazıçısı, 
Dövlət mükafatı laureatı;
T.Medetbek, Dövlət mükafatı laureatı,
 «Akikat» jurnalının baş redaktoru;
T.Axmetjan, Qazaxıstan yazıçılar ittifaqı idarə heyə-
tinin katibi…
(Cəmi 35 imza)
“Mən o fi kirdə deyiləm ki, qazax dili rus dilini sıx-
ışdırıb... Nahaq yerə ruspərəstlər inciyirlər. Axı rus dilini 
Qazaxıstanda hamı bilir. O necə əsas dil idisə, elə də qa-
lıb”.


305
Saqin-Qirey Baymenov
(«Qazaxıstanda qazax və rus dilləri:
 Paritet yoxsa qarşıdurma?»
«Bazar ertəsinə kimi sağ qalaq», 
21 oktyabr 2005 il.)
“...Bu gün müasir Qazaxıstanda yaşayan qazaxlar, 
başqa etnoslar arasında elə bir adam tapmaq çətindir ki, 
o rus dilini bilməsin. Qazaxıstan MDB ölkələri içərisində 
birinci olaraq rus dilinə dövlət dili ilə yanaşı tətbiq edilə 
bilən rəsmi status verib. 
Rus dilində yüzlərlə dövri nəşrlər çap olunur, bütün 
elektron kütləvi informasiya vasitələri yayımlanır. 
Bütün ali təhsil müəssisələrində rus dilində  dərslər 
keçirilir.
Qazaxıstanın orta təhsil müəssisələrində isə rus dili 
məcburi fənlərdən biridir. Bundan başqa, Qazaxıstanda 
şagirdlərin 40 faizindən çoxu təhsilin yalnız rus dilində 
aparıldığı məktəblərdə oxuyur.  Həm də, çoxmillətli Qa-
zaxıstanda əhali arasında etnik rusların cəmi 26 faiz ol-
masına baxmayaraq. Əminliklə bildirirəm ki, rus mədəni-
yyətinə, rus dilinə belə qayğı MDB-nin başqa heç bir 
dövlətində yoxdur...”
Nursultan Nazarbayev
(Rusiya Dövlət dumasının
 deputatları qarşısındakı çıxışdan. 
Moskva, 5 aprel 2006 il.)
“Bir vətənpərvər insan kimi Şaxanov hesab edir ki, 
ölkədə dövlət dili sıxışdırılır və bunda ilk növbədə rus-
dilli qazaxları ittiham edir. Amma, yalnız sözlə ürəkləri 
alovlandırmalı olan şair hesab edir ki, burda söz kifayət 
deyil və repressiv metodlara ehtiyac var. Məsələn, doğ-


306
ma dilini bilməyən qazaxların vətəndaşlıqdan məhrum 
edilməsi təklif olunur...”
Esen Tairov
(«İlin dilşünası». «Moskovskiy komsomoles Qazax-
ıstan», 
29.12.0504.01.06 il.)
“...Mənə böhtan atan cənab Esen Tairova bir sualım 
var. Hansı qəzetdə və ya hansı telekanalda mən demişəm 
ki, “qazax dilini bilməyənləri vətəndaşlıqdan məhrum 
etmək lazımdır”? Mən belə  təklifl ə heç vaxt çıxış et-
məmişəm. Demədiyim  şeyi mənim boynuma qoymaq isə 
şər atmaq deməkdir!  Belə həyasız yalana görə məqalənin 
müəllifi  və qəzetin redaksiyası mənim qarşımda və dövlət 
dilinin tərəfdarları qarşısında üzr istəməlidirlər. Əks hal-
da “Dövlət dili” ictimai hərakatı iddia ilə  məhkəməyə 
müraciət edəcək”.
M.Şaxanov
(«Dillər üzrə komitəyə ayrıca otaq lazımdır», 
Parlamentin palatalarının 
birgə toplantısında edilmiş 
deputat bəyanatından
3 yanvar 2006 il.) 
“...Əminik ki, siz belə bir şeyi heç ağlınızdan da 
keçirməmisiniz və buna görə “MK Qazaxıstan” qəzetinin 
rusdilli oxucuları adından sizə ürəkdən təşəkkürümüzü 
bildirir və üzr istəyirik... 
...Biz azad söz tərəfdarıyıq və oxucumuzun ölkəmizdə 
dövlət dilinin necə inkişaf etməli olduğu barədə sizin 
fi kirlərinizlə tanış ola bilməsi üçün qəzetimizin səhifəsini 
sizə ayırmağa hazırıq”.  


307
Esen Tairov
 («Şair və deputata cavab ».
«Moskovskiy komsomoles Qazaxıstan»,
 05.01.06 11.01.06 il.)
“İKEDA: Bir tərəfdən aydındır ki, insan süpürüm 
bitkisi kimi kökü olmadan, öz şəcərəsindən, etnik göbəy-
indən qoparılmış  vəziyyətdə, haradan gəlməsini,  əcdad-
larının kim olduğunu bilmədən yaşaya bilməz.  Etnik 
mənsubiyyətin bəlli olması bu mənada əlbəttə ki, insanın 
mənliyinin bir hissəsidir... 
QORBAÇOV: Kommunist kosmopolitizmi ona görə 
uğur qazana bilmədi ki, onun özülündə utopiya dururdu.  
Belə düşünmək üçün əsaslarımız da var. Biz bu barədə 
artıq danışdığımız kimi, milli hisslər də, mülkiyyətçilik 
hissləri kimi insanın qəlbində  dərin köklərə malikdir. 
İnamla demək olar ki, əgər sən öz ölkənin vətəndaşı ol-
mamısansa, dünyanın vətəndaşı ola bilbəzsən...
Arzulamaq olmazdı ki, ruslar rus olduqlarını unut-
sunlar, qazaxlar qazax olduqlarını unutsunlar, gürcülərsə 
unutsunlar ki, onlar gürcüdürlər. Kommunist eksperi-
mentinin səhvi də elə bunda idi”.  
Daysaku İkeda,
Mixail Qorbaçov
(«ХХ əsrin mənəviyyat dərsləri». 
Moskva, 2000 il.)
“Mən dünyanın 141 ölkəsində olmuş adamam. 
Onların arasında öz dövlətlərində  fəaliyyətlərini doğ-
ma dillərində  həyata keçirə bilməyən bir bədbəxt xalq 
gördüm. Bu qazax xalqı idi”. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə