Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə64/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   60   61   62   63   64   65   66   67   ...   93

231
dövrdəki rəhbərlərin böyük əksəriyyətində yüksək insani keyfi yyətlər 
yoxdur. Vicdan və  ləyaqət  əvəzinə onlarda başqa xüsusiyyətlər 
formalaşıb. Onlar üçün əsas məsələ - kreslosunu qorumaq, avtoritetini 
itirməmək, yığdığı var-dövlətdən məhrum olmamaqdır. Bunun üçün 
onlar hər cürə satqınlığa getməyə hazırdırlar. Onlar zəngin biliyə, 
güclü intellektə malik ola bilərlər. Amma, mənim “Kompüterbaş 
yarımadamlar”  şeirimdə deyildiyi kimi, öz xalqlarının mənəvi 
zənginliyindən bəhrələnmədikləri üçün, milli qürur hissindən 
məhrum olduqları üçün xarici qüvvələrin təsirinə tez düşürlər. 
Əlbəttə, bu müasir dövrün faciəsidir... 
Qayıdaq M.S.Qorbaçovun taleyinə. 1989-cu ildə SSRİ xalq 
deputatları qurultayında mənə Mixail Sergeyeviçin həyat yoldaşı 
Raisa Maksimovna ilə tanış olmaq və hətta söhbət etmək də nəsib 
olmuşdu.  SSRİ Ali Soveti üzvlərinin seçilməsi gecə yarısına kimi 
uzanmışdı. 
Çingiz Aytmatovla mən tez səs verə bildiyimiz üçün nəticələri 
bayırda gözləmək qərarına gəldik.  Çıxışda öz cangüdəni ilə 
gələn Raisa Maksimovna ilə qarşılaşdıq. Çingiz Torekuloviç artıq 
mənə demişdi ki, həyat yoldaşı  Məryəmlə birlikdə Qorbaçovun 
evində qonaq olub. Onlar salamlaşdıqdan sonra Aytmatov məni 
Raisa Maksimovnaya təqdim etdi. O vaxt mənim Qorbaçova çox 
xoşagəlməz anlar yaşadan Dekabr üsyanı ilə bağlı  çıxışım hələ 
olmamışdı. Həmin gecə  mən SSRİ Ali Sovetinin üzvü seçildim. 
Baxmayaraq ki, 41 səs “əleyhimə” olmuşdu.  Əlbəttə, aydın məsələ 
idi ki, bu səslərin böyük əksəriyyəti 99 qazaxıstanlı deputatların 
arasından olan bəzi yoldaşların  əməyinin nəticəsi idi. Biz Raisa 
Maksimovna ilə Qurultaylar Sarayının yaxınlığında gəzişərək söhbət 
edirdik.  Əmin oldum ki, bu çox oxumuş, erudisiyalı bir qadındır. 
O, bizə bu Kremlin divarları arasında Nadejda Krupskayanın başına 
gələn hadisələrdən danışdı: “1939-cu ildə Nadejda Konstantinovna 
partiyanın XVII qurultayında (bir neçə gündən sonra başlamalı 
olan) Stalinin ünvanına sərt tənqidlə  çıxış etməyə  və onu qanlı 
repressiyalarda ittihamlamağa hazırlaşırmış. NKVD (Daxili Işlər 


232
Xalq Komissarlığı) xəfi yyələri bunu Stalinə Çatdırırlar. Stalinin 
göstərişi ilə dünya proletariatının rəhbəri Leninin həyat yoldaşını 
ev dustağı kimi saxlayır və onu qurultayda çıxış etmək hüququndan 
məhrum edirlər. Bundan qısa müddət sonra Stalin Nadejda 
Konstantonovnanın doğum gününə böyük bir tort göndərir. Amma, 
təsadüfən o vaxt Krupskaya yoğun bağırsağının iltihabı üzündən 
özünü yaxşı hiss etmirmiş. Ad gününə toplaşan qonaqların qarşısında 
o, birdən özünü lap pis hiss etdikdə həkim çağırırlar. Amma, həkim 
əvəzinə NKVD əməkdaşı  gəlir.  Əgər onu o saat xəstəxanaya 
aparsaydılar və  cərrahi  əməliyyat edilsəydi, o sağ qalardı. Amma, 
Krupskaya vaxtında tibbi yardım almadığına görə, çox məşəqqətli 
ağrılarla həyatdan köçdü. Belə bir şayiə yayılmışdı ki, o, Stalinin 
göndərdiyi tortdan zəhərlənərək ölüb. Amma, bunu çətin ki, kimsə 
sübut edə biləydi...” 
Raisa Maksimovna söhbət  əsnasında Aytmatovla mənə daha 
bir hadisə - gözəl rus şairi Osip Mandelştamın sədaqətli ömür-gün 
yoldaşı Nadejda Yakovlevnanın başına gələnləri də danışdı. Belə 
qadın öz qələmini silaha çevirən yaradıcı  təbiətli kişi üçün onun 
qismətinə çıxan çox böyük bir uğurdur. Maraqlıdır ki, mən Nadejda 
Mandelştamla Nobel mükafatı laureatı  İosif Brodskinin müəllimi, 
tanınmış rus şairi Yegeni Reynin evundə rastlaşmışdım. Reyn 
mənim “Tanakoz” poemamı rus dilinə tərcümə edirdi. Reynin anası 
çox erudisiyalı, ağıllı qadın idi. Vaxtilə o, böyük rus şairəsi Anna 
Axmatovanın  əqidə yoldaşı olmuşdu.  Ərinin yanında olmaq üçün 
onun sürgün edildiyi yerə gələn Nadejda Yakovlevna isə o dövrün 
bütün ağrı-acısını  çəkməli olmuşdu.  Əgər o dövrün məntiqi ilə 
desək, onun əri – Osip Mandelştam özü özünə qəbir qazmışdı. Osip 
elə bir şeir yazmışdı ki, nəinki XX əsrin tiranı Stalinin  heysiyyətinə 
toxunmuşdu, həm də onu  azğınlıq dərəcəsinə çatacaq qədər 
qəzəbləndirmişdi: 
 
Yaşayırıq, ayaq altda ölkəmizi hiss etmirik,
Danışırıq, on addımdan eşitmirik, 
Yarım kəlmə bəs etdiyi yerdəsə


233
Üstümüzdə Kremldəki 
                        dağ adamının kölgəsi. 
Onun gombul barmaqları yağlı qurda oxşayır,
Sözlərisə bir pudluq daş kimi ağır – 
Tarakan bığları elə bil gülür 
Çəkməsinin boğazısa sanki bərq vurur. 
Ətrafına yığıb cılız rəhbərlər,
Bu yarımadamları istədiyi kimi hərlər –
Kimi fi t çalar, kimi miyoldar, kimi zırıldar,
Və yalnız o, hökm edər, yıxar, öldürər.
Bu  şeir onun taleyini həll etdi. Bu həqiqət  şairinin çap 
olunmayan şeirlərini gələcək nəsillərə çatdırmaq mümkün olmadığı 
üçün Nadejda Yakovlevna ərinin  əsərlərinin hamısını yaddaşında 
saxlamağa çalışırdı. Çünki, əlyazmalar NKVD əməkdaşları 
tərəfi ndən müsadirə edilə bilərdi. 
Beləliklə Mandelştam yaradıcılığının canlı arxivi yaradılmışdı. 
Necə güclü yaddaş, necə güclü məhəbbət! Təsadüfi  deyil ki, Osip 
Mandelştam sürgündən Boris Pasternaka yazırmış ki, ikinci dəfə 
yenidən həyata qayıtmağına görə yalnız sədaqətli dostu – sevimli 
arvadına minnətdardır. 
Çay süfrəsi arxasında Reynin anasının xahişi ilə bu dahi qadına 
özümün Yevtuşenkonun tərcüməsində olan “Qızıl, gümüş və qalay” 
şeirimi oxuyarkən heç ağlıma da gəlməzdi ki,  onun insanı valeh 
edən belə mənəvi qəhrəmanlıqları var. 
Raisa Maksimovnanın bu hekayətindən sonra qərara gəldim 
ki, Mandelştamım yaradıcılığını, onun həyat yoldaşı Nadejda 
Yakovlevnanın həyat yolunu daha dərindən öyrənməliyəm... 
 Tezliklə bizə hündür bir oğlan yaxınlaşdı (heç şübhəsiz ki, 
o, partiya Mərkəzi Komitəsinin işçisi idi) və Raisa Qorbaçovanın 
qulağına pıçıldadı: 
- Deputatlar arasında böyük iş aparılıb. Bu gün Yeltsinin 
əməllərinin sonudur. O, Ali Sovetin üzvləri tərkibinə keçə bilməyəcək. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə