Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə60/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   56   57   58   59   60   61   62   63   ...   93

216
HACIMUKANLAR VƏ BILDIRÇIN ISTEDADI
Nurlan Yeskaliyevə
Hər gün dahiliyə can atan
Billdirçin istedadlardan 
Cəmiyyət də yorulub...
………………………………………
Amma, yəni doğrudanmı
Lap qabaqda işıq yanmır
Bu xalqın ümidi yox?..
Hacımukan doğulandan
Düz yüz qırx il keçib daha.
O vaxtdan bu vaxta kimi
Bütün qazax qadınları
Doğuşda bərk ağrıları, 
Keçirərək çalışsa da
Doğa bilmir yeni igid,
Hacımukan doğa bilmir. 
Onlar da bu məslədə
Ərlərinə ümidlidir, 
Və əslində ürəklərində 
Onlardan bərk inciklidir. 
Özünkülər arasında, 
Ən yüngüllər arasında çempionluq?.. 
Yox, yox belə igid
Xalq üçün qəhrəman deyil. 
Neçə min bildirçin rəis,
Bidirçin ideyalarla 
Hacımukan ruhlu səhraları 
Guya ki, idarə edir.
Xalq yorulub


217
Marionet nazirlərdən, hakimlərdən,
Onların düşündükləri 
yalnız maddi marağıdır,
Pul onların dayağıdır.
Öz doğma dilini bilmək 
Onlar üçün ayıb sayılır.
Marionet hüquqşünas,
Polislər və biznesmenlər...
Özlərindən razı halda
Doğma dili, şeiriyyəti
Qəbul etmir, alçaldırlar.
Bu çıxılmaz vəziyyətdən
Çıxmaq üçün hər sahədə
Sinəsində alovlu qəlb,
Hacımukan lazım bizə. 
Cılız bildirçin istedad
Gələcəyə çata bilməz.
Bəs hardadır elmdəki,
Təhsildə, siyasətdəki
Bizim yeni Hacımukanlar?
Tulparı – qaçağan at doğan madyanları
Ətliyə verməzdilər bizim xalqda heç zaman.
Bunun dərin 
Mənası var – 
Yaxşını yamandan ayıra bilmək...
Xalqı qanadlandıran, 
Ideyalar doğuran
Öz oğullarını
Xalq da qorumalıdır. 


218
Əgər haqqın üzərində 
Nahaqq gülüb əylənirsə, 
Bildirçinlər qalib gələr
Hər sahədə tez törəyər.
Bu tikanı kim çıxaracaq
Mənəviyyat ürəyindən? 
Məcrasına kim yönəldər
Yalançı demokratları, 
və ya vəhşi kapitalizmi? 
Mənəviyyat zirvəsinə 
Xalq heç vax yüksələ bilməz
Əgər o öz dahilərin, 
Öz haclmukanların
Qoruyub uca tutmasa. 
- Çox dəqiq müşahidədir. Bizə bütün sahələrdə hacımukan-
sayağı güclü istedadlar lazımdır, - Aytmatov dedi. – Başqa ölkələri 
bir kənara qoyaraq yalnız Qırğızıstan və Qazaxıstanı götürsək, 
təhsildə, elmdə, siyasətdə, kənd təsərrüfatı sahələrində bircə  nəfər 
də hacımukansayağı istedadlı şəxsiyyət meydana gəlməyib – bizim 
ümumi bəlamız. 
- Amma, siyasət sahəsində özünü dünya səviyyəsində  təri-
fl əmək, milçəkdən fi l düzəltmək işində Qırğızıstan heç Qazaxıstanın 
tozuna da çatmaz.  Buna görə  yəqin məndən inciməzsiniz, - mən 
zarafatla dedim. – Nə isə, bu nailiyyətlərimizi bir tərəfə qoyaq... 
Bizdə çox-çox əvvəl kənd təsərrüfatı sahəsində Nurmolda Aldaber-
qenov adlı hacımukansayağı bir istedadımız var idi. O, Taldıkorqan 
şəhəri (indi Almatı vilayətinin administrativ mərkəzi) yaxınlığında 
bir təsərrüfata başçılıq edirdi. Nurmolda-ağa ötən  əsrin 50-60-cı 
illərində rəhbərlik etdiyi kolxozda ikimərtəbəli evlər tikib, iki istiqa-
mətli yollar çəkdirib, gözəl bir mədəniyyət sarayı ucaltmışdı. O vaxt 
kənd yerlərində belə cah-cəlal olmurdu. O, həmdə  mənəvi cəhət-
dən inkişaf etmiş insan imiş. Baurjan Momışulı və sabit Mukanov 


219
kimi şəxsiyyətlərlə ünsiyyətdə olar, dostluq edərmiş. Ən qəribəsi isə 
budur ki, Sosialist Əməyi Qəhrəmanı adını almasına baxmayaraq, öz 
təsərrüfatında daha 20 zəhmətkeşin belə adla mükafatlandırılmasına 
nail olmuşdu. Başqası deyərdi ki, bir aulda bir qəhrəman olar. Həm 
də xaricdə olanda o, başqalarından fərqli olaraq, özünü dartmırdı, 
vaxtını boş yerə itirmirdi. Xaricdən təkcə Qazaxıstanda yox, bütün 
İttifaq  ərazisində indiyədək bitməyən 39 müxtəlif meyvə  və gül 
növləri gətirmişdi. Bizim paxıllıq edən, özgənin  şan-şöhrətini gö-
zləri götürməyən qardaşlarımız isə lap Xruşovun özünə şikayət mək-
tubları yazmaqdan yorulmurdular. Nəticədə  vəzifəsindən getməyə 
məcbur oldu və onu ən geridə qalmış bir təsərrüfata göndərməyi xa-
hiş etdi. İki-üç il ərzində isə bu təsərrüfatı da öncüllər sırasına çıxart-
dı. Bax bu əsl hacımukansayağı təsərrüfatçı istedadıdır. 
- Məncə Xruşovun vaxtında siyasətdəki yumşalmalar səbəbindən 
hakimiyyət özü də bilmədən bu cür hacımukansayağı istedada malik 
Nurmoldıların meydana çıxmasına imkan verib, - Aytmatov dalğın-
dalğın dedi. – Keçən il öz sahəsində böyük bir elmi kəşf etmiş alim 
yanıma gəlmişdi. Bu kəşfi n  nəinki tətbiq edilməsi, hətta faydal-
ılığının sübut olunması üçün də milyon dollara yaxın vəsait tələb 
olunurdu. Hamı isə qorxur ki, birdən sübut edə bilmədi? Problemlər 
çoxdur. Bizim zəmanədə nadir hallarda olsa da təsərrüfatda, siyasət-
də, təhsildə, elmdə ayağa qalxıb səsini çıxartmaq istəyən hacımukan-
sayağı istedadlı insanların yolları çox daraldılıb. Onları yerə yıxmaq, 
kürəklərini yerə vurmaq isə bildirçin istedadların əsas işidir. Amma, 
bu ədalətsizlik çox vaxt nadanlıqdan doğur. Ona görə də yadda sax-
lamaq lazımdır ki, hacımukansayağı istedadlar olmadan, siyasət, 
elm və texnika, istehsalat və təsərrüfat, ədəbiyyat və incəsənət ink-
işaf edə bilməz. Hacımukanlarsız dövlətin və millətin gələcəyi çox 
dumanlı və şübhəlidir. 
Biz bir müddət hərə öz düşüncələrinə qərq olaraq susduq. Jambıl 
şəhərindən keçəndə, Aytmatov yəqin çox yorulduğu üçün mürgüləy-
irdi. O saat sürücüyə “qazı bas” işarəsi verib mən də gözlərimi yum-
dum. Çingiz Torekuloviçin qabaqda oturan yaxın qohumu, uzun yol-


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə