211
idi. Bu vaxt Musrepovun həyat yoldaşı Qaziza-apay (Risadan son-
rakı arvadı) Raisaya nəsə pıçıldadı və onlar ikisi çıxdılar.
Niyə Qa-
ziza onu apardı, indiyə kimi fi kirləşirəm. Raisa axır ki, öz andına
sadiq qalmayan satqın qız haqqında balladanı eşitmədi. Çox illər
sonra, 2002-ci ildə Qabit Musrepovun YUNESKO çərçivəsində
keçirilən 100 illiyində onun doğma Şimali Qazaxıstan vilayətinə
Raisa da iki qızı – Qauxar və Qulnarla birgə gəlmişdi. Şam yeməyi
zamanı mənim Musrepov barədə həyacanlı çıxışımdan sonra Raisa
gözü yaşlı dedi: “Mənim həyatımın ən işıqlı, ən gözəl anları Qabitlə
keçirdiyim vaxtlardır. Əgər həyatı yenidən başlamaq mümkün ol-
saydı, mən cavan və sadəlövh olduğum üçün etdiyim səhvləri bir də
təkrarlamazdım.
Nə etməli, artıq gecdir... İndi Qaben mənim zirvəm
və söykənə biləcəyim qayadır”. Bundan hansı nəticəyə gəlmək olar,
Şıke?
- Gec də olsa açıq şəkildə böyük şəxsiyyətin məhəbbətini lay-
iqincə dəyərləndirib ona cavab verə bilmədiyini etiraf edən Raisaya
yəqin çoz sağ ol demək lazımdır, - Aytmatov iztirabla dedi. – Bu
hadisə bir daha göstərir ki, əsl məhəbbəti yalnız qeyri-adi şəxsi-
yyətlər duya bilirlər. Sən öz “Qeyri-adi zövqün faciəsi” şeirində
böyük insanların xüsusi zövqü mövzusunu dərindən aça bilmisən...
- Şeir uzun illər sonra yazıldı, baxmayaraq ki, onun yazılması
ilə bağlı ideyalar ətrafında mənimlə Musrepov arasında mübahisələr
də olub.
Bir dəfə belə hadisə baş verdi, - deyə danışmağa başladım.
- Yazıçılar İttifaqında Musrepovla birlikdə həmkarlarımızla söhbət
edirdik. Otağa əlində “Puşkinin qadınları” adlı kitab olan bir yazıçı
girdi. Hamıyla salamlaşandan sonra o dedi: “Sən demə Puşkin lap
don juan olub. Bu kitabda onun 113 qadınla olan münasibətləri
barədə yazılıb”.
- Buna tənqidi yanaşmaq olmaz. Puşkin də, Abay da təkrar ol-
unmaz, min ildə bir dəfə doğulan dahi şəxsiyyətlərdir. Buna görə
də onlar öz zövqlərinə uyğun qadın axtarıblar. Ola bilər ki, beləsini
Puşkinin 113 işvəkar qadını arasında və ya Abayın
bütün aulunda-
kı hörüklü utancaq qadınlar arasında da tapmaq mümkün olmasın.
212
İndi Puşkinin və ya Abayın böyük şəxsiyyət, müstəsna intellektə
malik insanlar kimi günahları varmı ki, öz təfəkkürlərinə, düşüncə
tərzlərinə, hisslərinə müvafi q qadın axtarırdılar? Onların bu ax-
tarışlarını donjuanlıq adlandırmaq düzdürmü? Bu Muxtarla bizim
ümumi fi krimizdir, - deyərək Qaben əlini mənim çiynimə qoydu...
- Onda oxu həmin şeiri, - Aytmatov maraqla dedi. – Məncə bu
problemə düzgün cavab verən əsas fi kir həmin şeirdədir.
Mən öz əsərimin müxtəlif hissələrindən
parçalar oxumağa
başladım:
214
Onları heç təqsirkar
hesab etmək olarmı?
Hə, qeyri-adi zövq –
Dahilərçün faciədir bəlkə də.
Puşkinin arvadı –
Gözəl Natalya.
Amma, onun daxili gözəlliyi
Heç əriylə müqayisəyə gələrmi?
Elə Buna görə də o, başqa yerdə
Başqa kişiylə torpağa gömüldü.
Puşkinsə sağ qalıb
Ruhən daim sağ.
Heç kimə yenməyən igidi yıxmaq,
İnanmaq heç kimin saymadığına –
Bu dahilərə məxsus qəribə kapriz.
Puşkinlər, Abaylar
Daim tək olur,
Ta o vaxtadək ki,
Ruhən son dərəcə gözəl bir qadın
Onlara incə bir əl uzatmasın...
- Bəli, həqiqətən eruditin yalqızlığı - ən əzablı yalqızlıqdır... Sən
Musrepovun iki qəhrəmanlığı haqqında çox gözəl danışdın, - Aytma-
tov dalğın şəkildə dedi. - Sən demə o məhəbbətdə də qəhrəmanlıq
edib. Amma, onun bütün bu rəşadətləri uğursuz yekunlaşıb. İndi mən
başa düşdüm, niyə sən mənəviyyat və vətəndaş comərdliyi baxımın-
dan Musrepovu bütün qazax yazıçılarından yüksəkdə tutursan. Belə
şəxsiyyətlər olmasaydı, ədəbiyyat indiki yüksəkliyə qalxardımı, in-
sanlar da bir millət olaraq bu ucalığa doğru uzanardılarmı?
- Bizim bədbəxtliyimiz ondadır ki, ədəbiyyat və incəsənətin
müasir nümayəndələrinini 90 faizində Musrepovun vətəndaş təəssüb-
keşliyinin heç cüzi bir hissəsi də yoxdur, - mən dedim. – Əksəriyyə-
215
ti kosmopolitləşib, millətin maraqlarından
və doğma dildən söhbət
düşəndə kolluqda gizlənirlər. Onlar hakimiyyət tərəfi ndən qorxud-
ulub və milli qürurlarını itiriblər. Mənim prinsiplərim isə belədir.
Kimsə lap istedadlı aktyor və ya mahir yazıçı olsa da, əgər bu in-
sanın ürəyi millətin maraqları ilə bir döyünmürsə, basqı altında olan
və ən böyük faciəmiz ola biləcək - itmək təhlükəsi ilə üz-üzə qalan
dilimizin və mənəvi dəyərlərimizin qorunması üçün barmağını da
tərpətmirsə, o, yaradıcı şəxs deyil, yazıçı deyil. Axı öz qorxaqlığı ilə,
mənəvi satqınlığı ilə o öz xalqının qəbrini qazır. Buna görə, bizim
zəmanəmizin Musrepovlara böyük ehtiyacı var.
- Bizim bir problemin üzərində də dayanmağımız yaxşı olardı,
- Aytmatov dedi. – Sənin bir şeirin var – “Hacımukanlar və bildirçin
istedadı”. Bu balaca şeirdə müasir dövrümüzün böyük bir problemi
həll olunur. Deyirsən ki, bildirçinin çəkisi təxminən 90-100 qramdır.
İnsan onun əti ilə doymur. Bu quş çox nadir hallarda,
amma gözəl
oxuyur. Deməli sən istedadı, qabiliyyəti az olan elm, ədəbiyyat,
incəsənət adamlarını bildirçinə bənzədirsən. Hacımukan isə dünyada
tanınmış, qeyri-adi gücə malik görkəmli qazax peşəkar güləşçisidir.
O, nəinki qazaxlar və qırğızlar arasında, nəinki Orta Asiyada
və Rusiyada, hətta dünyada keçirilən yarışlarda kürəyini yerə
vurmayıb. Və fi ziki cəhətdən yox, mənəvi gücü ilə ona bənzəyən,
xüsusi vətəndaşlıq cəsarətinə malik insanları sən Hacımukanlara
aid edirsən. Buna görə də, Musrepovu da Hacımukana bənzədirsən.
Əlbəttə, şübhəsiz ki, Musrepovun istedadı hacımukan istedadıdır.
Biz isə bu syahıya heç yaxın da düşə bilmərik.
- Niyə? Siz ən azı ona görə buna layiqsiniz ki, dünya
ədəbiyyatında bu gün xalqların ən mürəkkəb problemi – insanın
manqurtlaşdırılması faciəsini qaldırmışınız. Siz Hacımukanlar
siyahısının lap mərkəzində qərarlaşmağı haqq etmişiniz. Çünki,
manqurtlaşma siyasətinə qarşı mübarizə insan
cəmiyyətinin ən vacib
işlərindəndir.
- Bilirəm, amma sən bunu dedin ki, mənim əhvalımı düzəldəsən,
- Çingiz Torekuloviç gülərək dedi. – İndi səndən bir xahişim var. Bu
şeiri bütöv, ixtisar etmədən oxu. Mən əzbərdən dedim: