196
“Əgər bizim “çıngizşünaslar” xaqanın bioqrafi -
yası ilə bağlı mövcud salnamələrin heç olmasa beş faizi
ilə tanış olsaydılar, bu gün “Çingizxan qazaxdır, onun
qurduğu dövlət qazax dövlətidir” kimi gülməli şayiələr
yaranmazdı. Çingizxan türk faktorunun monqollar
üzərində qələbəsinin səbəbkarı yox, əksinə, başa çat-
dıranı olub...”
Kinayat Zardıxan
(«Çingizxan mövzusu
fantaziya və fərziyyələrə
tabe olan zirvə deyil».
«Jas Alaş», 7 fevral 2004-cü il)
“...İndi Muxtar Maqauin Çingizxan barədə növbəti
kitabını yazır ki, onun qazax olduğunu sübut etsin. …
Hələ 80-ci illərdə bir qurumuş qoca – riyaziyyatçı-dosent,
biz Çokan Valixanovun heykəlinin yanında gəzişərkən
mənə demişdi ki, Napoleon da qazax olub. ... Bu nə boş-
boş şeylərdir? ...Lap gülməlidir. Amma, öz eyiblərim-
izə özümüzün gülməyimiz daha yaxşıdır, nəinki başqa-
larının”.
Qerold Belqer
(«Bu gün hər şeyi dollar idarə edir».
«Zaman», 13 oktyabr 2010-cu il.)
Qazax torpağında Çingizxan barədə bu savadsız mübahisə
artıq doqquz ildən çoxdur ki, davam edir və hələ də susmaq bil-
mir. Bu yaxınlarda tanınmış jurnalist Jarılkap Kalıbayın rəhbərlik
etdiyi populyar jurnal – “Juldızdar otbası”-nın əlavəsi olan “Anız
adam”-ın bütöv bir nömrəsi Çingizxana həsr olunmuşdu. Nəşr tar-
ixin indiyə kimi geniş auditoriyaya bəlli olmayan bəzi səhifələrini
açmışdı. Məddahlar isə jurnalda yer alan əsaslandırılmış fi kirlərə
197
etiraz edərək, monqol hökmdarının ləkələnməməsi
üçün dəridən-qa-
bığdan çıxırlar. Biri yazır ki: “Qazax tarixi Çingizxansız nəql olun-
mamalıdır”, o biri onun səsinə səs verir: “Böyük xaqanı zalım hesab
etmirəm. Ona qəhrəman kimi sitayiş edirəm”. Əgər mənim nəvəm,
üçüncü sinif şagirdi belə söz desəydi, mən çox kədərlənərdim: “Sən
niyə belə bisavadsan?!”
2005-ci ildə Çingiz Aytmatovun birbaşa rəhbərliyi ilə “Al-
danışdan mənəvi təmizlənməyə doğru” adlı açıq məktub hazırlandı
və Birləşmiş Milətlər Təşkilatına, YUNESKO-ya, dövlət başçılarına
və ictimai xadimlərə göndərildi. Susmaq bilməyən mübahisələrə
yekun vurmaq üçün bu məktubdan bir parçanı təqdim edirəm:
“...Üçüncü minilliyin mənəvi dəyərlər bələdçisi heç
şübhəsiz ki, qarşılıqlı anlaşma, sülh, humanizm ideyaları
olmalıdır və bunlara nail ola bilmək üçün bütün dün-
ya ictimaiyyətinin məqsədyönlü səy göstərməsi lazım-
dır. Bəşəriyyətin vahid qlobal taleyinin mövcudluğunun
keçmişin və buğunun mənəviyyat və ümumi ədalət
mövqeyindən yenidən dəyərləndirilməsi, əsas aspekti
zorakılığın istənilən təzahürlərinin rədd edilməsi olan
keyfi yyətcə yeni təfəkkürün formalaşmasının vacibliyini
anlamağa təkan verməlidir. İnsan öz qüsurları üzərində
qələbəni yalnız mənəvi özünü təkmilləşdirmə yolu ilə,
dağıdıcı mənfi qüvvələrə qarşı xeyirxahlıq göstərməklə
qazana bilər. Bu kontekstdə Roma Papası II İohann Pav-
elin “Allah və insanlar qarşısında uzaq və yaxın keçmişin
səhvlərini” etiraf etmək və ruhən təmizlənmək təşəbbüsü,
alman bundestaqının faşist konslagerlərinin keçmiş dus-
taqlarına pul kompensasiyasının ödənməsi barədə qərarı
əsl humanizm və yeni təfəkkür matrisasının yüksək
mənəviyyatlı nümunəsidir.
Biz bütün dövlətlərin rəhbərlərini, dünya mədəni-
yyətinin və elminin nümayəndələrini, planetin ictimai-
198
yyətini ilk növbədə keçmişin tiran-hökmranlarına haqq
qazandırmaq və onları alqışlamaqla zorakılığın və şərin
təbliğindən imtina etməyə, müxtəlif sahələrdə korrup-
siyanın öhdəsindən gəlməyə, humanizm dəyərlərinin
hamılıqla etirafı və təsdiqi yolu ilə ruhən və mənəvi cəhət-
dən təmizlənmək ideyasını fəal surətdə dəstəkləməyə
çağırırıq. Yalnız bu yolla biz mənəviyyat böhranının
dağıdıcı nəticələrindən qurtula bilərik”.
Hans-Peter Dyurr, Nobel mükafatı laureatı, Almani-
ya;
Yevgeni Yevtuşenko, Rusiya;
Çingiz Aytmatov, Qırğızıstan;
Fridrix Xitser, Almaniya;
Rəsul Həmzətov, Dağıstan;
David Kuqultinov, Kalmıkiya;
Oljas Suleymenov, Qazaxıstan;
Qenrix Yuşkyaviçyus, Litva;
Muxtar Şaxanov, Kazaxstan;
Zadislav Novitski, Polşa;
Rustan Raxmanaliev, Qırğızıstan;
Rostislav Rıbakov, Rusiya;
Mumin Kanoat, Tacikistan;
Emin Bilgik, Türkiyə;
Elçin, Azərbaycan;
Monqol xaqanı ilə bağlı mənim “Cəzalandıran yaddaşın kos-
moformulu” (Çingizxanın özü ilə apardığı sirr) əsərim işıq üzü
görəndən sonra başlayan və beynəlxalq
debatlara çevrilən müba-
hisələrin bütün iştirakçılarının rəylərini çap etsək 20 qalın kitabdan
ibarət toplu alınar. Bir dəfə Aytmatov zarafatla dedi: “Yəqin bu günə
kimi dünya ədəbiyatında elə bir şair olmayıb ki, səni kimi bu miqyas-
da mübahisələrdə şərin, ittihamların və tərifi n hədəfi nə çevrilsin”.
199
Nə etməli, deməli taleyimiz beləymiş. Bu yaxınlarda bir əməkdaşım
mənə göstərdi ki, internetdə yalnız qazax və rus dillərində mənə tərif
deyən və ya qara yaxan yüz mindən çox məqalə yığılıb. Şübhəsiz ki,
onların böyük bir qismi Çingizxanla bağlı mübahisələrlə əlaqəlidir.
Əvvəlcə məni dəstəkləyən, sonra isə “xata-bəladan uzaq” ol-
mağa üstünlük verən bəzi “day-daylar” və başqa müasirlərimdən
fərqli olaraq, Çingiz Aytmatov adi insani zəifl iklərə əyilməyərək, öz
mövqeyində möhkəm duraraq, prinsip və anlayışlarını sonadək dəy-
işməyərək bu mübarizədə də əsl kişi xarakteri göstərdi.
O, insan övladını qanda boğdu, alçaltdı,
Amma, yenə şöhrətin lap zirvəsində qaldı,
Xalqına canın verən qəhrəman unuduldu.
Nə etmək... qul təfəkkürü bəsarətimizi aldı?
2006-cı ildə mən öz müsahibəmdə daha Çingizxanla bağlı di-
skussiyalarda iştirak etməyəcəyimi bildirdim.
Öz mövqeyimi isə
belə izah etdim ki, bu ilk növbədə səhhətimlə bağlıdır, ikincisi isə
mən əvvəlki məqalələrimdə və müsahibələrimdə Çingizxanla bağlı
fi kirlərimi artıq tam aydın şəkildə açıqlamışam. Biz Çingiz Aytma-
tovla birgə yazdığımız “Çingizxanın təhlükəli fetişi” tarixi essem-
izdə bu problemi hərtərəfl i analiz etməyə çalışmışıq. Tarix haqqında
təsəvvürü olan hər bir kəs bundan nəticə çıxarda bilər. Bizim əsas
məqsədimiz getdikcə boş yerə “çənə döyməyə” bənzəyən müba-
hisələrə son qoymaq idi. Çingizxanın müdafi əçiləri mərhum Kəl-
tay Muxamedjanovu öz tərəfdarları sırasına qatmışdılar. Halbu-
ki, hələ sağ ikən o yazırdı: “Otuz il Çingizxan barədə materiallar
topladım, amma yazmağa özümü məcbur edə bilmədim. Çünki, o
dağıdıcıdır. Şər adam barədə yazmaq – məşəqqətdir”. İndiyə kimi
başa düşmürəm ki, özlərini müsəlman
hesab edən bu tənqidçilərin
niyə ağlına da gəlməyib ki, günahsız bir insanı öldürməyin bütün
bəşəriyyəti öldürməyə bərabər olduğunu bildirən Qurani-kərimə
diqqət yetirsinlər. Amma, yəqin cahilliyin sərhəddi yoxdur.