Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə56/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   52   53   54   55   56   57   58   59   ...   93

200
Beləliklə, mən dediyim kimi də Çingizxanla bağlı danışmaqdan 
imtina etmişdim. Amma, Çingiz Aytmatov barədə xatirələri yazarkən 
onun mətbuatda “əzişdirilməsinə” səbəb olan problem barədə söz 
deməmək ümkün deyil. İkincisi, Muxtar Maqauin “Jarmak” adlı bir 
poman yazıb ki, tərəfdarları onu tərifl əməkdən, “dahiyanə əsər” ad-
landırmaqdan yorulmurlar. Mən bu romana anormal personajlardan 
biri – Muştar Makanov kimi daxil edilmişəm.  İstedadlı qazax na-
sirlərindən biri – Dulat İsabekov bu romanı ruhu olmayan əsərlər 
sırasına aid edib. Şair və ədəbi tənqidçi Amanxan Alimulı isə belə 
rəy bildirib: 
“Maqauinin “Jarmak”-ını oxudum. Bədii  ədəbiyyat 
dili və stili qətiyyən olmayan sıradan bir qəzet informa-
siyası kimi oxunur. Həm də  “acı həqiqət” adı ilə maska-
lanıb ürəklərə kin salır. Onda bədii əsərə aid heç nə yox-
dur. Millətçilik qiyafəsinə bürünüb canavar kimi şübhə ilə 
ətrafa baxmaq - əsas süjet xətti bundan ibarətdir”.  («Ak 
jelken» jurnalı, № 7, 2009-cu il.) 
Üçüncüsü isə bu günlərdə bir qəzetdə yazılmışdı ki, Bekdil-
da Aldamjarovun özünün şəxsi mətbəəsi var  və  fərəhlə bildirilir-
di ki, onun əsərlərinin 16 cildlik toplusu nəşr olunacaq. Kitabların 
üzlüklərinin şəkilləri də dərc olunmuşdu. Düzdür! Kim buna nə deyə 
bilər ki? Qoy maddi cəhətdən, artsın, möhkəmlənsin, qoy tərəqqi et-
sin! Kimə lazımdır mətbəə nədir, heç velosipedi də olmayanlar, millət, 
həqiqət, ölkənin maraqları barədə daim hay-küy salanlar? Əksinə, 
indi hakimiyyət məni kimilərə qarşı açıq və ya gizli surətdə fəaliyyət 
göstərənləri dəstəkləyir. Bu 16 cildlk toplunun məzmununa baxsaq 
görərik ki, oradakı məqalələrin xeyli hissəsində Çingiz Aytmatov ələ 
salınaraq saxta puldan da dəyərsiz bir şey kimi qiymətləndirilib, mən 
isə ümumiyyətlə  şairlər siyahısından çıxarılmışam. Bundan başqa 
A.Nurpeisov, M.Makataev, K.Mırzaliev, O.Bokey və başqa  ədəbi-
yyat xadimlərinin şərəf və ləyaqəti alçaldılıb. Səhv etməmişik. Bu 


201
məlumatları yayan qəzetdə az sonra “Tənqidin dəyənəyi” rubrikasın-
da Bekdildı Aldamjarovun “Gözlənilməz həqiqətlər” adlı məqaləsi 
çıxdı. Məqalədə o, Çingiz Aytmatovun “Cəmilə” povestini – dünya 
ədəbiyyatının klassikasını qaralamaqdan ötrü əlindən gələni edib. 
Bəli, Çingizxan ətrafında başlayan döyüş Çingiz Aytmatov 
üçün asan keçmədi. 


202
MUSREPOVUN IKI QƏHRƏMANLIĞI 
VƏ UĞURSUZ MƏHƏBBƏTI BARƏDƏ.
Qeyri-adi zövqün bəlası 
və ya Hacımukanlar 
və bildirçin istedadı 
barədə düşüncələr
“Cinayətkarlarin” DYP əməkdaşlariı
tərəfi ndən saxlanışlması 
 
Biz Aytmatovla tez-tez yaxın-uzaq məsafəyə səyahətə çıxırdıq. 
Bəzən Bişkekdən Almatıya və ya Daşkəndə gedirdik, hərdən bizi 
qırğız torpağındakı bir-birindən xeyli aralı olan şəhərlərə və aullara 
qonaq çağırırdılar. Birlikdə yollarda keçirdiyimiz vaxtı hesablam-
aq mümkün deyil. Həmişə də yolun çox hissəsini Aytmatov yatardı. 
Əvvəllər mən lap inciyirdim də. Bu və ya digər mövzuda söhbətimiz 
elə təzəcə qızışmağa başlayırdı ki, onu yuxu aparırdı. Onun bu xas-
iyyəti barədə aramızda bir dialoq olmuşdu. “Uçurum üzərində ovçu 
fəryadı” kitabımızda da bu mövzuya toxunulub: 
“AYTMATOV.  Yuxular məni izləyir. Bilmirəm nə 
möcüzədir: gözlərimi yuman kimi cazibəli yuxuların əsir-
inə çevrilirəm. Səhərə yaxın gah sevincli, gah da kədərli 
halda yuxudan oyanıram. Yuxuda mənə doğma olan insan-
ları, vaxtilə sevincimi, kədərimi bölüşdüyüm yaxınlarımı 
görəndə sevinirəm. Hərdən şəxsən tanış olmadığım, amma 
ruhən çox yaxşı tanıdığım dahi şəxsiyyətlər yuxuma girir. 
Gizlətməyəcəyəm, iki dəfə həkimə də müraciət eləmişəm. 
Onlar deyir ki, psixikam tam qaydasındadır. Buna baxma-
yaraq, gözlərimi yuman kimi yenə rəngarəng hadisələrin 
və xəyalların əhatəsində oluram... 
ŞAXANOV. Şıke, sizə bir dost kimi deyirəm ki, burda 
baş sındırmağın mənası yoxdur.   Düşünürəm ki, bu güclü 
fantaziya, dərin hissiyyatla əlaqəlidir. Və bir qədər də eh-


203
tiyatlı olmalısınız... Yəqin yuxu görməsəniz, siz bu günkü 
yaradıcılıq imkanlarınızı itirəcəksiniz...” 
Aytmatovun daha bir xüsusiyyəti – o, maşının dəlisovcasına 
sürülməsini xoşlamasdı. Sürücü sürəti saatda 110-115 kilometrdən 
yuxarı qaldıranda onu məzəmmət edərdi. Məni bu astagəllik lap 
özümdən çıxarardı. Aytmatov mürgüləyən kimi sürücüyə deyərdim 
ki “qazı bas”. Şıken tez yuxudan ayılardı. Mən sürücü ilə gizli 
danışıq üçün yeni sözlər fi kirləşirdim, amma o, bizim kələyimizin 
üstünü tez açırdı. 
Bir dəfə Daşkənddən Bişkekə gedirdik. Bu dəfə Şıken az yatırdı. 
Bizim aramızda mənəvi cəhətdən qəliz və vacib problemlər barədə 
maraqlı söhbət başladı. Tədricən söhbət gəldi çıxdı Qabit Musrep-
ovun üstünə. 
- ümumən götürəndə  sən də bilirsən ki, mənim qazax ədəbi-
yyatının klassikləri Muxtar Auezov, Sabit Mukanov, Qabit Musre-
pov və Qabiden Mustafi nlə yaxşı münasibətlərim olub, - Aytmatov 
dedi. – Amma bu şəxsiyyətlər arasından yalnız Muxtar Auezov-
la mənəvi yaxınlıq hiss etmişəm. Bana baxmayaraq, bizim söh-
bətlərimiz ədəbiyyat, tarix, siyasət çərçivlərindən kənara çıxmazdı. 
Sən isə Qabit Musrepovla xüsusilə yaxın idin. Ölüm yatağında o, 
qazax xalqına son vəsiyyətini məhz sənə deyib. Yadıma gəlir, sən 
cavanlığında deyərdin ki, vətəndaşlıq və dürüstlük cəhətdən Musre-
povu qazax yazıçıları arasında ən yüksəkdə qoyursan...
- Bəli, və bu mövqeyim dəyişməyib, - mən dedim. – Az qala 
bütün tanınmış yazıçıların qorxaqlıq nümayiş etdirdiyi bir vaxt, 
Musrepov iki dəfə qəhrəmanlıq göstərib. Biri budur. Məgər otuzu-
ncu illərin əvvəllərində qazax torpağında süni şəkildə aclıq yaradan 
Qoloşekin deyildi? Qazaxıstanda kollektivləşmə illərində, o cüm-
lədən Qoloşekinin səkkiz illik idarəetməsi dövründə 4100 000 qazax 
acından ölüb. Partiya rəhbərinin bu qanlı əməllərini o vaxt Qazax-
ıstan Mərkəzi İcraiyyə komitəsinə rəhbərlik edən Yeltay Yernazarov 
kimi  xalqın arasından çıxanlar da dəstəkləyiblər. Öz əməllərinə haqq 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə