172
qardaşlarımız da keçi südünə keçiblər. Deməli onların
zövqləri oradan formalaşır. Bi isə reklamdır. Buna görə
şəkli öz müştərək kitablarının üz qabığında yerləşdiriblər.
Kitabın adı – “Fəryad...” – eee... itirilmiş nəyin isə üstündə
ağlaşmadır. Kitabın müəllifl əri isə bax bu Zor və Şon –
M.Şaxanov və Ç.Aytmatovdur.
...İlkin versiyaya qayıdaq. Keçini aparanlar iki nəfər
idi. Tələm-tələsik vurnuxma zamanı biz bir az səhv eləmişik.
Aydındır ki, onlar iki nəfərdir, amma onların apardıqları
bir daha üzr istəyirik dişi keçi yox, təkə imiş! İndi nə edək?
Əgər məqaləni təzədən yazsam, ikinci cildə keçəcəyəm.
Qoy olsun. Kimin səhvi olmur ki? Tanımamışıq. Dişi keçi
yox, Təkə...
...Kim Təkənin heç nəyə yaramayan ətini yeyir? Və
yaxud Öküzün, Ayğırın? Uzaqbaşı canavarlara atmaq olar.
Bəs süd... Təkədən nə süd? Deyəsən əvvəlkindən də çıxılmaz
vəziyyətə düşdük. Nəticədə buna belə interpretasiya
verdik: “Anlamaq üçün bizim ağlımız kifayət deyil”. Biri
Şon, digəri Zor təkəni boş yerə buynuzlarından tutub
aparmazdılar. Ola bilər ki, bir dərədə bir sürü qısır keçi
otlayır...”
Maqaunin məqaləsindəki bu sətirlərə xüsusi diqqət yetirək:
“... Keçi – ikiayaqlı, insan – dördayaqlıdır. Bunu təkzib
etmək üçün məsələnin sağlam məntiqə nə dərəcədə uyğun
gəlməsi barədə qucaq-qucaq məqalə yazmaq lazımdır?
Sən demə uyğun gəlir. Çünki, dördayaqlı keçi dörd ayağın
boyunduruğunda gedir. Yəni belə başa düşmək lazımdır
ki, bu dörd ayaq iki adama məxsusdur”.
Bir hüquqşünas mənə belə məsləhət verdi: “Əgər siz Maqauini
məhkəməyə versəniz, yalnız bu sətirlərin
vurduğu mənəvi zərbəyə
173
görə ondan bir neçə milyon tengə ala bilərsiniz. Belə ki, Maqauin
açıq-aydın sizi keçiyə, yəni heyvana bənzədir. “Dördayaqlı keçi
dörd ayağın boyunduruğunda gedir. Yəni, bu dörd ayaq iki adama
məxsusdur – Aytmatova və Şaxanova” – ifadəsi sizin heyvandan
fərqinizin olmadığını nəzərdə tutur. Qanuna
görə bu sizin şərəf və
ləyaqətinizin alçaldılmasıdır”.
Aytmatov da məhkəməyə müraciət etməyi təklif edirdi. Mən
M. Auezovun müdrik sözlərini misal gətirərək bundan imtina etdim:
“Məni it dişləyib, mən də onu dişləyim. Mənim dişlərim necə iyrənc
bir şeyə dəymiş olar?” Amma, tezliklə mən əmin oldum ki, səhv
eləmişəm. Məlum oldu ki, onlar bununla kifayətlənmək fi krində
deyillər. “Juldız” jurnalında Aytmatovun yaramazlığı barədə silsilə
məqalələr dərc olunmağa başladı.
Maqaunin rəhbərlik etdiyi “Juldız” jurnalının şöbə müdirinin
bizi ələ salması hər ikimizə pis təsir elədi. Onun poeziyasında
şeyriyyətdən əsər-əlamət yoxdur, amma
böhtan və iftira yazmaqda
hamını geridə qoyar. Bu, Ç. Aytmatovun dünya ədəbiyyatçıları
tərəfi ndən qəbul edilən, yarım əsr bundan əvvəl böyük fransız
yazıçısı Lui Araqonun “dünyanın məhəbbət haqqında ən gözəl
əfsanəsi” adlandırdığı “Cəmilə” əsərini məsxərəyə qoyan Bekdılda
Aldamjarovdur.
Hakimiyyətdə elə bir adam tapılmadı onlara desin ki, “bu
lap ağ oldu”. Aytmatova görə dərin inciklik içəridən sanki məni
zəhərləyirdi. Çünki, o, mənə kömək etmək üçün dəstək ifadə edərək
belə bir işə düşmüşdü. Çarəsiz qalıb, çox fi kirləşdikdən
sonra mən
Qazaxıstan Respublikasının Parlamentində belə bir bəyanatla çıxış
elədim. Bəyanatdan bir hissəni təqdim edirəm:
“...Bu yaxınlarda mənə Brüsseldən Çingiz Aytmatov
zəng edərək öz hiddət və qəzəbini Qazaxıstan Respublikası
Mədəniyyət, İnformasiya və idman Nazirliyinin nəzərinə
çatdırmağı xahiş edib. Çingiz Torekuloviçin incikliyi
ondandır ki, “Juldız” jurnalının baş redaktoru, yazıçı
174
M.Maqauin bir neçə ildir ki, mətbuatda Çingiz Aytmatova
qarşı çixişlar edir. M.Maqaunin fi krincə Ç. Aytmatov orta
səviyyəli bir yazıçıdır, avara və fırıldaqçının biridir. Şöhrəti
və ad-sanı isə yalnız öz işbazlığı hesabına qazanıb. Deyə
bilərsiniz ki: “Müasir demokratikləşmə dövründə daha
nələr yazmırlar ki...” Amma, söhbət elə adamdan gedir ki, o,
qırğız xalqının şərəfi , namusu hesab edilir. Kim Maqauinə
ixtiyar verib ki, “çənəm yorulmaz, dilim ətdəndir” prinsipi
ilə bu insanı idbar bir formada ləkələsin? Dövlət hesabına
maliyyələşən “Juldız” jurnalı planlı şəkildə hərəsi bir
roman və ya povest boyda olan məqalələr dərc edərək qazax
xalqını çox sevən dahi bir qələm sahibinin ünvanına yersiz
ittihamlar irəli sürür, qara yaxır. Maqaunin bu hərəkətləri
(beynəlxalq diplomatiya mövqeyindən yanaşsaq) iki ölkə
arasında nifaq və ixtilaf yaradır, münasibətlərə kölgə salır.
Qazaxıstanın “Xalık kaharmanı” (Xalq qəhrəmanı)
adını daşıyan Kasım Kaysenovdan sitat gətirirəm:
“Maquin yazıçılar arasında narazılıq salmaqdan əl çəkmir.
Dövlət jurnalını öz rəqiblərinə qarşı silah kimi iastifadə
etməkdən yorulmur. Ona görə də onu vəzifədən nə qədər
tez ayırsanız, bir o qədər ölkəyə yaxşılıq etmış olarsınız”.
Amma, bu fi kri dövlətimiz diqqətdən kənarda qoydu. Ali
hakimiyyətin bəzi nümayəndələri öz fəaliyyətsizliyini belə
izah etdi ki, “biz belə etsək, Maqauin müxalifətə keçər”.
Əslində isə onlar sözdə müxalifətə dəstək ifadə edən, amma
heç bir ictimai kütləvi tədbirdə iştirak etməyən Maqauinin
şər-böhtanından ehtiyatlanırlar. O, həmişə ölkənin, millətin
ciddi problemləri qaldırılanda kolluqda gizlənir...”
Qazaxıstanın yaradıcı ziyalılarından ibarət qrup sevimli yazıçı
Çingiz Aytmatovun ünvanına heç bir əsası olmayan təhqir dolu
alçaldıcı məqalələrin çap olunmasına qarşı çıxaraq buna etirazını
bildirdi. Siyahıya Xalık kaharmanı Kasım Kaysenov və QR Milli