12
qətliamdan bəhs edir. Kitabda soyqırım tarixşünaslığı üçün
yenilik sayılacaq faktlar, məqalələr əksini tapır. “Azərbaycan”,
“İstiqlal”, “Hümmət” kimi mətbu orqanlarla yanaşı, ilk dəfə
olaraq adı mətbuat tariximizə yazılan 1918-ci ildə Tiflisdə nəşr
olunan “Qardaş qayğısı” qəzetində çap olunmuş məqalələr ərəb
qrafikasından müasir əlifbaya keçirilərək oxuculara çatdırılır.
Əslən
Maştağadan
olan
Seyidağa
Axundzadənin
1919-cu ildə “Turan” mətbəəsində çap olunmuş “Mart hadisəsi
1918...” kitabı da ilk dəfə müasir əlifbada işıq üzü görür.
Növbəti kitab “Soyqırım: Erməni terorizmi” adlanır. Kitabda
soyqırım və erməni təcavüzü müsabiqəsində iştirak etmiş
müəlliflərin hekayələri və publisistik əsərləri dərc edilmişdir.
Kitab, erməni vəhşiliklərinin ifşa olunmasına böyük əmək sərf
etmiş, görkəmli filosof, f.e.d. Sabir Əsədovun xatirəsinə həsr
olunur.
Sərgidə yer alan kitablardan biri də Anar İsgəndərlinin
“Azərbaycan həqiqətləri: 1917-1920” adlı kitabıdır. Kitabda
ermənilərin Cənubi Qafqazda məskunlaşması, onların Osmanlı
imperiyasının tərkibində fəaliyyəti, Xüsusi Zaqafqaziya
Komitəsi, Zaqafqaziya Seymi, 1918-1920-ci illərdə erməni
hərbi birləşmələri tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran,
Zəngəzur, İravan, Urmiya, Maku və Xoyda türk-müsəlman
əhalisinə qarşı həyata keçirilən soyqırımlar, Azərbaycan Xalq
Cümhuriyyətinin Tiflis dövrü, Gəncə dövrü, Qafqaz-İslam
Ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Bakı
Xalq
Komissarları Sovetinin antiazərbaycan siyasəti, ingilis
qüvvələrinin Bakıya daxil olması, Azərbaycan parlamentinin
təşkili, AXC-nin daxili və xarici siyasəti, Azərbaycan
nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı,
AXC-nin Sovet Rusiyası tərəfindən işğalı mövcud arxiv
sənədləri və qərb müəlliflərinin əsərləri əsasında tədqiq
edilmişdir.
13
Sərgidə yer alan növbəti kitab Elçin Əhmədovun
“Ermənistanın Azərbaycana təcavüzü” adlı kitabıdır.
Monoqrafiyada XX əsrin 80-ci illərinin ikinci yarısından
başlayaraq Ermənistanın
Azərbaycana qarşı ərazi iddiaları və
işğalçılıq siyasətinin indiyə qədər davam edən mərhələsinin
təhlili xronikası verilmişdir. Son 25 il ərzində Ermənistanın
Azərbaycana qarşı təcavüzü ilə yanaşı, eyni zamanda dünya
birliyinin bu işğalla bağlı mövqeyi və beynəlxalq təşkilatların
münaqişəyə dair qəbul etdiyi sənədlər də kitabda təhlil edilir.
Bundan əlavə, baş verən hadisələr xronoloji ardıcıllıqla
təhlil edilən monoqrafiyada münaqişəsinin nizama salınması
istiqamətində Azərbaycan dövlətinin mövqeyi öz əksini tapmış,
beynəlxalq təşkilatların fəaliyyətindəki ziddiyyətli cəhətlərə,
buraxılan nöqsanlara, eləcə də perspektivdə həlli mümkün və
zəruri olan məsələlərə də diqqət yetirilmişdir. Azərbaycan
tarixinin müxtəlif dövrlərinə dair sənədlər və xəritələr,
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal
olunmuş əraziləri haqqında məlumatlar və fotolar, eləcə də
erməni terror təşkilatları cinayətlərinin xronikası kitabın əlavələr
hissəsində verilmişdir. Bununla yanaşı, münaqişənin nizama
salınmasına dair BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı,
Nato və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş
sənədlər də ardıcıllıqla və sistemli şəkildə əlavələr bölməsində
öz əksini tapmışdır. Kitab ali məktəblərin beynəlxalq
münasibətlər, beynəlxalq hüquq, hüquqşünaslıq, politologiya
regionşünaslıq, tarix ixtisası üzrə təhsil alan tələbələr və
magistrantlar, müəllimlər, eləcə də xarici siyasət məsələləri ilə
məşğul olan mütəxəssislər üçün faydalı ola bilər.
Sərgidə yer alan növbəti kitab Eldar İsmayılın “Ermənistan
Türklərinin 1988-ci il soyqırımı” adını daşıyır. Kitab 1988-ci
ildə Ermənistanda Azərbaycan türklərinin silah gücünə öz
ata-baba yurdlarından çıxarılmasından, erməni faşistləri
14
tərəfindən vəhşicəsinə öldürülən, evləri dağıdılan, talan olunan
insanların acı taleyindən bəhs edir. Soyqırıma həsr olunmuş
kitablardan biri də Xaqani İsmayılın qələmə aldığı “Azəri
soyqırımı” adlı kitabıdır. Kitab 1917-ci il Rusiya devrimindən
sonra yaranmış beynəlxalq siyasi şəraitindən sui-istifadə
edərək, Bakı və Azərbaycanın bir çox bölgələrində
bolşeviklərin himayəsi ilə silahla hakimiyyəti əlində saxlayan
erməni daşnaq qüvvələrin
Azərbaycanda və bütün Qafqaz
bölgəsində ölkəmizi xəritədən silmək... və “Böyük Ermənistan”
dövləti yaratmaq... məqsədi ilə törətdiyi azəri (türk)-müsəlman
soyqırımı Osmanlı ordusunun bunun qarşısını almaq üçün
Qafqaza və Bakıya yürüşü, ermənilərə optimizm vəd edən
beynəlxalq şərait, Azərbaycanın istiqlalı və sair məsələlərlə
bağlı təxminən bir il yarımlıq tarixi dövrü əhatə edən həm
müdhiş faciələr, həm qəhrəmanlıq, həm də düşüncələrin
bədii-mənzum səhnəsidir.
Sərgidə
yer
alan
kitablardan
biri
də
Müzəffər
Məlikməmmədovun “Qanlı dərə” kitabıdır. “Qanlı dərə”
yazıçı-jurnalist Müzəffər Məlikməmmədovun 13-cü kitabıdır.
Erməni daşnaklarının və bolşeviklərin 1918-ci ildə Quba
qəzasında törətdikləri qırğınlarla əlaqədar 26 il axtarışlar
aparmış müəllifin bu kitabı arxiv sənədləri, həmin dövrün
mətbuat orqanlarının materialları, işğalçılarla döyüşmüş
insanların və şahidlərin xatirələri əsasında qələmə alınmışdır.
Tədbirin sonunda iştirakçılar təqdim olunan kitablar haqqında
öz fikirlərini bildirirlər.
Azərbaycan tarixinə qanlı hərflərlə həkk olan soyqırımla
əlaqədar oxucular məktəblərdə divar qəzeti hazırlaya bilər.
Bunun üçün kitabxanaçı kitabxanaya gələn daimi oxucularla bir
həftə ərzində “Qan dəryası” adlı divar qəzeti hazırlayır.
Əvvəlcə oxucular bu mövzudan bəhs edən ədəbiyyatlarla tanış
olub, məlumat toplayırlar. Hər oxucu bu mövzuda öz fikrini
Dostları ilə paylaş: |