9
Görkəmli şəxsiyyətlərin 31 Mart soyqırımı haqqında
söylədikləri fikirlər:
Son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü
şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı
siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və
məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən
belə qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar indi
Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları
tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və
qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi
mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
Qarşımızda duran əsas vəzifələrdən biri son əsrdə xalqımıza
qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək
nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə
bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq,
onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə
halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə
yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik.
Heydər Əliyev,
Ümummilli lider
Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb
və olmayacaqdır. Azərbaycan ərazi bütövlüyü bərpa ediləcəkdir,
Azərbaycan xalqı Dağlıq Qarabağda və ətraf bölgələrdə
yaşamış, yaratmışdır. Bugünkü Ermənistan dövləti tarixi
Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı,
Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır. Biz heç vaxt
imkan verə bilmərik ki, doğma torpağımız olan Dağlıq
Qarabağda ikinci erməni dövləti yaradılsın.
Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında
erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O
10
torpaqlar bizim doğma ata-baba topraqlarımızdır. İrəvan xanlığı,
Zəngəzur mahalı – bütün o adlar Azərbaycan toponimləridir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Türk
demokratiyasının qafasında partladılan toplar,
müsəlmanlara edilən ədalətsizlik Azərbaycan fikrini daşıyanları,
muxtariyyat və istiqlal əqidəsi ilə yaşayanları məhv etmək üçün
idi.
M.Ə.Rəsulzadə,
ictimai xadim
Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər.
Onlar kefi istədikləri adamları öldürür, evləri dağıdır, xaraba
qoyurdular. Nəinki kişilərə, hətta hamilə qadınlara da rəhm
etmirdilər.
Nəriman Nərimanov,
ictimai xadim
Ey ziyalılar, Qafqasiyanın böyük və bərəkətli bir qismi biz
Azərbaycan türklərinindir. Burada torpağın və mülkün çoxu
bizim,
danışılan dil bizim, ruhumuzu bəzəyən musiqi və
ədəbiyyat bizimdir. Bəs Allahın o gözəl nemətlərindən niyə üz
döndərirsiniz? Məgər neçə milyonluq türkün gücü yoxdur? Güc
var. Toplanıb cəmi gücümüzü təşkilata tabe etməliyik, ədəmi-
mərkəziyyət qayəli Azərbaycanda bir idarə yaradılmalıdır ki,
Dağıstan, Bakı, Gəncə, İrəvan, Batum və Qars vilayətlərində
türklər mal və namusunu mühafizə etsin. Həm hal-hazırda, həm
də gəlcəkdə asudə və səadətli yaşamağını təmin eləsin.
Yusif Vəzir Çəmənzəminli,
yazıçı
11
Ermənilər
müsəlman əhalisini işgəncələrlə öldürür,
şəmşirlərələ parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları
süngüyə keçirir, evlərə od vurub sakinləri ilə qarışıq yandırır,
qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin
qundağı ilə ölüncəyə qədər döyürdülər.
Kulqe,
tədqiqatçı
31 Mart Azərbaycanlıların soyqırımı ilə bağlı kitabxanada
keçirilən tədbirlərdən biri də “Ermənistanın Azərbaycana
təcavüzü” adlı sərgi ətrafında oxucularla biblioqrafik icmal
adlanır.
Bunun üçün kitabxanaçı sərgidə yer almış kitablar haqqında
məlumata keçid alır.
Kitabxanaçı: Azərbaycan xalqına qarşı 1918-ci il mart
soyqırımı. 1 cild, “26 Bakı komissarları”nın əsl tarixi. Bakı,
Çaşıoğlu, 2009, -776 səhifə. Oxucu mühakiməsinə təqdim
olunan bu kitab “Azərbaycan xalqına qarşı 1918-ci il mart
soyqırımı” adlı üçcildlik sənədlər toplusunun 1-ci cildidir. Kitab
Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ilk mənbələrin
nəşrini nəzərdə tutan uzunmüddətli layihənin tərkib hissəsidir.
Sənət toplusu sovet hakimiyyəti illərində Azərbaycan xalqının
xüsusi məqsədlərlə saxtalaşdırılmış tarixinin əsl mənzərəsini üzə
çıxarır. Kitabda daxil edilmiş arxiv sənədləri və müəllif
məqalələrində “Daşnaksütyun” partiyası Bakı Komitəsinin üzvü
Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik cəlladlarının
Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli soyqırımın
indiyədək xalqdan gizlədilmiş səhifələri işıqlandırılır.
İkinci kitab Vəliyev Akif Abduləzim oğlunun (Aşurlu) “31
mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” adlı kitabıdır.
“31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” kitabı
ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi
Dostları ilə paylaş: |