Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix12.10.2018
ölçüsü1,03 Mb.
#73703
1   2   3   4   5   6   7   8   9   10

 

Kitab sərgisi 



 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Görkəmli şəxsiyyətlərin 31 Mart soyqırımı haqqında  



söylədikləri fikirlər: 

 

     Son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü 



şəkildə  həyata  keçirilmiş  etnik  təmizləmə  və  soyqırımı        

siyasəti  nəticəsində  xalqımız  ağır  məhrumiyyətlərə  və 

məşəqqətlərə  məruz  qalmışdır.  Mərhələ-mərhələ  gücləndirilən 

belə  qeyri-insani  siyasət  nəticəsində  Azərbaycanlılar  indi 

Ermənistan  adlandırılan  ərazidən  min  illər  boyu  yaşadıqları 

tarixi  etnik  torpaqlarından  didərgin  salınaraq  kütləvi  qətl  və 

qırğınlara  məruz  qalmış,  xalqımıza  məxsus  minlərlə  tarixi 

mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. 

     Qarşımızda duran əsas vəzifələrdən biri son əsrdə xalqımıza 

qarşı  həyata  keçirilən  soyqırımı  haqqında  indiki  və  gələcək 

nəsillərdə  möhkəm  milli  yaddaş  formalaşdırmaq,  bu  faciələrə 

bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, 

onun  ağır  nəticələrinin  aradan  qaldırılmasına  və  bir  daha  belə 

halların  təkrar  olunmamasına  çalışmaqdır.  Bunun  üçün  isə 

yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik. 

 

                           Heydər Əliyev,  

                                                            Ümummilli lider 

 

     Azərbaycanın ərazi bütövlüyü  danışıqlar mövzusu  olmayıb 

və olmayacaqdır. Azərbaycan ərazi bütövlüyü bərpa ediləcəkdir, 

Azərbaycan  xalqı  Dağlıq  Qarabağda  və  ətraf    bölgələrdə 

yaşamış,  yaratmışdır.  Bugünkü  Ermənistan  dövləti  tarixi 

Azərbaycan  torpaqları  üzərində  qurulmuşdur.  İrəvan  xanlığı, 

Zəngəzur  mahalı  bizim  tarixi  torpaqlarımızdır.  Biz  heç  vaxt 

imkan  verə  bilmərik  ki,  doğma  torpağımız  olan  Dağlıq 

Qarabağda ikinci erməni dövləti yaradılsın.  

     Tarixdə  artıq  bir  dəfə  Azərbaycanın  əzəli  torpaqlarında 

erməni  dövləti  yaradılmışdır,  o  da  bugünkü  Ermənistandır.  O 




10 

 

torpaqlar bizim doğma ata-baba topraqlarımızdır. İrəvan xanlığı, 



Zəngəzur mahalı – bütün o adlar Azərbaycan toponimləridir.  

                                                                   İlham Əliyev, 



                                       Azərbaycan Respublikasının Prezidenti     

   

     Türk 

demokratiyasının  qafasında  partladılan  toplar, 

müsəlmanlara edilən ədalətsizlik Azərbaycan fikrini daşıyanları, 

muxtariyyat və istiqlal əqidəsi ilə yaşayanları məhv  etmək üçün 

idi. 


                                                                      M.Ə.Rəsulzadə, 

                                                                       ictimai xadim 

 

     Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. 

Onlar  kefi  istədikləri  adamları  öldürür,  evləri  dağıdır,  xaraba 

qoyurdular.  Nəinki  kişilərə,  hətta  hamilə  qadınlara  da  rəhm 

etmirdilər.  

                                                               Nəriman Nərimanov, 

                                                                ictimai xadim 

  

     Ey  ziyalılar,  Qafqasiyanın  böyük  və  bərəkətli  bir  qismi  biz 

Azərbaycan  türklərinindir.  Burada  torpağın  və  mülkün  çoxu 

bizim,


 

danışılan  dil bizim,  ruhumuzu  bəzəyən  musiqi  və 

ədəbiyyat bizimdir. Bəs Allahın o gözəl nemətlərindən niyə üz 

döndərirsiniz? Məgər neçə milyonluq türkün gücü yoxdur? Güc 

var. Toplanıb  cəmi gücümüzü təşkilata tabe etməliyik, ədəmi-

mərkəziyyət  qayəli  Azərbaycanda  bir  idarə  yaradılmalıdır  ki, 

Dağıstan,  Bakı,  Gəncə,  İrəvan,  Batum  və  Qars  vilayətlərində 

türklər mal və namusunu  mühafizə etsin. Həm hal-hazırda, həm 

də gəlcəkdə  asudə və səadətli yaşamağını təmin eləsin. 

                                                    Yusif Vəzir Çəmənzəminli, 

                                                     yazıçı  

   



11 

 

     Ermənilər 



müsəlman  əhalisini  işgəncələrlə  öldürür, 

şəmşirlərələ parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları 

süngüyə  keçirir,  evlərə  od  vurub  sakinləri  ilə  qarışıq  yandırır, 

qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin 

qundağı ilə ölüncəyə qədər döyürdülər.  

                                                                     Kulqe, 

                                                                    tədqiqatçı       

 

     31  Mart  Azərbaycanlıların  soyqırımı  ilə  bağlı  kitabxanada 



keçirilən  tədbirlərdən  biri  də  “Ermənistanın  Azərbaycana 

təcavüzü”  adlı    sərgi  ətrafında  oxucularla  biblioqrafik  icmal 

adlanır.  

     Bunun üçün kitabxanaçı sərgidə yer almış kitablar haqqında 

məlumata keçid alır.  



Kitabxanaçı:  Azərbaycan  xalqına  qarşı  1918-ci  il  mart 

soyqırımı.  1  cild,    “26  Bakı  komissarları”nın  əsl  tarixi.  Bakı, 

Çaşıoğlu,  2009,  -776  səhifə.  Oxucu  mühakiməsinə  təqdim 

olunan  bu  kitab  “Azərbaycan  xalqına  qarşı  1918-ci  il  mart 

soyqırımı” adlı üçcildlik sənədlər toplusunun 1-ci cildidir. Kitab 

Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ilk mənbələrin 

nəşrini  nəzərdə  tutan  uzunmüddətli  layihənin  tərkib  hissəsidir. 

Sənət toplusu sovet  hakimiyyəti illərində Azərbaycan xalqının  

xüsusi məqsədlərlə saxtalaşdırılmış tarixinin əsl mənzərəsini üzə 

çıxarır.  Kitabda  daxil  edilmiş  arxiv  sənədləri  və  müəllif 

məqalələrində “Daşnaksütyun” partiyası Bakı Komitəsinin üzvü 

Stepan  Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik cəlladlarının 

Azərbaycan  xalqına  qarşı  törətdikləri  dəhşətli  soyqırımın 

indiyədək xalqdan gizlədilmiş səhifələri işıqlandırılır.  

     İkinci kitab Vəliyev Akif Abduləzim oğlunun  (Aşurlu)  “31 

mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” adlı kitabıdır.     

“31  mart  soyqırımı:  1918-1920-ci  illər  mətbuatında”  kitabı 

ermənilərin  Azərbaycan  xalqına  qarşı  törətdikləri  kütləvi 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə