Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix12.10.2018
ölçüsü1,03 Mb.
#73703
1   2   3   4   5   6   7   8   9   10

28 

 

mümkünsüzdür.  XX  əsrin  20-ci  illərində  yazılan,  ilk  dəfə        



1937-ci ildə Vyanada alman dilində çıxan, mühacir soydaşımız 

Məcid  Musazadə  tərəfindən  ilk  dəfə  dilimizə  çevrilən, 

Cümhuriyyət dövrünün siyasi hadisələrinə  də toxunan “Əli və 

Nino”  romanı  1990-cı  ildə  Bakıda  çap  olunduqdan  sonra 

Azərbaycanda  populyarlaşmışdır.  Əsərdə  bir  sıra  kölgəli 

məsələlərə işıq salınmaqdan əlavə, Bakıdakı mart qırğınlarının 

dəhşətli  səhnələri  əks  edilmişdir.  Roman  qəhrəmanları  −  Əli 

xan, Nino, Məhəmməd Heydər, Seyid Mustafa, Əsədulla, İlyas 

bəy  qırğın  ərəfəsində  şəhərin  müdafiəçiləri,  əhalini  erməni 

bandalarının  hücumlarından  qoruyanlar  idi.  “Əli  və  Nino” 

romanının alman dilindən əlavə fransız, ingilis və türk dillərinə 

tərcümə  edilib  böyük  tirajla  yayıldığını  nəzərə  alsaq,  əsasən, 

1918-ci  ilin  martında  ermənilərin  azərbaycanlılara  qarşı 

soyqırımı haqqında geniş Avropa  auditoriyası üçün  yığcam və 

təsirli  üslubda  məlumatların  ilk  daşıyıcısına  çevrilmiş,  Qərbdə 

əsl həqiqətin formalaşmasına  əhəmiyyətli xidmət göstərmişdir.  

     Hacı  Səlim  Səyyah  (1869-1933)  əslən  keşləli  olsa  da, 

Vilnüsda  anadan olmuş, on il Bakıda yaşamış (1873-1883), dörd 

il    Qahirənin    “Əl-Əhzəd    Universitetində  oxumuş,  Suriyada  

“Şehr-ül-hilayə”  adlı  kitabı  çıxmışdır.  1900-cü  ildə    Bakıya 

qayıdan    şair    “Nəşri-maarif”  xeyriyyə  cəmiyyətində  1  saylı 

məktəbin    direktoru  olmuş,  “Məktəb”  adlı    mətbəə  açaraq        

1915-17-ci  illərdə  iyirmiyədək  şeir  və  nəşr    kitablarını    çap 

etdirmişdir.  Mart  hadisələri  ərəfəsində  Bakıda  faciənin 

iştirakçısına çevrilən Hacı Səlim Səyyah bu mövzuda bir  neçə 

şeir  və  məqalə  yazmışdır.  Bunlardan  ən  təsirlisi  “Mart  ayı” 

sərlövhəli təxmisidir. Şairin təsvir etdiyi hadisəni Şamaxı sakini 

Cəmo    Cəbrayılbəyli  FTK-ya  verdiyi  izahatında    belə  yazırdı: 

“1918-ci  il  martında  ermənilər  top  mərmiləri  ilə  Cümə 

məscidinə  və  onunla  üzbəüz  yerləşən  mədrəsəni  xarabalığa 

çevirdilər. O zaman məsciddə çoxlu  qadınlar, uşaqlar, qocalar 



29 

 

gizlənmişdi.  Erməni  bandaları  məscidə  soxulur,  insanların 



gözlərini çıxarır, dilini, burnunu və qulaqlarını kəsirlər, üzlərinin  

başlarının  dərisini  diri-diri  soyurdular.  Sonra  işgəncə  ilə 

öldürülürlər.  Məsciddə  gizlənən  arvad-uşaqları  isə  qatillər       

diri-diri  yandırırlar”.  Bu  tükürpədici  dəhşətli  mənzərə  yazıçı 

təxəyyülünün    məhsulu  deyil,  şahid  ifadəsi,  tarixi  faktdır.  Bu 

həqiqətlər  amansızlığın    və  qəddarlığın  miqyası  baxımından 

yalnız  erməni  təfəkkürünün  məhsulu,  erməni  cəza  və  işgəncə 

üsulunun  növləridir.  Dünyada  analoqu  olmayan,  təkrarsız 

işgəncə  növlərinin,  vəhşilik  nümunələrinin  şahidi  olan  Hacı 

Səlim Səyyah “Mart ayı” şeirində  yazırdı:  

          Mart ayı...  Allah amandır, əlhəzər,  min əlhəzər! 

          Mart ayı, çox  qəmli aysan, tez qurtar get müxtəsər.  

          Sən kimi mənhus bir aydan deyil, məmnun bəşər. 

          Ərlər məğlub edib, əğyarə sən verdin zəfər.  

          Bu günün misli keçən il, Allahım gözdən iraq

          Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq, 

          Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,  

          Südəmərlər nizə nükində çalardı əl-ayaq.  

          Nalə, yalvarmaq bu qövmdə hərgiz etməzdi  əsər. 

          Bu haman gündür odlar içində min cavan, 

          Yandı kül oldu, aman

 

Allah,  aman Allah,  aman! 



          Vəzli-həml etdi fəlakət içrə  yüzlərcə zənan,  

          Qan idi: məscid,  mədaris, küçə, evlər: həpsi qan. 

          Qanə qərq etdi müsəlmanı  bu qövmi-bəd gühər. 

   IV  müəllim:  Məhəmməd  Hadinin  “Şühadeyi  hurriyyətimizin 

ərvahinə    ithaf”  şeiri  mart  soyqırımının  birinci  ildönümü  

münasibətilə    yazılmış  və  “Azərbaycan”  qəzetinin  31  mart  

1919-cu  il  tarixli  147-ci  sayında  çap  olunmuşdur.  Şair 

soyqırımın qurbanlarını  haqlı olaraq azdlıq uğrunda  canından 

keçmiş şəhidlər adlandırır.  



30 

 

             Sizin məzarınız  iştə qülubi-hürriyətdir,  



             Bu sözlərim ürəyimdən qopan həqiqətdir.  

             Sizi unutmayacaq şanlı millətim əsla,  

             Əmin olun  buna, ey zinətçi cəhani-fəna, 

             Sizinlə buldu bu millət həyati nur istiqbal. 

       Hələ  ötən  əsrin    əvvəllərində  erməni  vəhşiliyinin    canlı 

şahidi  olmuş  Məmməd  Səid  Ordubadi  tarixi  faktlar  və  dərin 

müşahidələr əsasında dəyərli bir kitab yazmışdır. 1905-1906-cı  

illərdə Qafqazda baş verən erməni-müsəlman qırğınların şahidi 

olmuşdu.  Ermənilərin  Azərbaycanın  hər  yerində  törətdiyi 

dəhşətlər  haqqında  ətraflı  xəbərdar  olan

 

Məmməd  Səid 



Ordubadi    müxtəlif    bölgələrdən    ünvanına  gələn  245  şahidin  

yazdığını  toplayaraq  sənədli  bir  əsər  −  “Qanlı  illər”i  yaradıb. 

Yazıçı  bu  əsərində  ermənilərin  300-dən  artıq  kənddə  törətdiyi 

faciələri,  ağlagəlməz  işgəncələri,  talanları  faktların  dili  ilə 

qələmə  alıb.  Hələ  çar  senzurasının  hökm  sürdüyü  bir  dövrdə 

erməni  daşnaklarının  onlara  söykənərək  həyata  keçirdiyi 

soyqırımı  barədə  fakt  və  şahidlərin  söylədikləri  hadisələrin 

əsasında    yazan  Ordubadi    bu  əsəri  1908-ci  ildə  tamamladı. 

“Qanlı illər” çar hökumətinin himayəsi və erməni Daşnaksütyun 

partiyasının fitnələri   ilə törədilən milli qırğınları  olduğu kimi 

təqdim  etdi.  Təəssüf  ki,  fakt  və  dəlillər  əsasında  yazılan    bu 

kitabın taleyi bəd gətirdi. Həqiqətləri açıq-aydın dediyinə  və bu 

milli    cəsarətinə  görə  ermənilərin  güdazına  gedən  Məmməd  

Səid  Ordubadi  1914-cü  ildə  Culfada  həbs  edilərək  Rusiyanın  

Saritsin  (indiki  adı  Volqoqrad)  şəhərinə  sürgün  olundu.         

Həmin  əsərdə  Ordubadi

 

faktlar  əsasında  azərbaycanlıların 



onlara  məxsus  dədə-baba  ocağında  ermənilərin  insanlığa 

sığmayan vəhşilikləri barədə ürək parçalayan məlumatlar verib. 

Bu  əsəri  soyuqqanlılıqla  oxumaq  qeyri-mümkündür.  Erməni 

xəyanətini,  dəhşətini  olduğu  kimi  əks  etdirən  “Qanlı  illər” 

əsərində  namərd  qonşularımızın  necə  hiyləgər,  bəd  əməl, 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə