Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix12.10.2018
ölçüsü1,03 Mb.
#73703
1   2   3   4   5   6   7   8   9   10

25 

 

layiq    yüksək  mənəviyyata  malik    insan  olmaqlarından,  mart 



faciəsinin  bu  günahsız  şəxslərə  gətirdiyi  müsibətlərdən               

bəhs  edir.  Müəllif  valideyinləri  erməni  quldurları  tərəfindən 

qətlə  yetirilmiş,  evləri  talanmış  Əhməd  və  Qumrunu  “Böyük 

pəncərələri 

qara  kömürlərə  dönmüş,  altun  divarları                 

matəmlərə  bürünmüş,  “əti  tökülmüş  baş  skletinə  bənzəyən                    

möhtəşəm”  İsmailiyyə  binasının  önündə  dilənçi  vəziyyətində 

qarşılaşdırır.  Faciə  və  məhrumiyyətlərin  məngənəsində 

tanınmamış  hala  düşmüş,  “Yaralıyam,  şikəstəm,  Şamaxı 

əsiriyəm”  –  yalvarışlarından  bir-birini  çətinliklə  tanıyan  iki 

sevgili  görüşlərinə sevinsələr də bir-birini qucaqlamırlar, daha 

doğrusu  qucaqlaya  bilmirlər.  Çünki  erməni  barbarları  onların 

qolunu kəsmişdi. Hekayə vəhşiliyə, barbarlığa, qəddarlığa qarşı 

oxucu  qəzəbini,  nifrətini  ovxarlamaqla  yanaşı,  haqqa,  ədalətə 

rəğbət hissi aşılayır. 

    Mətni  bu  günədək  əldə  edilməsə  də,  afişa  və  qəzet 

məlumatlarından  aydın  olur  ki,

 

Cəfər  Cabbarlının  “Bakı  



müharibəsi” adlı 5 pərdəli, 7 şəkilli dram əsərinin ilk pərdələri 

mart faciəsində Bakıda  törədilən  ağlasığmaz dəhşətlərdən  bəhs 

edir.  “Bəsirət”  qəzetinin  13  sentyabr  1919-cu  il  tarixli  246-cı 

sayında  bu səhnə əsəri haqqında yığcam bir elanda  yazılırdı: 

“Azərbaycan Dövlət Teatrosunda  zilhüccənin 20-si, sentyabrın 

16-da  Bakı  türk  səhnəsi  aktyorlarının  iştirakı  ilə  artist  Abbas 

Mirzə Şərifzadənin təhti-idarəsində Azərbaycanımızın paytaxtı 

Bakı şəhərində mart  hadiseyi-ələmiyyəssindən sonra düşmənlər  

əlində  qalıb,  sonralar  qəhrəman  türk  ordusu  tərəfindən   

mühasirə  edilib,  xilasının  1  illiyi  münasibətilə  gənc  şair  və 

mühərrirlərimizdən  Cəfər  Cabbarzadənin  yeni  yazmış  olduğu 

“Bakı    müharibəsi”  draması  mövqeyi  tamaşaya  qoyulacaqdır. 

Həmin  faciədə  Bakı  şəhərində  mart  hadiseyi-ələmiyyəsindən 

sonra müsəlmanlara edilən  zülm göstəriləcəkdir”. 




26 

 

II  müəllim:    Digər  bir  anonsda  maskalanmış,  hiyləgər  Stepan 

Şaumyanın və digər ermənilərin əsl iç üzünü açan obrazlarının 

“Bakı müharibəsi” ndə müəllifin peşəkarlıqla yaratdığı bildirilir.  

Cəfər  Cabbarlının  yaxın  dostu,  tələbə  yoldaşı  Cümhurriyyət  

dövründə parlamentdə iş  yoldaşı Mirzə Bala Məmmədzadənin 

də (1898-1959) yaradıcılığında  mart qırğınları xüsusi yer tutur. 

O da özünün “Bakı uğrunda müharibə” faciəsinin ilk  pərdələrini 

dostu Cəfər Cabbarlı kimi mart soyqırımına  həsr etmişdir. Məhz 

Mirzə Bala Məmmədzadə Bakı  faciəsini ilk dəfə öz adı ilə qətli-

am, yəni ümumin qətli, soyqırımı  adlandırmış, caniləri adbaad 

göstərmişdir.  O  yazırdı:  “31  mart  1918-ci  sənə.  Bu  gün...

 

Bakımızda  qanlar  axıdılmış,  evlər  talanmış,  ata-babalarımız 



şəhid  düşmüş,  ana-bacılarımız  əsir  edilmiş.  Bu  gün  Bakı  əhli 

kəndi yurdunda qətliamə, əsarətə  və  məhkumiyyətə qalmışdır. 

Bu gün Bakının ətrafından axan neft çeşmələri qan çeşmələrinə 

mübəddəl olmuşdur. Bu gün Bakı sahilini yuyan Quzğun dəniz  

qan dənizinə  çevrilmişdir.

 

Bu  gün şaumyanlar, suxartsyevlər... 



oyanmış  türk  mənliyini...  öldürmək  üçün  daşnak  qüvvələrinə 

mürüciətən unudulmayacaq qanlı günlər vücudə gətirmişdilər”.  

    Mirzə  Bala  Məmmədzadə  “Açıq  söz”,  “Gənclər  yurdu”, 

“Bəsirət”, “İstiqlal”, “Azərbaycan” və başqa jurnal və qəzetlərdə  

elmi,    publisistik,    ədəbi-bədii  əsərlərlə  mütəmadi  çıxış   

etmişdir.  Onun    redaktorluğu  ilə  ilk  sayı  23  iyul  1918-ci  ildə 

Tiflisdə  işıq    üzü    görən    “Gənclər    yurdu”    jurnalında    çap 

etdirdiyi  “Əksinqilabçılar”  hekayəsinin  qəhrəmanı  Moskva 

Darülfünununda  oxuyan,  bolşevik  əqidəli  “Azərbaycan  türkü 

Hüseyin  bəydir.

 

Hüseyin  bəyin,  fikrincə,  hürriyyət,  istiqlal 



istəyən” Azərbaycan, Türküstan, Tatarıstan, Krım  türk gəncləri 

doğurdan  da  əksinqilabçılardır.  Müəllif  Hüseyn  bəy  haqqında 

tam  təsəvvür  yaratmaq  üçün  şahidi  olduğu  Bakı

 

qətli-amından 



dəhşətli  bir  mənzərəni  təsvir  edir.  “Bakı  həyəcanlı  günlər 

keçirirdi.  Şəhər  od  içində  yanırdı.  Pulemyot,  top,  tüfəng,      




27 

 

qurşun səsilə paraxodlarının bombardmanı, cəmaətin qışqırığı,           



çoluq-çocuğun,  qadın-qızların  ah-fəryadı  məhşəri  andırırdı. 

Ölən,  yanan, qaçan, çığıran, dağıdan, kəsən, kəsilən bir-birinə 

qarışmışdı”.  Tükürpədici  bu  müsibətdən  təəssüflənməyən 

Hüseyn  bəy  milli  qırğının  günahsız  qurbanlarına  xəcalət 

çəkmədən yenə “əksinqilabçılar”  deyir.  Bu tip  “obrazovannı” 

ları    böyük    satirik  şair    Mirzə  Ələkbər  Sabir    hələ  XX  əsrin 

əvvəllərində xalqa  dəqiq  nişan verirdi:   

                “Neyləyim, ey vay! Bu urus başdılar, 

                 ... Cümləsi  kafirlərə yoldşdılar”. 

 III  müəllim:  Seyid  Hüseyn

 

mart  hadiseyi-ələmiyyəsi 



mövzusunda iki hekayə yazıb. “İsmailiyyə” “İstiqlal” qəzetində 

(1335,4 şübat, N-avqust, N-256, 260, 261) çap edilmişdir (hər 

iki  hekayəni  həmkarım,  f.e.d.  Alxan  Bayramoğlu  müasir 

əlifbaya  çevirərək  “Azərbaycan”  və  “Açıq  söz”  jurnallarında 

qədirşünaslıqla    yazdığı  ön  söz  ilə  birgə  vermişdir).  Seyid 

Hüseynin  fərqli vaxtlarda  yazdığı hər iki  hekayəsi öz ifadəsi 

ilə desək: “İsmailiyyə − o milli əməllərimizin doğrulduğu yer, o 

möhtəşəm bina o Azərbaycan fikrini, Azərbaycan hürriyyət və 

istiqlaliyyəti-məfkurəsini bir ana kimi bəsləyib tərbiyyə verən, 

millət  arasında  nəşr  edən  mərkəz,  o  gözəl  və  sevimli  bina” 

haqqında idi. Hekayələrdə “İsmailiyyə” canlı obraz, əsərin baş 

qəhrəmanı,  namus  rəmzi,  mədəniyyət  emblemi  kimi  təsvir 

edilmişdir.  Ermənilər  təkcə  köməksiz,  ixtiyar  insanları  deyil, 

məscidlərin,  mətbəələrin,  mədəniyyət  abidələrinin  də  üzərinə 

hücuma keçmiş, onları  məhv etməkdən,  yandırıb-dağıtmaqdan 

çəkinməmişlər. Öz ulularının barbar xislətinə sadiq qalmışdılar.  

Seyid  Hüseyn  Azərbaycan  oxucusuna  “İsmailiyyə”  memarlıq 

abidəsi,  istiqlal  məfkurəsinin    beşiyi  kimi  təqdim  edərək,  onu 

yandıranlara nifrət  aşılamağa  nail olmuşdur.  

    1918-ci  il  mart  soyqırımının  ədəbiyyatda  bədii  əksini 

arayarkən  “Əli  və  Nino”  romanının  adını  çəkməmək 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə