Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix12.10.2018
ölçüsü1,03 Mb.
#73703
1   2   3   4   5   6   7   8   9   10

12 

 

qətliamdan  bəhs  edir.  Kitabda  soyqırım  tarixşünaslığı  üçün 



yenilik sayılacaq faktlar, məqalələr əksini tapır. “Azərbaycan”, 

“İstiqlal”,  “Hümmət”  kimi  mətbu  orqanlarla  yanaşı,  ilk  dəfə 

olaraq adı mətbuat tariximizə yazılan 1918-ci ildə Tiflisdə nəşr 

olunan “Qardaş qayğısı” qəzetində çap olunmuş məqalələr  ərəb  

qrafikasından müasir əlifbaya keçirilərək oxuculara çatdırılır.  

     Əslən 

Maştağadan 

olan 


Seyidağa 

Axundzadənin               

1919-cu ildə “Turan” mətbəəsində çap olunmuş “Mart hadisəsi 

1918...”  kitabı da ilk dəfə müasir əlifbada işıq üzü görür.  

     Növbəti kitab  “Soyqırım: Erməni terorizmi” adlanır. Kitabda 

soyqırım  və  erməni  təcavüzü  müsabiqəsində  iştirak  etmiş  

müəlliflərin  hekayələri  və  publisistik  əsərləri  dərc  edilmişdir. 

Kitab, erməni vəhşiliklərinin ifşa olunmasına böyük əmək sərf 

etmiş,  görkəmli  filosof,  f.e.d. Sabir Əsədovun   xatirəsinə həsr 

olunur.  

     Sərgidə  yer  alan  kitablardan  biri  də  Anar  İsgəndərlinin 

“Azərbaycan  həqiqətləri:  1917-1920”    adlı  kitabıdır.  Kitabda 

ermənilərin Cənubi Qafqazda məskunlaşması, onların Osmanlı  

imperiyasının  tərkibində  fəaliyyəti,  Xüsusi  Zaqafqaziya 

Komitəsi,  Zaqafqaziya  Seymi,  1918-1920-ci  illərdə  erməni  

hərbi  birləşmələri  tərəfindən  Bakı,  Şamaxı,  Quba,  Lənkəran, 

Zəngəzur,  İravan,  Urmiya,  Maku  və  Xoyda    türk-müsəlman 

əhalisinə  qarşı  həyata  keçirilən  soyqırımlar,  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  Tiflis    dövrü,  Gəncə  dövrü,  Qafqaz-İslam 

Ordusunun  Azərbaycana  xilaskarlıq  yürüşü,  Bakı

 

Xalq 


Komissarları  Sovetinin  antiazərbaycan  siyasəti,  ingilis 

qüvvələrinin  Bakıya  daxil  olması,  Azərbaycan  parlamentinin 

təşkili,  AXC-nin  daxili  və  xarici  siyasəti,  Azərbaycan 

nümayəndə  heyətinin  Paris  Sülh  Konfransında  iştirakı,         

AXC-nin  Sovet  Rusiyası  tərəfindən  işğalı  mövcud  arxiv 

sənədləri  və  qərb  müəlliflərinin  əsərləri  əsasında  tədqiq 

edilmişdir.  



13 

 

      Sərgidə  yer  alan  növbəti  kitab  Elçin  Əhmədovun 



“Ermənistanın  Azərbaycana  təcavüzü”  adlı  kitabıdır.  

Monoqrafiyada  XX  əsrin  80-ci  illərinin  ikinci  yarısından 

başlayaraq  Ermənistanın

 

Azərbaycana  qarşı  ərazi  iddiaları  və 



işğalçılıq  siyasətinin    indiyə  qədər  davam  edən  mərhələsinin 

təhlili  xronikası  verilmişdir.  Son  25  il  ərzində  Ermənistanın 

Azərbaycana  qarşı  təcavüzü    ilə    yanaşı,  eyni  zamanda  dünya 

birliyinin  bu işğalla  bağlı  mövqeyi  və beynəlxalq təşkilatların  

münaqişəyə dair qəbul etdiyi sənədlər də kitabda  təhlil edilir. 

Bundan  əlavə,  baş  verən  hadisələr  xronoloji  ardıcıllıqla            

təhlil  edilən  monoqrafiyada  münaqişəsinin  nizama  salınması 

istiqamətində Azərbaycan dövlətinin  mövqeyi öz əksini tapmış, 

beynəlxalq  təşkilatların    fəaliyyətindəki    ziddiyyətli  cəhətlərə, 

buraxılan nöqsanlara, eləcə də perspektivdə həlli  mümkün  və 

zəruri  olan  məsələlərə  də  diqqət  yetirilmişdir.  Azərbaycan 

tarixinin  müxtəlif  dövrlərinə  dair  sənədlər  və  xəritələr, 

Ermənistan  silahlı  qüvvələri  tərəfindən  Azərbaycanın  işğal 

olunmuş  əraziləri  haqqında  məlumatlar  və  fotolar,  eləcə  də 

erməni terror təşkilatları cinayətlərinin xronikası kitabın əlavələr 

hissəsində  verilmişdir.  Bununla  yanaşı,  münaqişənin  nizama 

salınmasına dair BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, 

Nato və İslam Əməkdaşlıq  Təşkilatı  tərəfindən qəbul edilmiş 

sənədlər də ardıcıllıqla və sistemli şəkildə əlavələr bölməsində 

öz  əksini  tapmışdır.  Kitab  ali  məktəblərin  beynəlxalq 

münasibətlər,  beynəlxalq  hüquq,  hüquqşünaslıq,  politologiya 

regionşünaslıq,  tarix  ixtisası  üzrə  təhsil  alan  tələbələr  və 

magistrantlar, müəllimlər, eləcə də  xarici siyasət məsələləri ilə 

məşğul olan mütəxəssislər üçün faydalı ola bilər.  

     Sərgidə yer alan növbəti kitab  Eldar İsmayılın  “Ermənistan 

Türklərinin  1988-ci  il  soyqırımı”  adını  daşıyır.  Kitab  1988-ci 

ildə  Ermənistanda  Azərbaycan  türklərinin  silah  gücünə  öz       

ata-baba  yurdlarından  çıxarılmasından,  erməni  faşistləri 




14 

 

tərəfindən vəhşicəsinə öldürülən, evləri dağıdılan, talan olunan 



insanların  acı  taleyindən  bəhs  edir.  Soyqırıma  həsr  olunmuş 

kitablardan  biri  də  Xaqani  İsmayılın  qələmə  aldığı  “Azəri 

soyqırımı” adlı kitabıdır. Kitab 1917-ci il Rusiya devrimindən 

sonra  yaranmış  beynəlxalq  siyasi  şəraitindən  sui-istifadə  

edərək,  Bakı  və  Azərbaycanın  bir  çox  bölgələrində  

bolşeviklərin  himayəsi ilə silahla hakimiyyəti əlində saxlayan 

erməni  daşnaq  qüvvələrin

 

Azərbaycanda  və  bütün  Qafqaz 



bölgəsində ölkəmizi xəritədən silmək... və “Böyük Ermənistan”  

dövləti yaratmaq... məqsədi ilə törətdiyi azəri (türk)-müsəlman 

soyqırımı  Osmanlı  ordusunun  bunun  qarşısını  almaq  üçün 

Qafqaza  və  Bakıya  yürüşü,  ermənilərə  optimizm  vəd  edən 

beynəlxalq  şərait,  Azərbaycanın  istiqlalı  və  sair  məsələlərlə 

bağlı  təxminən  bir  il  yarımlıq  tarixi  dövrü  əhatə  edən  həm 

müdhiş  faciələr,  həm  qəhrəmanlıq,  həm  də  düşüncələrin       

bədii-mənzum səhnəsidir.  

     Sərgidə 

yer 


alan 

kitablardan 

biri 

də 


Müzəffər 

Məlikməmmədovun  “Qanlı  dərə”  kitabıdır.  “Qanlı  dərə”   

yazıçı-jurnalist  Müzəffər  Məlikməmmədovun  13-cü  kitabıdır. 

Erməni  daşnaklarının    və  bolşeviklərin  1918-ci  ildə  Quba 

qəzasında  törətdikləri  qırğınlarla  əlaqədar  26  il  axtarışlar 

aparmış    müəllifin    bu  kitabı  arxiv  sənədləri,  həmin    dövrün  

mətbuat  orqanlarının  materialları,  işğalçılarla  döyüşmüş 

insanların və şahidlərin  xatirələri əsasında qələmə alınmışdır.   



Tədbirin sonunda iştirakçılar təqdim olunan kitablar haqqında 

öz fikirlərini bildirirlər.  

     Azərbaycan  tarixinə  qanlı  hərflərlə  həkk  olan  soyqırımla 

əlaqədar  oxucular  məktəblərdə  divar  qəzeti  hazırlaya  bilər.   

Bunun üçün kitabxanaçı kitabxanaya gələn daimi oxucularla bir 

həftə  ərzində  “Qan  dəryası”  adlı  divar  qəzeti  hazırlayır. 

Əvvəlcə oxucular bu mövzudan bəhs edən ədəbiyyatlarla tanış 

olub,  məlumat  toplayırlar.  Hər  oxucu  bu  mövzuda  öz  fikrini 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə