F.
Köçərli adına
Respublika Uşaq Kitabxanası
31 Mart – tariximizin göz yaşı
31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mərkəzi
kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana
filialları üçün hazırlanmış metodik vəsait
Bakı – 2018
2
Tərtibçilər: Aynurə Əliyeva
Sevil Əhmədova
Redaktor: Könül Ağazadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
31 Mart – tariximizin göz yaşı : 31 Mart
Azərbaycanlıların
Soyqırımı Günü ilə bağlı mərkəzi kitabxanaların uşaq şöbələri,
MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün
hazırlanmış metodik vəsait /Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi, F. Köçərli ad.Respublika
Uşaq Kitabxanası; tərt.ed. A. Əliyeva; ixt.red. və burax.məsul
Ş. Qəmbərova; red. K. Ağazadə. – Bakı: F. Köçərli
ad.Respublika Uşaq Kitabxanası, 2018.- 41 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018
3
Tərtibçidən
Tarixi qədimdən-qədim, soykökü minilliklərə gedib çıxan bir
xalq var – Azərbaycan xalqı! Əsrlər boyu hər cür məhrumiyyətə,
müsibətə sinə gərib, ən ağır döyüşlərdən, ölüm-dirim
savaşlarından qalib kimi çıxan, meydanda düşmənin gözünün
içinə dik baxmağı bacaran məğrur, qürurlu, əyilməzdir
Azərbaycan xalqı! Azərbaycan tarixində faciəli günlər çox olub.
Xalqımızın həyat salnaməsini vərəqlədikcə əsrlər boyu başımıza
gələnlərin şahidinə çevrilirik, əcdadlarımızın, babalarımızın və
atalarımızın zaman-zaman düçar olduqları bəlaları göz önünə
gətiririk. Heyrət edirik ki, ağlagəlməz keşməkeşlərə tab gətirib
yaşamış, bu günlərə gəlib çıxmış xalqımız nə qədər yenilməz və
dözümlü imiş?!.. Faşizm Almaniyası milyonlarla insanın qanı
bahasıyla nəticələnən İkinci Dünya Müharibəsini bir neçə
il davam etdirmişdirsə, ermənilərin törətdikləri vəhşiliklərin
tarixi 200 ildir. Azərbaycan xalqına qarşı 1905-1907,
1917-1918-1920-ci
və
1948-1953-cü
illərdə törədilən
soyqırımlarına Qaradağ, Xocalı da əlavə olundu, aranlı-dağlı
Qarabağ işğal edildi. Xalqımız özünə qarşı tuşlanmış çirkin
niyyətləri heç vaxt unutmamalı, qəlbində yaşatmalı, səbəbləri
öyrənib təhlil etməli və tarixin ibrət dərslərindən düzgün nəticə
çıxarmalıdır. Bu bizim üçün yazılmamış həyat qanununa
çevrilməlidir. Azərbaycan tarixinə, insanlığa və bəşəriyyətə
qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş
soyqırımı bugünkü və gələcək nəsillər unutmasın deyə, bu
vəsaiti işləməyi özümüzə borc bilirik.
4
Bir əsrə sığmayan zülm
Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli
tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini
əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə
ötürülmüşdür. Tariximizin bu 31 Mart səhifəsinin unikallığı
ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq
nümunəsidir.
Tarixçilər XX əsri “bəşər tarixinin ən zəngin, ən ziddiyyətli
və eyni zamanda da şərəfli, həm də qanlı-qadalı əsri”
adlandırırlar. Şərəfilə yanaşı, qanlı-qadası da bizim payımıza
düşdü. Əvvəlində də, sonunda da faciələrə soyqırımlara məruz
qaldıq. “Dünyanın siyasi xəritəsini, bəşəri, tərəqqi və inkişafın
məcrasını dəyişən XX əsr bütün dünya kimi Azərbaycanı da
milli intibah, siyasi oyanış, müstəqillik və istiqlal yoluna cəlb
etdi. “Bu istiqlal, bu oyanış bizə qanlı faciələrin, soyqırımların
bahasına başa gəldi. Belə faciələrdən biri də 100 ili haqlayan
1918-ci il martın sonlarından aprelin əvvəllərinə kimi xalqımıza
qarşı törədilən, tarixdə misli görünməmiş mart faciəsi oldu.
1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət
səviyyəsində
Azərbaycanlıların
Soyqırımı Günü kimi
qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin
tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın
təzahürüdür.
Azərbaycanlıların kütləvi surətdə qırğını,
repressiyalara məruz qalması, doğma yurdlarından sürgün
edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və
dəhşətli səhifələrindəndir. “Böyük Ermənistan” yaratmaq
xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə
azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar
həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri
Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan
kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə