keçmiş pestisidlər və digər təhlükəli tullantıların nəzarətdə saxlanılması
üçün nəzərdə tutulan torpaq sahəsidir. Poliqonlar çəpərlənmişdi və xüsusi
şəkildə qorunurdu və bütün miqdarın dəqiqliklə qeydiyyatı aparılırdı.
Sovet İttifaqının mərkəzi idarə sisteminin dağılması ilə poliqonlar söküldü,
çəpərlər dağıdıldı və pestisidlər qeyri-qanuni şəkildə qazıldı, yenidən
qablaşdırıldı və yerli bazarlara satıldı və ya cinayətkarlar tərəfindən ixrac
olundu. Poliqonlar, digər təhlükəli tullantılarla birlikdə sözün əsl
mənasında çox böyük əraziləri əhatə edir.
- Pestisid istehsalından əmələ gələn tullantılar; əsas komponent
Lidanın istehsalından əmələ gələn HCH (heksaxlorsikloheksan). HCH
tullantısı məhdud sayda ərazilərdə, amma 10 min tonlarla, bəzən 100 min
tonlarla paylanmışdır.
- Heksaxlorbenzol (HCB) tullantıları pestisid kimi və ya perxloretilen
(həmçinin tetraxloreten, PER və ya PERC kimi tanınır), karbontetraxlorid və
trixloroetilen istehsalı zamanı yaranan tullantı məhsulu kimi istifadə
olunurdu. Geniş HCB ehtiyatlarının kiçik bir hissəsi Çexiya Respublikasında
(Heinisch, 2006 və 2007, Holoubek 2006 və s.) və Ukraynada (həmçinin bax
Qutu 3) aşkar edilib.
Köhnəlmiş pestisidlərin təmizlənməsi üçün xərclər çox azdır. IHPA
tərəfindən həyata keçirilən layihələrin nəticəsi göstərir ki, təmizləmə,
yenidən qablaşdırma, daşınma və ləğv edilmə üçün xərclər hər tonna üçün
3,000 avrodur. FAO da təqribən eyni hesab müəyyənləşdirib. Afrika üçün
bu xərclər 3,000-5,000 ABŞ dollarıdır. IHPA-nın hesablamalarına görə Aİ-
də, qoşulma ölkələrində, ENP ölkələrində, Rusiya Federasiyasında, Orta
Asiyadakı köhnəlmiş pestisidlərin hamısı ilə mübarizə aparmaq üçün 770-
790 milyon avro tələb olunur. FAO hesablamalarına görə bu məbləğ bir
qədər çoxdur. Bu o səbəbdəndir ki, indiyə kimi fəaliyyət göstərməmək
təmizləmə işlərini daha da bahalaşdırır. Avropa Ətraf Mühit Agentliyinin
nəşrində qeyd olunduğu kimi fəaliyyətsizliyə görə qiymətin dəyişməsi tez
tez rast gəlinən hadisədir (Koppe və Keys, 2001).
6
6
2002-ci ildə Almaniya (keçmiş Şərqi Almaniya) və Aİ təbii məhsulların
Nitrofen ilə zəhərlənməsi hadisəsi ilə qarşılaşdı. Qida keçmiş pestisid
anbarlarında saxlanmışdır. Torpaqda qalan zəhərli qalıqlar qidanı da
zəhərlədi. Almaniya Fermerlər Assosasiyası 2002-ci ildə hesablamışdır ki,
Nitrofen qida qalmaqalı birbaşa və dolayısı ilə 500 milyon Avrodan çox
ziyan vurmuşdur.
Mənbə : Brennpunkt LebenmittelSicherheit (2002).
Qutu 1. Fəaliyyətsizliyin xərcləri
İqtisadi İslahatlar üzrə Almaniya Məsləhət Qrupu 2002-ci ildə yaz-
mışdır: "Bu inanılmazdır ki, bir vaxtlar Qərbdə istifadəsi qadağan olunan
aqro-kimyəvi maddələr Sovet İttifaqında və sonra isə Ukraynada istifadə
olunmuşdur. Həmçinin, əminliklə demək olar ki, bu kimyəvi maddələr
texniki cəhətdən istifadə üçün heç də ideal deyildi. Almaniyadakı kimi
Ukraynada da Nitrofenla qida zəhərlənməsi hadisəsi baş verməkdədir.
Qida Sənayesi xəbərdarlıq edir ki, Ukraynada təhlükəsiz qida zamanı
artıq bitməkdədir.
Mənbə: Cramon-Taubadel, S. von (2002).
Ukraynada köhnəlmiş pestisidlərlə çirklənmiş və ya çirklənməyə
meylli olan 13,000 ambar və torpaq sahələri təxmin edilmişdir. Ukrayna
səlahiyyətlilərinin sözlərinə görə, 5,000 məlum olan sahədə ümumi
köhnəlmiş pestisid qalıqları 32,000 tonnadır. Sahələrin çoxunun sərbəst
olmağı sahələri zəbt etmək istəyənlər üçün və ya xüsusilə uşaqlar üçün
və otlamaq üçün yaxınlıqdakı sahəyə çıxarılan mal-qara üçün çox
təhlükəlidir. Ərazilər əsasən rayonların daxilində olur və ona görə də,
təhlükəli qalıqlar ətraf torpağa və suya yayılır və yaxınlıqda yaşayanlar
üçün böyük təhlükə yaradır.
Mənbə: Antonov və Gamera (2007).
Qutu 2. Fəaliyyətsizliyin təhlükələri
Ukraynadan Moldovaya axan Dnestrın qolu olan Savka çayının sahili
boyunca Avropanın ən böyük HCB ehtiyatları yerləşir. Dnestr çayının höv-
zəsi 7 milyondan çox əhali üçün yaşayış yeridir və Dnestr özü Moldova
Respublikası və Ukraynanın hissələri üçün əsas içməli su mənbəyidir. Ərazi
10,000 tonna HCB basdırılmış sahələrin məhvi ilə birgə DÜÇ-lərlə
mübarizə üçün üstünlüyü olan ərazi kimi təsvir olunur. Hesablanmışdır ki,
yalnız bu sahə Ukraynanın ümumi pestisid probleminin 30%-ni özündə
cəmləşdirir. Milli Fəaliyyət planı layihəsi bu ehtiyatları məhv etməyi təklif
edir (2006-cı ildən bəri rəsmi təsdiq üçün hazırdır). Milli Fəaliyyət planı
qəbul edilmədiyinə görə heç bir addım atılmamışdır.
Mənbə
traf Mühit və Təhlükəsizlik, 2007; UNECE, 2004; Ukrayna
Milli Ekoloji Siyasəti 2007; Antonov və Gamera, 2007; CLU-IN, 2008.
: Ə
Qutu 3. Qərbi Ukraynada İvano-Frankisk oblastında,
Kaluşda HCB təhlükəsi.
15
14
Texniki HCH ilk məhsuldur ki 1948-ci ildə bazara çıxarılmışdır. Çox güclü və qida
məhsullarına keçən xoşagəlməz qoxusu HCH-i praktiki olaraq faydasız etdi,
texniki HCH-in tətbiqi getdikcə azaldı və Lindan ilə əvəz olundu. Lindan
istehsalında əlavə məhsul kimi yaranan HCH izomerləri çox vacibdir, belə ki, onlar
dünya üzrə ən çox istifadə olunan pestisiddir. Li (1999) 1999-cu ildə hesablamışdır
ki, texniki HCH-nın qlobal istifadəsi 1948-ci ildən 1997-ci ilə kimi təqribən 10
milyon tonna olmuşdur ki, bu tarixdə indiyə ki ən çox istifadə olunan pestisid
olmuşdur (Vijgen, 2006).
Stokholm Konvensiyasının 4-8 May 2009-cu il tarixli dördüncü görüşündə SC-
4/10 to SC-4/18 qərarlara əsasən 9 əlavə kimyəvi maddələr DÜÇ kimi
Konvensiyaya əlavə olunmuşdur. Bunlara lindan, alfa- və beta-HCH tullantı
izomerləri və xlordekon daxildir. Konvensiyanın beşinci görüşündə bu siyahıya