Köhnəlmiş pestisidlər Problemli Situasiya və biz niyə



Yüklə 218,06 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix01.02.2018
ölçüsü218,06 Kb.
#23141
1   2   3   4   5   6   7

keçmiş pestisidlər və digər təhlükəli tullantıların nəzarətdə saxlanılması

üçün nəzərdə tutulan torpaq sahəsidir. Poliqonlar çəpərlənmişdi və xüsusi

şəkildə qorunurdu və bütün miqdarın dəqiqliklə qeydiyyatı aparılırdı.

Sovet İttifaqının mərkəzi idarə sisteminin dağılması ilə poliqonlar söküldü,

çəpərlər dağıdıldı və pestisidlər qeyri-qanuni şəkildə qazıldı, yenidən

qablaşdırıldı və yerli bazarlara satıldı və ya cinayətkarlar tərəfindən ixrac

olundu. Poliqonlar, digər təhlükəli tullantılarla birlikdə sözün əsl

mənasında çox böyük əraziləri əhatə edir.

- Pestisid istehsalından əmələ gələn tullantılar; əsas komponent

Lidanın istehsalından əmələ gələn HCH (heksaxlorsikloheksan). HCH

tullantısı məhdud sayda ərazilərdə, amma 10 min tonlarla, bəzən 100 min

tonlarla paylanmışdır.

- Heksaxlorbenzol (HCB) tullantıları pestisid kimi və ya perxloretilen

(həmçinin tetraxloreten, PER və ya PERC kimi tanınır), karbontetraxlorid və

trixloroetilen istehsalı zamanı yaranan tullantı məhsulu kimi istifadə

olunurdu. Geniş HCB ehtiyatlarının kiçik bir hissəsi Çexiya Respublikasında

(Heinisch, 2006 və 2007, Holoubek 2006 və s.) və Ukraynada (həmçinin bax

Qutu 3) aşkar edilib.

Köhnəlmiş pestisidlərin təmizlənməsi üçün xərclər çox azdır. IHPA

tərəfindən həyata keçirilən layihələrin nəticəsi göstərir ki, təmizləmə,

yenidən qablaşdırma, daşınma və ləğv edilmə üçün xərclər hər tonna üçün

3,000 avrodur. FAO da təqribən eyni hesab müəyyənləşdirib. Afrika üçün

bu xərclər 3,000-5,000 ABŞ dollarıdır. IHPA-nın hesablamalarına görə Aİ-

də, qoşulma ölkələrində, ENP ölkələrində, Rusiya Federasiyasında, Orta

Asiyadakı köhnəlmiş pestisidlərin hamısı ilə mübarizə aparmaq üçün 770-

790 milyon avro tələb olunur. FAO hesablamalarına görə bu məbləğ bir

qədər çoxdur. Bu o səbəbdəndir ki, indiyə kimi fəaliyyət göstərməmək

təmizləmə işlərini daha da bahalaşdırır. Avropa Ətraf Mühit Agentliyinin

nəşrində qeyd olunduğu kimi fəaliyyətsizliyə görə qiymətin dəyişməsi tez

tez rast gəlinən hadisədir (Koppe və Keys, 2001).

6

6

2002-ci ildə Almaniya (keçmiş Şərqi Almaniya) və Aİ təbii məhsulların

Nitrofen ilə zəhərlənməsi hadisəsi ilə qarşılaşdı. Qida keçmiş pestisid

anbarlarında saxlanmışdır. Torpaqda qalan zəhərli qalıqlar qidanı da

zəhərlədi. Almaniya Fermerlər Assosasiyası 2002-ci ildə hesablamışdır ki,

Nitrofen qida qalmaqalı birbaşa və dolayısı ilə 500 milyon Avrodan çox

ziyan vurmuşdur.

Mənbə : Brennpunkt LebenmittelSicherheit (2002).



Qutu 1. Fəaliyyətsizliyin xərcləri

İqtisadi İslahatlar üzrə Almaniya Məsləhət Qrupu 2002-ci ildə yaz-

mışdır: "Bu inanılmazdır ki, bir vaxtlar Qərbdə istifadəsi qadağan olunan

aqro-kimyəvi maddələr Sovet İttifaqında və sonra isə Ukraynada istifadə

olunmuşdur. Həmçinin, əminliklə demək olar ki, bu kimyəvi maddələr

texniki cəhətdən istifadə üçün heç də ideal deyildi. Almaniyadakı kimi

Ukraynada da Nitrofenla qida zəhərlənməsi hadisəsi baş verməkdədir.

Qida Sənayesi xəbərdarlıq edir ki, Ukraynada təhlükəsiz qida zamanı

artıq bitməkdədir.

Mənbə: Cramon-Taubadel, S. von (2002).

Ukraynada köhnəlmiş pestisidlərlə çirklənmiş və ya çirklənməyə

meylli olan 13,000 ambar və torpaq sahələri təxmin edilmişdir. Ukrayna

səlahiyyətlilərinin sözlərinə görə, 5,000 məlum olan sahədə ümumi

köhnəlmiş pestisid qalıqları 32,000 tonnadır. Sahələrin çoxunun sərbəst

olmağı sahələri zəbt etmək istəyənlər üçün və ya xüsusilə uşaqlar üçün

və otlamaq üçün yaxınlıqdakı sahəyə çıxarılan mal-qara üçün çox

təhlükəlidir. Ərazilər əsasən rayonların daxilində olur və ona görə də,

təhlükəli qalıqlar ətraf torpağa və suya yayılır və yaxınlıqda yaşayanlar

üçün böyük təhlükə yaradır.

Mənbə: Antonov və Gamera (2007).

Qutu 2. Fəaliyyətsizliyin təhlükələri

Ukraynadan Moldovaya axan Dnestrın qolu olan Savka çayının sahili

boyunca Avropanın ən böyük HCB ehtiyatları yerləşir. Dnestr çayının höv-

zəsi 7 milyondan çox əhali üçün yaşayış yeridir və Dnestr özü Moldova

Respublikası və Ukraynanın hissələri üçün əsas içməli su mənbəyidir. Ərazi

10,000 tonna HCB basdırılmış sahələrin məhvi ilə birgə DÜÇ-lərlə

mübarizə üçün üstünlüyü olan ərazi kimi təsvir olunur. Hesablanmışdır ki,

yalnız bu sahə Ukraynanın ümumi pestisid probleminin 30%-ni özündə

cəmləşdirir. Milli Fəaliyyət planı layihəsi bu ehtiyatları məhv etməyi təklif

edir (2006-cı ildən bəri rəsmi təsdiq üçün hazırdır). Milli Fəaliyyət planı

qəbul edilmədiyinə görə heç bir addım atılmamışdır.

Mənbə


traf Mühit və Təhlükəsizlik, 2007; UNECE, 2004; Ukrayna

Milli Ekoloji Siyasəti 2007; Antonov və Gamera, 2007; CLU-IN, 2008.

: Ə

Qutu 3. Qərbi Ukraynada İvano-Frankisk oblastında,



Kaluşda HCB təhlükəsi.

15

14



Texniki HCH ilk məhsuldur ki 1948-ci ildə bazara çıxarılmışdır. Çox güclü və qida

məhsullarına keçən xoşagəlməz qoxusu HCH-i praktiki olaraq faydasız etdi,

texniki HCH-in tətbiqi getdikcə azaldı və Lindan ilə əvəz olundu. Lindan

istehsalında əlavə məhsul kimi yaranan HCH izomerləri çox vacibdir, belə ki, onlar

dünya üzrə ən çox istifadə olunan pestisiddir. Li (1999) 1999-cu ildə hesablamışdır

ki, texniki HCH-nın qlobal istifadəsi 1948-ci ildən 1997-ci ilə kimi təqribən 10

milyon tonna olmuşdur ki, bu tarixdə indiyə ki ən çox istifadə olunan pestisid

olmuşdur (Vijgen, 2006).

Stokholm Konvensiyasının 4-8 May 2009-cu il tarixli dördüncü görüşündə SC-

4/10 to SC-4/18 qərarlara əsasən 9 əlavə kimyəvi maddələr DÜÇ kimi

Konvensiyaya əlavə olunmuşdur. Bunlara lindan, alfa- və beta-HCH tullantı

izomerləri və xlordekon daxildir. Konvensiyanın beşinci görüşündə bu siyahıya




Yüklə 218,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə