Köhnəlmiş pestisidlər Problemli Situasiya və biz niyə



Yüklə 218,06 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix01.02.2018
ölçüsü218,06 Kb.
#23141
1   2   3   4   5   6   7

Ön söz

5

Müqəddimə



8

Nəticə


11

1. Giriş


12

2. Beynəlxalq müqavilələr

14

3. Problemin miqyası



17

4. Köhnəlmiş pestisidlərin təmizlənməsində inkişaf

21

4.1 Avropa İttifaqına üzv dövlətlərin fəaliyyətləri



21

4.2 Avropa İttifaqından kənar: Yalnız sərhəd daxili inkişaf

22

5. Növbəti addımlar üçün fəaliyyətlər



23

6. Təklif – Fəaliyyət planı

25

İstinadlar



26

Əlavə 1.


29

Əlavə 2.


32

Əlavə 3.


34

5



Pestisidlər qadağan olunduğu üçün nəzərdə tutulan məqsəd üzrə

istifadə edilə bilmədikdə, onların ətraf mühitə uzunmüddətli təsirinə, tarix-

lərinə, sıradan çıxma və cari tətbiq olunan pestisidlərin spesifikasiyasının

dəyişilməsinə görə köhnəlmiş hesab olunur. Bu Mərkəzi və Şərqi Avropa öl-

kələri istisna olmaqla bir çox Avropa İttifaqına üzv dövlətlər tərəfindən təs-

diq olunmuş Davamlı Üzvi Çirklənidiricilər (DÜÇ) üzrə Stokholm Konvensi-

yası tərəfindən təsdiqlənib. O, 2004-cü ildə qüvvəyə minib.

Konvensiya və onun əsasında qəbul olunmuş Milli İcra Planları imzaçı

tərəflər, xüsusilə də Avropa İttifaqı ölkələri arasında, problemi kifayət qədər

miqyasda müzakirə edib. Avropa Birliyi çərçivəsində istehsalçılar köhnəlmiş

pestisidlərə nəzarət etmək, təhlükəli tullantılara şamil olunan müvafiq

Avropa İttifaqı qanunlarına əsasən pestisidlərin toplanması və məhv olun-

masını təşkil etməlisi üçüm öhdəliklidilər. Avropa İttifaqının genişləndikcə

onun qanunu yeni üzv ölkələrdə də tətbiq olunmağa başladı. Proses PHARE

(Polşa Macarıstan iqtisadiyyatının yenidən qurulmasına dəstək) və bəzi üzv

ölkələr tərəfindən təsis olunan milli proqramlar vasitəsi ilə sürətləndi.

Bununla belə, Stokholm Konvensiyasının müddəalarının həyata keçiril-

məsi də özlüyündə köhnəlmiş pestisidlərlə bağlı risklərin qarşısını almağa ki-

fayət etmir. Konvensiya yalnız ümumi köhnəlmiş pestisidlərin kiçik bir

hissəsini təmsil edən 9 spesifik köhnəlmiş pestisidlə mübarizə aparır (bun-

dan sonra Davamlı Üzvi Çirkləndiricilər və ya DÜÇ adlandırılacaq). Bundan

əlavə, Aİ-yə yaxın coğrafi qonşuluqda xüsusilə Cənub-Şərqi Avropa və Keç-

miş Sovet ölkələrində problem mövcudluğunu saxlayır.

Əgər heç bir tədbir görülməzsə, nəzərə çarpacaq dərəcədə təhlükələr

mövcuddur. Qorunmamış ərazilər –on minlərlə hesablanır - insanlara və

eynilə heyvanlara ölümcül təhlükə yaradır. Köhnəlmiş pestisidlər ciddi

şəkildə Avropa İttifaqı və Avropa İttifaqına üzv olmayan Avropa ölkələri və

Postsovet ölkələri arasında kənd təsərrüfatı məhsullarının ticarətini risk

altına qoyur. 2002-ci ildə Almaniyada Nitrofen qida qalmaqalı nəticəsində

bilvasitə və bilavasitə vurulan zərər 500 milyon Avro dəyərində hesablanıb.

Avropa İttifaqına üzv olmayan ölkələrdə də, köhnəlmiş pestisidlər Avropa

ölkələri üçün qaçınılmaz risklər təşkil edir, belə ki, məhsullar su hövzələrinin

yaxınlığında saxlanılır. Nəticədə, 2002-ci il Almaniyada, və ya 2008-ci il

Rumınya, Ukrayna və Moldovada olduğu kimi daşqın vaxtı köhnəlmiş

pestisidlər axar sulara qarışa bilər.

Eyni zamanda, köhnəlmiş pestisidlər üçün təmizləmə xərcləri nisbətən

çox aşağıdır, hər ton üçün 3000 avro. Avropa İttifaqına yeni üzv ölkələr,

qoşulmaqda olan ölkələr, Avropa Qonşuluq Siyasəti ölkələri, Rusiya

Federasiyası və Orta Asiya üzrə hesablanmış 256 000 tondan 263 500 tona

qədər ümumi həcm üçün tələb olunan yekun məbləğ təqribən 770 və ya

790 milyon avro arasında olacaq.

7



Bəzi ölkələrin fəaliyyətə istəkli olmasına dair göstəricilər var. Dünya

Bankının köməyi ilə Moldova Respublikası 1150 ton daimi üzvi tullantını

zərərsizləşdirib. Ukraynada 1000 ton köhnəlmiş pestisidin Almaniyaya

məhv olunmaq üçün göndərilməsinə dair müzakirələr davam edilir və digər

2000 ton köhnəlmiş pestisidlərin məhv olunması və zərərsizləşdirilməsi

artıq planlaşdırılıb.

Məhv etməni sürətləndirmək üçün, Avropa İttifaqının maliyyə və texniki

dəstəyinə ehtiyac duyulur. Eyni zamanda bu, maarifləndirməni genişləndi-

rəcək, texniki bilik ilə təmin edəcək, yerli maliyyə əməkdaşlığına səbəb

olacaq və orta müddətdə yəqin ki, bəzi ölkələrdə hələ mövcud olmayan

milli qanunvericiliyin qəbul olunmasına səbəb olacaq.

Biz Avropa Komissiyasını - Avropa İttifaqı üzv ölkələri, Avropa Parlamen-

ti, Avropa qonşuluq Siyasətinə aid olan və Orta Asiyadan olan qeyri-Aİ öl-

kələri, BMT-nin

, UNEP, UNDP, UNİDO,

Dünya Bankı və GEF kimi beynəlxalq təşkilatlar, kənd təsərrüfatı təşkilatları,

QHT, İstehlakçı təşkilatları və kimya sənayesi daxil olmaqla sənaye və ərzaq

pərakəndəçilərinin iştirakı ilə - aşağıdakı mərhələlərdən ibarət Fəaliyyət

Planına rəhbərlik etməyə və inkişaf etdirməyə səsləyirik.

Sədrlik tərəfindən idarə olunan Şura köhnəlmiş pestisidlər haqqında

Beynəlxalq Ətraf Mühit məsələləri üzrə İşçi Partiyası Şurasında çıxış edəcək.

Avropa Parlamenti:

- Köhnəlmiş pestisidlər barədə daimi hesabat vermək tələbini qeyd

edəcək düzəlişi pestisid strategiyasına əlavə etməli və

- Yeni Qonşuluq Siyasətində köhnəlmiş pestisidlər məsələsini xüsusilə

qeyd etmək.

Köhnəlmiş pestisidlərə hələ də sahib olan ölkələr:

- Köhnəlmiş pestisidlərin ləğv olunması və çirklənmiş ərazilərin təmiz-

lənməsini Milli Ətraf Mühit Planlarında prioritet kimi göstərməlidilər

- Məhv edilməni donorlarla danışıqların gündəliyinə əlavə etməlidirlər

- Milli fondları maliyyə əməkdaşlığına hazır etməlidirlər.



- Avropa Komissiyası , Avropa Parlamenti və Aİ-ə üzv ölkələr problemin

əhatəsi və vacibliyi və həlli yolları barədə dialoqları inkişaf etdirməlidirlər.

- Yeni üzv ölkələr köhnəlmiş pestisidlərin barədə məruzə etməli və onla-

rın qorunmasının keyfiyyəti ilə bağlı qaydalara riayət etməlidirlər.

- Bitki mühafizə təşkilatları bütün milli və beynəlxalq tərəfdaşlarla birgə

Fransa və Polşa təcrübəsini davam etdirərək köhnəlmiş pestisidləri topla-

maq və ləğv etmək üçün “Boş Konteyner proqramlarını” tərtib etməli və əsa-

sını qoymağı nəzərə almalıdır.

Qida və Kənd Təsərrüfatı Təşkilatı

Pestisidlər nəzərdə tutulan məqsədlər üçün istifadə edilmədikdə

köhnəlir. Sonra onlar ətraf mühitə uzunmüddətli təsirinə , tarixlərinə,

sıradan çıxma və cari tətbiq olunan pestisidlərin spesifikasiyasının

dəyişildiyinə görə qadağan olunur. Beləliklə, Köhnəlmiş Pestisidlərin

istifadəsi problemi ümumi pestisidlərin istifadəsinə aid deyil.

Əslində

problem istifadə olunmayan və köhnələn pestisidlər səbəbindən yaranır.



Xüsusilə, qeyri-müvafiq idarə olunma və saxlanılma təhlükələrindən

qaynaqlanan problem aşağıdakıları əhatə edir:

- İctimai sağlamlıq və ətraf mühitin keyfiyyəti

- Kənd təsərrüfatı və ticarət

Problemin başlanğıc tarixi 1950-1960-cı illərə - kənd təsərrüfatı isteh-

salını artırmaq üçün Kommunist ölkələrinin pestisidlərin istifadəsini geniş-

ləndirdiyi dövrə aid edilir.

Pestisidlər fermerlərə pulsuz paylanılırdı və bu yalnız həddən çox istifa-

də ilə deyil, həmçinin qalıq və qablaşdırma materiallarının yalnış idarəet-

məsi ilə nəticələnirdi. Hesablanmışdır ki, bu günə kimi 260 000 ton köhnəl-

miş pestisid keçmiş Sovet İttifaqı ölkələrində, Cənubi Balkan, Avropa İttifa-

qına yeni üzv olan ölkələr - Polşadan Qırğızıstana qədər uzanan on minlərlə

ərazilərdə cəmləşib. (bax Federov və Yablokov, 2004 və Əlavə 1) .

1

Təhlükə, Kimyəvi maddələr, Köhnəlmiş pestisidlər (Kuc 2007), Komissiyanın



prezidenti Josse Manuel Barroso (Barroso 2007), 4 müvəkkil (Dimas, 2007;

Hübner, 2007; Kyprianou 2007; Michel, 2007); Avropa Parlamentinin 9 üzvi,

həmçinin, 5 ölkə naziri daxil olmaqla 45 müəllif köhnəlmiş pestisidlərdən təsiri

əks etdirib, sənəd təcili islahedici tədbirlərin vacibliyini göstərir.



1

9

10




Yüklə 218,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə