Köhnəlmiş pestisidlər Problemli Situasiya və biz niyə



Yüklə 218,06 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix01.02.2018
ölçüsü218,06 Kb.
#23141
1   2   3   4   5   6   7

Köhnəlmiş pestisidlər problemi bütün Avropa İttifaqına üzv ölkələrdə

tanınan problemdir. İstifadə olunmamış və vaxtı keçmiş məhsulların

“göndərənə geri qaytarılması” Avropada ümumiləşmiş təcrübədir, buna

uyğun olaraq köhnəlmiş pestisidlərin sahibi müəyyənləşdirilir. Aİ

qanunlarına əsasən istehsalçılar köhnəlmiş pestisidlərə nəzarət etməyə,

onların toplanması və məhv olunmasına görə də məsuliyyətlidirlər. Aİ-nin

genişlənməsi bu vəzifənin yeni üzv ölkələrə də şamil edir. Aİ daxilolma

ərəfəsində, üzvlükdən əvvəl Aİ üzv ölkələrinin DANCEE (Danimarkanın

Şərqi Avropaya Ekologiya Dəstəyi) və PHARE kimi proqramları (əlavə 2)

çərçivəsində Şərqi və Mərkəzi Avropanın 8 yeniqoşulan ölkələrinə bu

problemi həll etməyə yardım göstərilib (həmçinin Əlavə 2 –yə baxın)

Məsələn 2002-ci il Sentyabrda Nitrofen qalmaqalından sonra Avropa

Komissiyası (Ətraf Mühit üzrə Ümumi Direktorat) Namizəd ölkələrdə

köhnəlmiş pestisidlərin vəziyyəti barədə hesabat dərc etdi (Avropa

Komissiyası, 2002). Tədqiqatlar 2004-cü ildə üzv olan 10 yeni qoşulma

ölkələrini - Çexiya, Kipr, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa,

Slovakiya və Sloveniyanı əhatə edirdi. Bu iddiaçı ölkələrin hər biri Davamlı

Üzvi Çirkləndiricilər daxil olmaqla

saxlanılan köhnəlmiş pestisidlər və

onlara nəzarət üzrə vəziyyət barədə hesabat verirdi. Əlavə olaraq, tədqiqat

Davamlı Üzvi Çirkləndiricilər üzrə Stokholm konvensiyasının tələblərinin

qarşılanması ilə bağlı gələcəkdə yarana biləcək çətinlikləri və məsələləri

aşkarlayırdı. Hal-hazırda ENP ölkələri üzrə belə bir hesabat mövcud deyil.

7

Aİ –yə üzv olmayan ölkələrdə, xüsusilə də, Cənub Şərqi Avropa və ENP



ölkələrində vəziyyət fərqli olub və belə də davam edir. Milli qanunvericilik

inkişaf etdirilməyib, torpaq sahibkarlığı hər zaman müəyyən deyil,

istehsalçılar

hal hazırda yoxdur və ya cavabdeh hesab olunmurlar və

effektiv bərpa üçün adekvat infrastruktur mövcud deyil. Qanunvericilik

mövcud olsa da, çox vaxt tətbiq olunmur, başqa səbəblərdən biri,

ümumiyyətlə dövlət sektoru resurslarının məhdud olmasıdır.

Bununla belə, bəzi fəaliyyətlər həyata keçirilir. Arktikada Çirklənmənin



7

8

17

4.2 Aİ-dən kənarda:  cüzi inkişaf




qarşısını almaq üzrə Arktik Fəaliyyət Planı Şurası (ACAP) çərçivəsində 2,000

tona yaxın köhnəlmiş pestisidlər Şimal Şərqi Rusiyada yenidən qablaşdırı-

lıb. 2002-ci ildə Albaniya Aİ PHARE proqramından bütün köhnəlmiş pesti-

sidləri azaltmaq üçün maliyyə dəstəyi alıb. Dünya Bankı Moldova Respubli-

kasında 1,060 tonna PCB və PCB ilə zəhərlənmiş torpaqlarla birgə 1,150

tonna daimi üzvi tullantı təmizlənməsini başladıb (Plesca et al., 2008). Bu

layihə 2007-ci ilin sonunda tamamlanıb. Danimarkanın Xarici İşlər Nazirliyi

Danimarka DOEN və PSO Təşkilatı (İnkişaf etmiş ölkələrdə potensialın ya-

radılması) ilə birgə Moldova, Qırğızıstan və Gürcüstanda 2005-ci ildən

2008-ci ilə qədər köhnəlmiş pestisidlərin kəskin risklərini azaltmaq üçün

layihəni maliyyələşdirib. 2008-ci ilin sonunda potensialın yaradılması və

maarifləndirmədən başqa 400 tonnadan çox köhnəlmiş pestisidlər yeni-

dən qablaşdırılıb və təhlükəsiz şəkildə saxlanılıb. Potensialın yaradılması və

yenidən qablaşmanı nəzərdə tutan layihə Ukraynada eyni proqramla da-

vam etdirib. 1999 və 2003-cü illər arasında Danimarka hökuməti 1.56 mil-

yon avro civarında köhnəlmiş pestisidlər üzrə yeni xüsusi proqramlara ma-

liyyə dəstəyi ayırıb (DANCEE, 2003). Fəaliyyətin ilkin fazası Ukraynada

“Köhnəlmiş pestisid ambarlarının təhlükəsinin qarşısının alınması üzrə fəa-

liyyət planının” yaradılması və Fəaliyyət planının gələcək icrası üçün pilot

layhələrin həyata keçirilməsini əhatə edir. İkinci fazaya pilot layihələrin işə

qoyulması, yerli icra qurumlarına dəstək, ictimai iştiraka dəstək, təhlil he-

yətinin təlimi və maliyyə resurslarının daxili və xarici mənbələrdən səfər-

bərliyi aiddir (WECF ,2006). Ukraynada 1,000 tonna köhnəlmiş pestisidlərin

aradan qaldırılması və Almaniyaya məhv olunma məqsədi ilə göndərilməsi

üzrə iş gedir. Layihə Dövlət Təbiəti qoruma Fondu tərəfindən təsdiq olunur

və maliyyələşdirilir. Əlavə 2,000 tonnanın aradan qaldırılması üzrə başqa

bir tender həyata keçirilir.

Lakin fəaliyyətlər bunlarla bitmir. Bütün əlaqədar ölkələrdə sistemli ya-

naşma yoxdur və bütün potensial mənbələr hədəfə alınmır. Təhlükəli pes-

tisid HCH6 ilə bağlı böyük problemlər aktualdır. Aİ ölkələri xaricində əsas

HCH saxlanılma yerləri keçmiş Yuqoslaviya Respublikası Makedoniyada və

Azərbaycandadır. Sözü gedən ölkələrdə qanuni, qurumsal və maliyyə im-

kanları və fəaliyyət üçün yəqin ki siyasi meyl çatışmamazlığı mövcuddur.

8

Çox ölkələr öz köhnəlmiş pestisidlərini və onların qalıqlarını uğurla



məhv etmişlər. Bu Aİ və yeni Aİ üzvləri də daxil olmaqla digər inkişaf etmiş

ölkələri nəzərdə tutur . Bu ölkələrdə maarifləndirmə, qanunvericilik, texniki

bilik və maliyyə mövcuddur. Bu faktorların bəziləri, ya da heç biri ENP

ölkələrində çatışmir.

Buna baxmayaraq bu regionlarda da bəzi irəliləyişlər var. İlk regional

layihə GEF Şurası tərəfindən təsdiqlənmişdi. IHPA FAO adından GEF

proqramı olan “Köhnəlmiş pestisidlər və Davamlı Üzvi Çirkləndiricilər üzrə

Şərqi Avropa Qafqaz və Orta Asiya ölkələrində (EECCA) potensialın

yaradılması” proqramını idarə edəcək və Milieunkontakt İnternational,

Green Cross və 9 ölkənin nümayəndələri ilə əməkdaşlıq edəcək. Proqram

2009-cu ildən başlayacaq. Layihə aşağıdakı 9 ölkədə təbliğatın aparılması

və potensialın yaradılması məsələlərini özündə cəmləşdirir: Albaniya,

Azərbaycan, Ermənistan, Belarusiya, KYR Makedoniya, Gürcüstan,

Moldova, Monqoliya və Rumınya. Bu layihə regiondakı istənilən ölkədə

regional əməkdaşlığı gücləndirməyə, əlaqələndirici ölkələr və ekspertlər

vasitəsilə məlumatları və təcrübələri mübadilə etməyə və təmizləmə

işlərinin təchiz edilməsi üçün hazırlıq və tətbiq etməyə cəhd göstərəcəkdir.

Eyni zamanda FAO BMT-nin köhnəlmiş pestisidlərin idarəsi üzrə

mandatının dəstəyi ilə Orta Asiya və Qafqazda köhnəlmiş pestisid

probleminə dair tədqiqatlar nəşr etdirmək planlaşdırır. Tədqiqat nəticələri

2-4 Dekabr 2008-ci il tarixində Bakıda keçirilən toplantıda təqdim olundu.

Toplantıya rəhbərlik edən Azərbaycan Kənd Təsərrüfatı Naziri vəziyyətin

ciddiliyini qeyd etdi və fəaliyyətə keçmək üçün ciddi çağırış göndərdi.

Başqa regional fəaliyyətlər Dünya Bankı tərəfindən həyata keçirilir ki, bu

məqsədlə Tacikistan, Qırğızıstan, Özbəkistan və Gürcüstana xüsusi missiya

göndərilmişdir. Həmçinin UNEP-WHO-Milieukontakt International və

Green Cross tərəfindən həyata keçirilən və Qafqazı və Orta Asiyanı əhatə

edən GEF Regional DDT layihəsini də qeyd etmək lazımdır. DDT layihəsi bu

regionlarda malyariya xəstəliyinin gələcək vəziyyəti ilə bağlıdır və yeni

alyternativ yolları müəyyənləşdirmək və DDT qalıqlarını məhv etmək üçün

səylər göstərir.

GEF layihəsi ilə paralel olaraq IHPA regionda maarifləndirmə

tədbirlərini aparmağa davam edəcək, həmçinin MEP Wieslaw S. Kuсun

köhnəlmiş pestisidlər mövcud olan ərazilərdə vəziyyəti təsvir edən foto

sərgisi kimi fərdi cəhdləri dəstəkləyir. Amma daha çox tədbirlərə ehtiyac

var:


19

18



Yüklə 218,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə