"kompüter qrafikasi" FƏNNİNİn predmeti


KOMPÜTER QRAFİKASINDA RƏNG



Yüklə 0,62 Mb.
səhifə10/20
tarix20.10.2023
ölçüsü0,62 Mb.
#128415
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
конспект К.Г на азерб.языке

KOMPÜTER QRAFİKASINDA RƏNG
Təbiətdə baş vermiş bütün hadisələri, həmçinin gündəlik həyatda rastlaşdığımız predmetləri ona görə görmək mümkün olur ki, onlar ya işıq saçır, ya da işığı əks edir.Rəng-şüalanmanın gözə təsirinin xarakteristikasıdır. Beləliklə, işıq şüası gözün torlu qişasına düşəndə rəng hissi yaradır. Şüalanan işıq mənbədən (məsələn, günəşdən, lampadan, monitorun ekranından və s.) çıxan isığa deyilir (şəkil 9.).
Mənbədən bilavasitə gözə düşən şüalanan işıq, özündə, onu yaradan bütün rəngləri saxlayır. Obyektdən əks olunan işıq dəyişə bilir. İşıq mənbəyi olmayan ixtiyari predmet işığı ya müəyyən qədər udur, ya da əks etdirir.
Günəş və digər işıq mənbələri kimi monitor da işıq şüalandırır. Təsvir çap edilən kağız isə işıgı əks etdirir. İşıq həm şüalanma, həm də əks olunma proseslərində alina bildiyinə görə işığin şərh edilməsi üçün bir birinin əksi olan iki üsul: additiv və subtraktiv rəng modeliəri mövcuddur.
ADDİTİV RƏNG MODELİ
Şüalanan işıq additiv rəng modeli ilə şərh edilir. Işləyən monitorun və ya televizorun ekranina yaxın məsafədən və ya lupa ilə baxanda çoxlu sayda xırda qırmızı, yaşıl və göy rəngnlərdən ibarət olan nöqtələr görmək olur, çünki, rəngli ekranda hər bir videopiksel müxtəlif (qırmızı, yaşil və göy) rənglərdən ibarət olan üç nöqtənin məcmuyundan ibarətdir. Müxtəlif rəngli bu nöqtələr çox xırda olduğuna görə gözdə onların qarışığı bir rəng kimi görünür. Beləliklə, qonşü nöqtələrin rəngləri qarışaraq başqa rəng əmələ gətirir .
Qirmızı + yaşıl = sarı;
Q ırızı + göy = al-qırmızı;
Göy + yaşıl = mavi;
Qırmızı + yaşıl + göy = ağ
Rəngli nöqtələrin işıqlanma intensivliyini dəyişməklə çoxsaylı rəng çalarları yaratmaq mümkündür.
Additiv rəng üç əsas rəngin (qırmızı, yaşıl, göy) toplanması ilə alınır. Bu üç rəngin hamısının intensivliyi 100%-ə çatanda ağ rəng alınır. Rənglərin hamısı olmayanda qara rəng alınır.
Kompüter monitorlarında istifadə edilən additiv modeli RGB (Red-qırmızı, Green-yaşıl, Blue-göy) abbreviaturası ilə işarə etmək qəbul edilmişdir.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə