Kondensatlar haqqında ümumi məlumat



Yüklə 159,9 Kb.
Pdf görüntüsü
tarix09.04.2023
ölçüsü159,9 Kb.
#104798
Kondensatlar haqqında ümumi məlumat




Kondensatlar haqqında ümumi məlumat 
Kondensatlar - qaz yığımlarının maye hissəsidir. Kondensatı açıq rəngli neftlər də 
adlandırırlar. Kondensatların sıxlığı 0,698- 0,840 kq/m
3
 arasında dəyişir. 
Yüksək təzyiqlərdə neft karbohidrogen qazlarında həll olur və buxar halına keçir. 
Bu hadisə qaz fazasının neft fazası üzərindəki kəmiyyətcə üstünlüyü şəraitində 
təzyiq artdıqda neftin qazda həll olunması ilə izah olunur.Artıq qeyd edildiyi kimi, 
təzyiqin artması ilə qaz qarışığının maye fazadan buxar halına keçməsi və yenidən 
təzyiqin aşağı düşməsi ilə qaz qarışığının maye halına qayıtması retrograd 
hadisəsi adlanır. Retrograd kondensasiyası bir çox neft yataqlarında müşahidə 
olunur. Bu o yataqlarda baş verir ki, onlarda neft buxar halında olsun, belə 
yataqlar kondensat yataqları adlanır (Qaradağ, Zirə və b.).Kondensatların və ya 
qazda həll olmuş neftlərin mənşəyi hələ dəqiq öyrənil-məmişdir.Kondensatlar 
neftdən onunla fərqlənirlər ki, onlarda neftlərin ağır fraksiyaları iştirak etmir. 
Kondensatlar 350° C-yə qədər temperaturda qaynayırlar.Bundan başqa, onlar 
neftlərdən ayrı-ayrı fərdi komponentlərin nisbətinə görə də fərqlənirlər. Belə ki, 
onlar daha sadə birləşmələrdən təşkil olunmuşlar.Neftlərdə tsiklopentan, 
kondensatlarda isə tsikloheksan karbohidrogenləri üstünlük təşkil edir. 
Sonuncuların struktur quruluşu aşağıdakı kimidir: 
 
 
Tsiklopenton Tsikloheksan



Aromatik 
karbohidrogenlər 
neftlərin 
yüksək 
temperaturda 
qaynayan 
fraksiyalarında, kondensatlarda isə əksinə, alçaq temperaturda qaynayan 
fraksiyalarında üstünlük təşkil edirlər.Kondensatların kimyəvi tərkibi müəyyən 
dərəcədə ilkin neftlərin tərkibindən asılıdır.Kondensatların mənşəyi müxtəlifdir. 
Belə ki, onları ilkin və ya birbaşa qazkondensat yığımlarına və törəmə (ikinci) - 
yəni qaz-neft sistemindən əmələ gələn kondensatlara ayırırlar. İlkin kondensatlar 
ana üzvü maddələrin çevrilməsi nəticəsində birbaşa neft və qazla yanaşı əmələ 
gəlirlər.Törəmə (ikinci) kondensatlar isə qaz-neft sistemlərinə aid olub yataqların 
dərində olması və təzyiqin artması ilə sıxılmış qazlarda neftin yüngül 
fraksiyalarının həll olması nəticəsində əmələ gəlirlər. 
QAZHIDRATLAR 
Bir çox qazlar
 ( CH
4
, C
2
H
6
, C
3
H
8
, He, H

və s.) aşağı temperaturlarda və yüksək 
təzyiqdə su ilə birləşərək, sülb maddə olan, qazhidratlar əmələ gətirirlər.Şimal 
rayonlarda aşağı temperatur şəraitində karbohidrogenlərin və digər qazların 
hidratları süxurlarda əmələ gəlir.Qazhidratların aşağıdakı empirik formulları 
vardır: metan üçün 

 CH
4
·7H
2
O, etan üçün - C
2
H
6
 ·8 H
2
O,
 propan üçün - C
3
H
8
 ·18
H
2
O.
 
Hər bir karbohidrogen qazı üçün elə bir temperatur (hidrat əmələgəlmənin böhran 
temperaturu) səciyyəvidir ki, həmin temperaturda təzyiqin artmasından asılı 
olmayaraq hidratəmələgəlmə baş vermir. Bu temperatur metan üçün 21,5° C, etan 
üçün 14,5° C, propan üçün 5,5° C, izobutan üçün 2,5° C, hidrogen-sulfld üçün isə 
15° C-dir.Təbii qazlar bərk hidratlar şəklində yer səthinə nisbətən yaxın yatan 
süxurlarda, çox da yüksək olmayan temperatur və müvafiq təzyiqdə müşahidə 
olunurlar. Dərinliyə doğru temperaturun artması ilə qaz hidratlar öz fıziki 
hallarını artıq saxlaya bilmirlər. Onların kütlələrinin böyük hissəsi suda həll olur. 
Qazhidrat yığımları Cənubi Xəzər hövzəsinin ayrı-ayrı sahələrində (Abix və 
Buzdağ qalxımlarında) müəyyən edilmişdir. Bu qazhidratların əmələgəlməsi dəniz 
suları ilə yox, palçıq vulkanı suları ilə əlaqədardır.Bir sıra tədqiqatçıların 
hesablamalarına görə hidratəmələgəlmə zonalarında qazhidrat şəklində olan 
metanın miqdarı bütün litosferdə və hidrosferdə olan metanın miqdarından 6 dəfə 
çoxdur və 10
13
m
3
təşkil edir.Timoti S.Kolletə (2002) görə isə, təxmini 



hesablamalara əsasən, dünya dənizlərində qazhidratların ehtiyatı 20 trlliard m
3
 
təşkil edir. 
 
 
 

Yüklə 159,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə