Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə56/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   52   53   54   55   56   57   58   59   ...   71

136 
 
 .... 
[İ]craata  xitam  verilməsi  barədə  qərardad  iki  halda  qəbul  edilir: 
iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri 
götürülmüş  sayıldıqda.  Ərizəçi  hesab  edir  ki, İPM-in 55.3-cü maddəsinin 
müddəalarına  müvafiq  olaraq  iddianın  məhkəmə  tərəfindən  geri 
götürülmüş  sayılması  nəticəsində  icraata  xitam  verilməsi  barədə  qəbul 
edilən qərardad onun məhkəməyə müraciət etmək hüququnu pozur. 
 .... 
 Konstitusiyanın  60-cı  maddəsinin  I  hissəsinə  əsasən  hər  kəsin 
hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.... 
Məhkəməyə  müraciət  etmək  hüququ  bu  mənada  xüsusi  önəm 
daşıyır.  Belə  ki,  sözügedən  hüququn  pozulması  bütövlükdə  məhkəmə 
müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir.... 
 Qeyd  olunan  hüququn  vacibliyinə  baxmayaraq,  o,  mütləq  deyil, 
lakin  bu  hüququ  məhdudlaşdıran  tədbirlər  legitim  məqsədlərə  nail  olmaq  üçün 
tətbiq  edilməli,  onun  əsas  mahiyyətinə  toxunmayaraq  mütənasiblik  meyarına 
cavab verməlidir. 
 .... 
 İnsan  Hüquqları  üzrə  Avropa  Məhkəməsinin  (bundan  sonra  – 
Avropa  Məhkəməsi)  Golder Birləşmiş  Krallığa  qarşı  işi  üzrə  Qərarında 
qeyd  olunmuşdur  ki,  məhkəmə  araşdırması  hüququnun  bir  aspektini 
təşkil  edən  məhkəməyə  müraciət  etmək  hüququ  Konvensiyanın  6-cı 
maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir 
(21 fevral 1975-ci il tarixli Qərar, § 36). Bu hüquq mütləq deyil və ona dair 
nəzərdə 
tutulan, 
xüsusilə 
də apellyasiya şikayətinin 
qəbul 
edilənlik şərtlərinə 
aid 
olan 
məhdudiyyətlər 
qoyula 
bilər. 
(Ashingdane Birləşmiş  Krallığa  qarşı  işi  üzrə  28  may  1985-ci  il  tarixli 
Qərar, § 57).  Lakin  ona  dair  qoyulan  məhdudiyyətlər  bu  hüququn 
mahiyyətinə  xələl  gətirəcək  dərəcədə  şəxsin  məhkəməyə  müraciət  etmək 
hüququnu  məhdudlaşdırmamalıdır.  Onlar  legitim  məqsəd  güdməli  və 
istifadə  olunan  vasitələr  və  güdülən  məqsəd  arasında  ağlabatan 
mütənasiblik əlaqəsi olmalıdır. (Fayed Birləşmiş Krallığa qarşı işi üzrə 21 
sentyabr  1994-cü  il  tarixli  Qərar, § 65; Bellet  Fransaya  qarşı  işi  üzrə  4 
dekabr 1995-ci il tarixli Qərar, § 31). 
 İPM-in 55.5-ci maddəsinin  müddəalarına  görə,  məhkəmə  icraata 
xitam  verilməsi  haqqında  qərardadın  qəbul  edilməsindən  öncə  iddianın 
geri  götürülmüş  sayılması  barədə  qənaətə  gəlməlidir.  Bu, İPM-in 55.3-
cü maddəsinin məzmununa görə qərardadla rəsmiləşdirilməlidir. Hüquqi 
texnika  baxımından,  habelə İPM-in 55.5-ci maddəsinin  ikinci  cümləsinə 
görə, məzmunca və prosessual baxımdan fərqli, lakin bir-biri ilə bağlı bu 


137 
 
iki 
qərardad 
bir 
sənədlə 
ifadə 
oluna 
bilər. 
Lakin 
vahid 
qərardadın nəticə hissəsində  hər  ikisi  və  onlardan  irəli  gələn  hüquqi 
nəticələr ayrı-ayrı bəndlərdə əks olunmalıdır. 
 İPM-in 55.3-cü maddəsindəki  qərardad  (iddianın  geri  götürülmüş 
sayılması  barədə)  və  həmin  Məcəllənin 55.5-ci maddəsindəki  qərardad 
(icraata  xitam  verilməsi  barədə)  iki  ayrı-ayrı  məsələni  həll  edir. 
Qanunverici İPM-in 55.5-ci maddəsində  yalnız  icraata  xitam  verilməsi 
barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən 
etdiyi  halda,  bu  qaydanın  həmin  Məcəllənin 55.3-cü maddəsindəki 
qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-
in 55.3-cü maddəsi  ilə  şəxsin  məhkəməyə  müraciət  etmək  hüququnu 
nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. 
 Buna 
görə 
də İPM-in 55.5-ci maddəsinin 
üçüncü 
cümləsi 
Konstitusiyanın  60-cı  maddəsinin  I  hissəsindən  irəli  gələn  (bu 
Məcəllənin 55.3-cü maddəsi üzrə) məhkəməyə müraciət etmək hüququnu 
pozan norma kimi qiymətləndirilə bilməz. 
 Lakin  ərizəçinin  göstərdiyi  kimi,  təcrübədə  iddia  məhkəmə 
tərəfindən  geri  götürülmüş  sayıldıqdan  sonra İPM-in 55.5-ci maddəsinin 
tətbiqi  nəticəsində  iddiaçının  eyni  mübahisə  ilə  əlaqədar  həmin 
məhkəməyə  təkrar  müraciət  etməsinin  məhkəməyə  müraciət  etmək 
hüququnun  yeganə  imkanı  kimi  qiymətləndirilməsi  həmin  hüququn 
pozulmasına  gətirib  çıxarır.  Belə  ki,  bu  halda İPM-in 38-ci  maddəsində 
müəyyən  edilən  iddia  müddəti  ötürüldüyündən  təkrar  iddia  rədd 
edilməlidir. Bu isə həmin imkanı əhəmiyyətsiz edir. 
 Konstitusiya  Məhkəməsinin  Plenumu  bu  Qərarda İPM-in 55.5-
ci maddəsinə dair ifadə etdiyi hüquqi mövqeyi nəzərə alaraq, İPM-in 55.3-
cü maddəsinin  məhkəməyə  müraciət  etmək  hüququ  baxımından,  habelə 
bu  maddə  əsasında  qəbul  edilən  qərardadın apellyasiya instansiyası 
məhkəməsində mübahisələndirilməsinin mümkünlüyünü 
nəzərdən 
keçirməyi zəruri hesab edir. 
 İPM-in 55.3-cü maddəsinə 
əsasən 
məhkəmənin 
tələbinə 
baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə 
məhkəmə  icraatından  yayındıqda  iddia  geri  götürülmüş  sayılır.  Belə 
hallarda  məhkəmə  iddianın  geri  götürülmüş  sayılması  barədə  qərardad 
qəbul edir. 
 İddianın  geri  götürülmüş  sayılması  iddiadan  imtina  olunmasının 
passiv 
növüdür 
və 
hüquq 
nəzəriyyəsində 
iddiadan 
imtina 
edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün 
iddiaçının  aktiv  hərəkət  etməsi  vacib  deyil.  (Konstitusiya  Məhkəməsi 


138 
 
Plenumunun “Əfqan Paşa oğlu Orucovun şikayətinə dair” 8 iyul 2013-cü 
il tarixli Qərardadı). 
 İddianın  geri  götürülmüş  sayılması  mübahisənin  mahiyyəti  üzrə 
həlli  ilə  nəticələnmədiyindən  məhkəməyə  müraciət  etmək  hüququnu 
məhdudlaşdırır.  Burada  nəzərə  almaq  lazımdır  ki,  məhkəməyə  müraciət  etmək 
hüququ  yalnız  icraatın  başlanmasını  əhatə  etmir,  o  həmçinin  mübahisənin 
məhkəmə  vasitəsilə  həllini  də  nəzərdə  tutur.  Fərdlərə  məhkəmədə  iddia 
qaldırmaq  hüququ  verməklə  həmin  iş  üzrə  yekun  qərarın  qəbul 
olunmasının  təmin edilməməsi məhkəməyə  müraciət  etmək  hüququnu 
qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı işi üzrə 
1 mart 2002-ci il tarixli Qərarı, § 25). 
 Həmin  məhdudlaşdırmanın  Konstitusiyaya  uyğun olub-olmamasını isə 
qeyd  edildiyi  kimi,  legitim  məqsədlərə  nail  olmağın  və  məhdudiyyətin 
mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. 
 İPM-in 55.3-cü maddəsinin  mənasına  görə,  iddiaçının  məhkəmə 
icraatından  yayınması  faktiki  olaraq  onun  prosessual  marağının  itməsi 
səbəbindən  müvafiq  qərardadın  verilməsi  ilə  nəticələnə  bilər.  Burada 
ədalət  mühakiməsinin  lazımınca  həyata  keçirilməsi  məqsədi  əsas 
götürülür.  Bu  məqsəd  konstitusiya  əhəmiyyətli  olduğundan  legitim 
sayılmalıdır. 
 Məhdudiyyətin  mütənasibliyinə  gəldikdə  isə  qeyd  olunmalıdır  ki, 
qanunverici  bu  meyarın  tələblərini  nəzərə  alaraq  iddianın  geri 
götürülmüş  sayılması  haqqında  qərardadın  qəbulunu  bir  neçə  qayda  ilə 
şərtləndirmişdir.  Belə  ki,  bu  qərardadın  çıxarılmasından  öncə  məhkəmə 
mütləq  tələb  irəli  sürməlidir.  Burada  nəzərə  almaq  lazımdır  ki,  tələb 
xəbərdarlıq  məqsədi  daşıyır.  Yəni  məhkəmə  iddiaçının  davranışından 
artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən 
icraatdan  yayınır  və  bu  davranışın  hüquqa  zidd  olduğunu  iddiaçının 
nəzərinə çatdırır. 
 İddiaçının  ciddi  nəticələrlə  üzləşə  biləcəyini,  habelə  demokratik 
cəmiyyətdə  məhkəməyə  müraciət  etmək  hüququnun  vacibliyini  nəzərə 
alaraq,  məhkəmə  bu  tələbi  iddiaçıya  onun  davranışı  haqqında  tutarlı  və 
mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. 
 Bundan  əlavə,  öz  məqsədlərinə  nail  olmaq  üçün  tələb  aşağıdakı 
şərtlərə cavab verməlidir: 
 - Məhkəmənin 
iddiaçıdan 
konkret 
olaraq 
nə 
gözlədiyi 
göstərilməlidir  (məsələn,  müvafiq  sənədləri  və  digər  sübutları  təqdim 
etmək və ya iddianı əsaslandırmaq və s.); 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə