Konvensiyanin 5-Cİ azadliq və toxunulmazliq hüququ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix17.11.2017
ölçüsü1 Mb.
#10715
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 

21

 



107. 5-ci ma

ddənin § 1 (f) yarımbəndi çərçivəsindəki həbs  əsassız sayılmamaq məqsədilə 

vi

cdanla  yerinə  yetirilməlidir;  o  Dövlətin  həbs üçün  rəhbər  tutduğu  əsasla  yaxından  əlaqəli 



olmalıdır; həbsin yeri və şərtləri münasib olmalıdır; həbs müddəti  təqib edilən məqsəd üçün 

tələb olunandan çox çəkməməlidir (eyni mənbə; həmçinin bax: 



Yoh-Ekale Mvanje Belçikaya 

qarşı

, §§ 117-

19 əlavə istinadlarla). 

108. Xaric e

dilmə  məqsədi  ilə  həbs  mahiyyəti  etibari  ilə  cəza  xarakteri  daşımamalı, 

müvafiq 


təminatlarla müşayiət olunmalıdır (

Əzimov Rusiyaya qarşı, § 172

). 


109. 5-

ci maddənin §1 (f) yarımbəndi və ya digər yarımbəndlər şəxsin azadlıq hüququ ilə 

Dövlətin  əhalisini  terror  təhlükəsindən  qorumaqda  maraqlı  olması  arasında  balansın 

gözlənilməsini tələb etmir (



A. və başqaları Birləşmiş Krallığa qarşı

 

[GC], § 171). 



110. Konvensiyada 

ekstradisiyanın icazə verilməli olduğu hallar və ya ekstradisiyaya icazə 

verilməmişdən  əvvəl  yerinə  yetirilməli  olan  prosedurlarla  əlaqədar  heç  bir  müddəa  yoxdur. 

Hətta  qeyri-tipik  ekstradisiya  müvafiq  dövlətlər  arasında  əməkdaşlığın  nəticəsi  olduqda  və 

qa

çağın  tutulması  barədə  qərarın  hüquqi  əsasının  mənşə  ölkəsinin  səlahiyyətli  orqanları 



tərəfindən  verilən  həbs  qərarı  olması  şərti  ilə  Konvensiyaya  zidd  hesab  olunmaya  bilər 

(

Öcalan Türkiyəyə qarşı

 [GC], § 86; 

Adamov İsveçrəyə qarşı

, § 57). 

111. 

Konvensiyanın  üzvü  olan  və  olmayan  Dövlətlər  arasında  ekstradisiya  razılaşmasına 



gəldikdə  isə,  ekstradisiya  razılaşması  ilə  yaxud  belə  bir  razılaşma  mövcud  olmadıqda, 

Dövlətlər arasındakı əməkdaşlığa əsasən müəyyən edilən qaydalar da sonradan Məhkəməyə 

şikayətin  təqdim  edilməsinə  gətirib  çıxaran  həbsin  qanuni  olub-olmadığının  müəyyən 

edilməsi üçün nəzərə alınmalı olan əhəmiyyətli amillərdir. Qaçağın Dövlətlərarası əməkdaşlıq 

nəticəsində təhvil verilməsi faktı öz-özlüyündə həbsi qeyri-qanuni etmir və buna görə də 5-ci 

maddə çərçivəsində hər hansı problemin meydana çıxmasına əsas vermir (



Öcalan Türkiyəyə 

qarşı

 [GC], § 87). 

112. 

Məhkəmə  tərəfindən  İştirakçı  Dövlətə  hər  hansı  şəxsin  müəyyən  ölkəyə 



qaytarılmamasının  arzu  olunan  olduğunun  bildirilməsindən  sonra  müvəqqəti  tədbirin  icrası 

öz-


özlüyündə həmin şəxsin azadlıqdan məhrum edilməsinin Konvensiyanın 5-ci maddəsinin § 

1  bəndinin  tələblərinə  uyğun  olub-olmadığına  təsir  etmir  (



Qebremedhin [Qaberamadhien] 

Fransaya qarşı

,  § 74). 

Həbs  yenə də qanuni olmalı, əsassız olmamalıdır (

Əzimov Rusiyaya 

qarşı

§ 169). 


Şəxsin deportasiyasının qarşısının alınmasına dair tədbirin həyata keçirilməsi  onun həbsini 

qeyri-


qanuni etmir, bir şərtlə ki, ölkədən çıxarılma icraatları davam etməkdə olsun və onun 

həbs  müddəti  əsassız  davam  etdirilməsin  (



S.P.  Belçikaya  qarşı

  (dec.), 



Yoh-Ekale Mvanje 

Belçikaya qarşı

, § 120). 

 

 

IV. 



AZADLI

QDAN MƏHRUM EDİLMİŞ ŞƏXSLƏR ÜÇÜN 

T

ƏMİNATLAR 

A. 

Tutulmanın səbəbləri haqqında məlumat (Maddə 5 § 2) 

Maddə 5 §2 

“2. 


Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən 

istənilən ittiham barədə dərhal məlumat verilir. 

 



5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



22 

© Avropa Şurası / İnsan Hüquqları Məhkəməsi, 2014 



1) 

Tətbiqi 

113. 5-


ci maddənin 2-ci bəndində istifadə edilən sözlər müstəqil şəkildə, xüsusən də 5-ci 

maddənin hər kəsi əsassız olaraq azadlıqdan məhrum etməkdən müdafiə edilməsinə yönəlmiş 

məqsədi  çərçivəsində  təfsir  edilməlidir.  "Tutulma"  termini  cinayət  hüququ  tədbirlərinin 

sərhədlərini  aşır,  "istənilən  ittiham"  sözləri  isə  tətbiqi  olunma  şərtini  deyil,  nəzərə  alınan 

ehtimalı bildirir. 5-ci maddənin 4-cü bəndi tutulma və ya həbs nəticəsində azadlıqdan məhrum  

etmə  arasında  fərq  qoymur.  Buna  görə  də  sonuncunun  5-ci  maddənin  (



Van der Leer 

Niderlanda qarşı

,§§ 27-28) ekstradisiya (



Şamayev və başqaları Gürcüstan və Rusiyaya qarşı

§§ 414-15), tibbi mü



alicə  (

Van  der  Leer  Niderlanda  qarşı

, §§ 27-28; 



X. Birləşmiş  Krallığa 

qarşı

, § 


66) məqsədi ilə həbsə şamil olunan, həmçinin hər hansı şəxsin şərti azad olunduqdan 

sonra  həbs  yerinə  qaytarılmasına  tətbiq  edilən  2-ci  bəndinin  tətbiqi  dairəsindən  çıxarılması 

üçün əsas yoxdur (

eyni mənbə



X Belçikaya qarşı

, Komissiya qərarı). 

 

2) 



Məqsəd 

114. 5-


ci  maddənin  2-ci  bəndi  tutulan  hər  hansı  şəxsin  azadlıqdan  məhrum  edilməsinin 

səbəbini bilməli olduğuna dair ilkin zəmanət təmin edir və bu, 5-ci maddənin nəzərdə tutduğu 

müdafiə  sisteminin  ayrılmaz  hissəsidir.  Hər  hansı  şəxs  həbsinin  və  ya  tutulmasının  səbəbi 

haqqında  məlumatlandırıldıqdan  sonra,  münasib  hesab  edərsə,  5-ci maddənin  4-cü  bəndi 

çərçivəsində həbsin qanuniliyinə etiraz üçün məhkəməyə müraciət edə bilər (

Foks, Kempbel 

və Hartli Birləşmiş Krallığa qarşı

, § 40; 


Çonka Belçikaya qarşı

, § 50). 

115.  H

əbsinin qanuniliyinə  məhkəmə  tərəfindən  yubanmadan  baxılması hüququna  malik 



olan    istənilən  şəxs  azadlıqdan  məhrum  edilməsinin  səbəbləri  haqqında  dərhal  və  lazımi 

qaydada məlumatlandırılmadığı halda bu hüquqdan effektiv şəkildə yararlana bilməz (



Vander 

Leer Niderlanda qarşı

, § 28; 


Şamayev və başqaları Gürcüstan və Rusiyaya qarşı

, § 413). 

 

3) 

Səbəblər barədə məlumatlandırılmalı olan şəxs 

116.  5-ci 

maddənin  2-ci  bəndində  istifadə  edilən  ifadə  formasından  aydın  bilinir  ki, 

Dövlətlər  vəzifəsi  şəxsə  və  ya  onun  nümayəndəsinə  konkret  məlumat  verməkdir  (



Saadi 

Birləşmiş  Krallığa  qarşı

, § 53,  2008-ci

 

ildə  Böyük  Palata  tərəfindən  təsdiq  edilib).  Ərizəçi 



məlumat  almaq  iqtidarında  deyilsə,  müvafiq  məlumatlar  onun  maraqlarını  təmsil  edən 

şəxslərə,  məsələn  hüquqşünasa  və  ya  qəyyuma  təqdim  edilməlidir  (



X.  Birləşmiş  Krallığa 

qarşı

, Komissiya Hesabatı, § 106;

 

Z.H. Macarıstana qarşı

§§ 42-43). 

 

4) 

Səbəblər "dərhal” bildirilməlidir 

117. 


Məlumatın  yetəri  qədər  tez  təqdim  edilib-edilmədiyi  hər  bir  halda  konkret 

xüsusiyyətlər  əsasında  qiymətləndirilməlidir.  Lakin  həbsi  yerinə  yetirən  vəzifəli  şəxsdən  

həbsin bütün səbəbləri barədə həbs anında məlumat verməsi tələb olunmur (

Foks, Kempbell 

və Hartli Birləşmiş Krallığa qarşı

, § 40; 


Myurrey Birləşmiş Krallığa qarşı

 [GC], § 72). 

118. 


“Dərhal”  anlayışı  ilə  müəyyən  olunan  vaxt  məhdudiyyətləri  tutulan  şəxsin 

tutulmasının  səbəbləri  haqqında  bir  neçə  saat  ərzində  məlumatlandırılmasını  nəzərdə  tutur 

(

Kerr  Birləşmiş  Krallığa  qarşı

  (dec.); 



Foks,  Kempbell  və  Hartli  Birləşmiş  Krallığa  qarşı

§ 42). 



 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə