KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə12/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

Salatın Əhmədli                    
 
 
65
-  Hə,  əmiqızı,  mən  getdim,  sağ  ol.  -  Sonra  da 
Naridənin oğluna baxdı.  
Nəsə  demək  istədi,  yenə  özünü  saxladı,  heç  nə 
demədi. 
…Şəhərə  gələndə    həmişə  onu  yoxlayan  əyalət 
şairindən  Naridənin,  Nuridənin  əhvalını  soruşardı. 
Nuridəyə  baxanda  Naridənin  dolanışığı  yaxşı  deyildi. 
Elə  indi  Naridənin  oğlunun  əyin-başı,  görkəmi  Nuri-
dənin oğlanlarından xeyli fərqlənirdi.  
Ağır-ağır  darvazaya  tərəf  getdi.  Elə  bil  ki,  nəsə 
onu getməyə qoymurdu. O buraya niyə gəlmişdi? Nə-
dən  ötrü  gəlmişdi?  Məqsədini  açmamış,  deməmiş 
qapıdan  çıxmaq  ona  ağır  gəlirdi.  Dünya  malı  onun 
üçün heç nə idi. Bu əyalətə onu bağlayan əmisi qızları, 
onların övladları nə düşünəcəkdi? Yox, bəlkə, qayıdıb 
məqsədini açsın…  
Bu vaxt Naridənin oğlu dilləndi: - Necə getməsin, 
bir gün şəhərdən ayrılar, milyonları batar.  
-  Yox,  bacı  oğlu,  mənim  milyonum  batmaz. 
Çünki  mənim  milyonum  yoxdur  ki,  batsın  da.  Amma 
siz 
buralardan 
ayrılmayın. 
Alış-verişinizdə 
də 
möhkəm  olun.  Yəqin  xalan  oğlanları  sənə  də  dayaq 
durar.  
Salatın Əhmədli                    
 
 
66
- Daha neyləyək, yiyə duran dayımız yoxdur ki?! 
- Xalanız ki, var. 
Bir az kənarda dayanan Nuridə yaxına gəldi:  
- Naridə ilə də görüşmədin. 
-  Narahat  qalma,  əmiqızı,  mən  görüş  payımı 
götürdüm.  
- Hə, əmioğlu, heç demədin axı, niyə gəlmişdin? 
-  Elə  sizi  görməyə  gəlmişdim.  Naridəyə  də 
«salam» deyərsən. 
…Gecədən xeyli keçmiş Ənvər evinə çatdı. Sakit 
onun evində idi. Qapını o açdı. Ənvər quruyub qapının 
çölündə  qalmışdı.  Qapının  üstündə  asılmış  lampadan 
düşən işıqda onun sifəti bir az da avazımış görünürdü. 
Onsuz  da  halı  özündə  deyildi.  Sakit  onun  qolundan 
yapışıb evə apardı.  
- Müəllim, sizə nə olub? 
- Heç, bir az su ver. 
Sakit  su  verdi.  Ənvərin  halı  getdikcə  pisləşirdi. 
Sakit  zəng  edib  «Təcili  yardım»  çağırdı.  Həkimlər 
gəldilər,  təzyiqini  ölçüb  iynə  vurdular.  «İndi 
tərpətmək  olmaz,  uzansın,  səhər  açılan  kimi  mütləq 
xəstəxanaya aparmaq lazım 
dır», - dedilər.  


Salatın Əhmədli                    
 
 
67
Ənvər  tibb  işçiləri  çıxandan  sonra  baxışlarıyla 
Sakiti yaxına çağırdı: 
-  Orda  mənim  axırıncı  əlyazmalarımın  yığıldığı 
qovluq var, onu bura gətir. Özü ilə gətirdiyi yol çanta-
sını göstərdi. 
Sakit qovluğu gətirdi. 
- Aç, - Ənvər Sakitə işarə elədi.  
Sakit  qovluğu  açdı  və  lap  üstə  qoyulmuş  yazılı 
bir  vərəq  göründü.  Ənvər  işarə  ilə  onu  istədi.  Sakitin 
nəzərləri vərəqə dikildi. İri hərflərlə başdan yazılmışdı 
«Vəsiyyətnamə».  Çox  səliqəli  (Ənvərin  yaxşı  xətti 
vardı)  yazılmış  vəsiyyətnamənin  ağ  yerinə  Ənvər 
cibindən  çıxardığı  qələmlə  Sakitin  adını  və  soyadını 
boş qalmış ünvan yerinə yazdı. 
-  Ay  oğul,  bu  ev  də,  mənim  kitabxanam  da  – 
hamısı sənə çatacaq. Başqa heç  nəyim  yoxdur. Ancaq 
bir vəsiyyətim var: Vaxtında evlən.  
Sakitin  gözləri  doldu.  Üzünü  yana  çevirdi. 
Təzədən  müəlliminə  tərəf  baxanda  onun  gözlərini 
tavanda naməlum bir noqtəyə zilləndiyini gördü. 
 
  
 
Salatın Əhmədli                    
 
 
68
«SAÇLARINI NİYƏ KƏSDİRMİSƏN?..» 
 
Yazın  ilk  günləri  idi,  havanın  soyuğu  çəkil-
məmişdi.  Şimaldan  əsən  soyuq  külək  adamın  iliyinə 
işləyirdi. Yaz  günəşinin soyuq küləklərdən keçib bizə 
çatan  ilıq  şüaları  da  bu  soyuğun  təsirini  azalda 
bilmirdi. Üzü şimala tərəf olan dağların başındakı  qar 
hələ də əriyib qurtarmamışdı. Nəinki əriyib qurtarma-
mışdı, hələ təzəlikcə üstünə qar da yağmışdı. Əslində, 
havanı  isinməyə  qoymayan  elə  dağların  başındakı 
qarın  göndərdiyi  soyuq  idi.  Doqquzuncu  sinfin 
şagirdlərinə  tapşırmışdım  ki,  ayın  ikisində  Şəhidlər 
xiyabanının  qarşısına  yığışsınlar.  Kəlbəcərin  işğalının 
anım  günü  şəhidlərin  məzarını  ziyarət  edəcəkdik. 
Şəhidlər  xiyabanına  yaxın  avtobusdan  düşəndə  kiçik 
meydançanın  bir  tərəfinə  toplaşmış  şagirdlərimi 
gördüm.  Gözəyarı  baxdım,  hamı  burada  idi.  Nərgiz, 
Qərənfil,  Lalə,  Kamil,  İsa…Yusiflə  Nübarı    görmə-
dim. Uşaqlarla görüşüb: 
- Hamı gəlibmi? Bəs kim gəlməyib?–deyə soruş-
dum. 


Salatın Əhmədli                    
 
 
69
- Yusiflə Nübar gəlməyib, onlar da indilərdə gəl-
məlidirlər,-uşaqlar cavab verdilər.  
Mən  şagirdlərimin  hamısını  ətrafımda  görəndə 
çox  sevindim.  Beş  ildir  ki,  onların  sinif  rəhbəriyəm. 
Gözlərimin qabağında böyüyürlər. İndiyəcən elə də bir 
fərq hiss eləmirdim. Mənim üçün onlar beşinci sinifdə 
qəbul elədiyim balaca uşaqlardır. Amma yox, deyəsən, 
bu il özlərini bir qədər qəribə aparırlar. Oğlanların bığ 
yeri  tərləyib.  Qızlar  da  çiçəyi  çırtlamış  çəmən  kimi 
gözəlliklərilə  göz  oxşayırlar.  Özləri  də  bir  qədər 
utancaq olublar. 
Bilirəm  ki,  bu  yeniyetmələrin  indiki  çağları  çox 
romantik  olur.  Həm  də  elə  həssasdırlar  ki,  bir  balaca 
ögeylik  görsələr,  bulud  kimi  tutulurlar.  Amma 
mənimlə çox asanlıqla ünsiyyət qururlar. Hansının bir 
nigarançılığı  olsa,  bir  qədər  çəkinə-çəkinə  mənə  yax-
ınlaşır,  fikirlərini  bölüşürlər.  Vaxtım  olanda  onların 
evlərinə  də  gedirəm.  Valideynlərilə,  xüsusilə,  qızların 
anaları,  oğlanların  atalarıyla  görüşür,  uşaqlarla  bağlı 
problemləri  müzakirə  edirəm.  Müəllim  yoldaşlarımın 
bəzilərinə mənim belə münasibətim qəribə gəlir:  
-Sən  uşaqlara  çox  can  yandırırsan.  Onların 
yolunda dəridən-qabıqdan çıxırsan, - deyənlər də olur. 
Salatın Əhmədli                    
 
 
70
-Bəs  necə,  onlar  da  mənim  övladlarımdır.  Mən 
onlarla fəxr edirəm. 
-Məktəbi  bitirincədir,  hərəsi  bir  tərəfə  gedəcək. 
Elə  dağılışacaqlar  ki,  heç  izlərini,  tozlarını  da  gör-
məyəcəksən. 
Bəlkə, 
yolda 
qarşılaşsan, 
salam 
verməyəni də tapılacaq.. 
-Biz ancaq onların sağlığını istəyirik. İstəyirik ki, 
ağıllı  uşaqlar  kimi  böyüsünlər,  Vətənin  layiqli 
övladları  olsunlar,  yaxşı  soraqları  gəlsin.  Mənə  elə 
bircə  bu  lazımdır.  Mənim  onlara  can  yandırmaq 
istəyim içimdən gəlir. 
Əlbəttə, belə söhbətlər elə də təsiredici deyil. Şa-
girdlərimi  görən  kimi  hər  şey  yadımdan  çıxır,  onları 
ömür  bağımın  gülləri  hesab  edirəm.  Mənim  bağımın, 
bağçamın çiçəkləri, gülləri onlardır. Tez-tez evimə gə-
lirlər,  dərslərinə  yardımçı  oluram,  çətinlik  çəkənlərə 
istiqamət  verirəm.  Beləcə,  günlərim,  müəllimlik 
həyatım məni yaşadır.  
...Şagirdlərimin  arasında  fərq  qoymasam  da,  hər 
dəfə Yusifi görəndə gənclik xatirələrim baş qaldırırdı. 
Kədərqarışıq ovqatla elə uşaqların indiki yaşında oldu-
ğum günlərimi xatırlayıram...  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə