Salatın Əhmədli
83
doğma Şuşada özünə yurd-yuva qurdu. Arsaqın atası
Hayes Hovsesyan Xankəndidə elə sovet dövründə ti-
kilmiş kilsədə Allaha qulluq edirdi, başqa sözlə, keşiş
idi. Bir gün Arsaq Sabiri yenə yanına çağırdı.
- Səninlə Şuşikəndə gedəcəyik.
Şuşikənd Şuşadan bir qədər aşağı, mənzərəli bir
yerdə idi. Kənddə qəbiristanlığın yanında dayandılar.
Kəndin kənarındakı evlərlə qəbiristanlığın arasındakı
boş yerdə Arsaq maşından düşüb Sabirə əli ilə işarə
elə-di:
- Bax, görürsən bu kəndi. Bura bizim dədə-baba
kəndimizdir. Biz buradan Şuşaya köçmüşük, Şuşadan
da Xankəndiyə. Amma atam istəyir ki, bu kənddə, elə
qəbiristanlığa yaxın bir yerdə ev tikək. Necə bilirsən,
Sabircan?
Həyat tərzinə, vəzifəsinə və imkanlarına görə
çoxdan Sabirdən ayrılmış Arsaqın səmimi söhbəti
Sabirə çox xoş gəlirdi. Dostunun onunla davranışı
qəlbini qürurlandırırdı. Arsaq həmişə zarafatla ona “ay
musurman”, Sabir də ona “ay erməni” deyə müraciət
edərdi. Həmişə zarafatyana söhbətləri olurdu.
- Ara, Sabir, san turkların ən yaxşısısan.
Sabir də ona cavab verirdi: - Sən də ermənilərin.
Salatın Əhmədli
84
- Ara, san belə dözümlü, təmkinlisən. Nə desəm,
nə buyursam, heç birinə otqaz eləmirsən.
- Mənim adımın mənası səbirli olmaqdır. O da
Allahın adlarından biridir. Bəs sənin adının mənası
nədir?
- Ara, bilmirəm, bu turklar deyirlər ki, bu söz bi-
zimdir. Özü də bu Qarabağın keçmiş adıdır.
Sabir güldü.
- Arsaqcan, bəlkə, elə sən də türksən?
- Ara, yox, işləri korladın.
- Axı niyə korladım?
- Sabircan, nə olsun ki, addır da, qoyublar. İndi
bir addan ötəri milliyyətimi dəyişəsi deyiləm ki?
Sabir dostunun xətrinə dəyəcəyini düşündü:
- Yox, yox, Allah eləməsin, mən də bir söz demi-
rəm.
İndi dostlar Hayes Hovsesyanın-Qarabağ keşi-
şinin arzusunu yerinə yetirmək üçün münasib torpaq
sahəsi seçməli idilər. Arsaq Sabirə kəndin kənarından
üzü qəbiristana tərəf baxan yeri göstərdi:
- Bax, evi burdan tikəcəyik.
- Axı üzü qəbiristana baxır?
Salatın Əhmədli
85
- Ara, ay musurman, qəbiristana baxanda nə olar?
Atam butun ömrünü Allaha qulluq edib. İndi də belə
is-təyir. İstəyir ki, övladları buraya gələndə elə balk-
ondan onun qəbrinə baxsınlar.
Arsaqın inamlı danışığı Sabiri razı saldı.
Düşündü ki, yəqin ki, elə belə olar. Qoca erməni bir
gün dünya-dan köçəcəyini düşünüb bu qərara gəlib.
Beləcə, Şuşikənddə ikimərtəbəli, böyük, geniş
ey-vanlı bir ev tikildi.
Bir gün yenə Arsaq maşını qəbir daşları sexinə
sürməyi tapşırdı. Burada qara, yaxud ağ mərmərdən
baş daşları hazırlanırdı. Sabir maşından düşən kimi sol
tərəfdə qoyulmuş iri baş daşını gördü. Üstündə Ar-
saqın atasının-keşiş paltarında, əlində uzun xaç tutmuş
Hayes Hovsesyanın şəkli vardı. Doğum tarixi də
yazılmışdı. Hələ doğum tarixindən sonra tire də
qoyulmuşdu. Boş yer Hayes Hovsesyanın ölməyini
gözləyəcəkdi.
Daşı Şuşikəndə apardılar. Həyətdə, evin qabağın-
da, yumşaq ot topasının üstünə atdılar. Bir il sonra
Hayes Hovsesyan dünyasını dəyişdi. Şuşadan, Xan-
kəndidən, ətraf kəndlərdən onun yas mərasimində işti-
rak edənlərin sayı-hesabı yox idi. Hətta mollalar da
Salatın Əhmədli
86
təşrif buyurmuşdular. Əlbəttə, Hayes Hovsesyan da
məşhur idi. Vilayət-də hörmətli adam kimi tanınırdı.
Arsaqın da nüfuzu çox böyük idi. Üstəlik də böyük
idarənin müdiri olasan. Axın-axın adamlar gəlirdilər.
Hətta eşidəndə ki, Hayes Hovsesyan özü qabaqcadan
baş daşı hazırlatdırıb-özü də bir il əvvəldən, buna da
təəccüb edənlər çox oldu. Ayrı vaxt mollalar deyərdi-
lər ki, bu, günahdır. Ancaq indi daşın ölümdən qabaq
hazırlanmasına Hayesin müdrikliyi, uzaqgörənliyi
kimi baxırdılar. Mərasim təntənəli keçdi. Çıxış edənlər
Hayes Hovsesyana rəhmət oxuyur, onun ağlından,
böyüklüyündən danışırdılar. Səksən ildən yuxarı ömür
yaşasa da, «hələ azdır, dünyadan tez getdi»,-dedilər.
Qalan ömrünü də oğluna-Arsaqa və nəvələrinə arzu-
ladılar.
Bir gün Sabir eşitdiyi xəbərdən qüssələndi. Özü
də Arsaqdan:
- Hə, Sabircan, biz ailəliklə Yerevana köçürük.
Mən də iş yerimi dəyişəsi oldum. Dünyaya etibar yox-
dur. Məndən sonra səni idarədən çıxararlar. Dolanı-
şığın çətinləşər. Gəl sənə bizim avtobazaya tikinti
üçün gətirilən təzə «Zil» maşınlardan birini verim.
Özün üçün işləyərsən. Buradakılara da tapşıracağam
Salatın Əhmədli
87
sənə dəyib-dolaş-masınlar. Prokror, milis rəisi-hamısı
bizimkilərdi. Uzaqdan-uzağa olsa da gözüm üstündə
olacaq. Sənə dəyib-dolaşan olmayacaq.
Uşaqlıq dostundan ayrılmaq Sabir üçün çətin idi.
Arsaqın ona belə qayğı ilə yanaşmasından da çox
təsirləndi. Hələ kövrəldi də.
Arsaq ailəsi ilə Yerevana köçdü. Sabir hələ
köhnəlməmiş «Zil» maşını ilə ailəsini dolandırır,
uşaqlarını böyüdürdü.
İki il keçdi. Sabir bazadan təzəcə yük vurub çıx-
mışdı. Hələ, bəlkə, yüz metr də aralanmamışdı. Yolun
kənarında dayanmış adamı tanıdı. Gözlərinə inanmadı.
Bu, Arsaq idi. Tez maşını saxlayıb düşdü. Qucaqlaşıb
görüşdülər. İkisinin də gözləri doldu.
- Ara, Sabircan, sən məni də ağladacaqsan. Daha
qocalırıq. Dunya dəyişir. Görürəm, elə sən də saçı-
saqqalı ağartmağa başlamısan.
- Hə, doğru deyirsən. Az qala heç səni də tanıma-
mışdım. Sən də çox dəyişmisən.-Sabir dostunu bir də
qucaqladı,- Hə, indi mən qayıdıram bazaya.
- Niyə, bəs maşının yüklüdür axı.-Arsaq maşını
göstərib etiraz elədi,- yox, yox qayıtma, yükü yerinə
çatdır.
Salatın Əhmədli
88
- Arsaqcan, axı ayıbdır, sən Yerevandan bura
gələ-sən, bizim evə getməyək?
- Yox, Sabircan, evə getməyə vaxt yoxdur. Elə
səni görmək istədim. Həm də bir az… -Arsaq sözünün
gerisini saxladı.
- Hə, hə. De, nə sözün var.-Sabir sevindi ki, dos-
tunun ona bir işi düşüb, bəlkə, nəsə bir kömək lazım-
dır. Heç olmasa bir az əl yetirər, dostu da razı qalar,
özü də.
- Hə, Sabircan, səninlə Şuşikəndə gedəcəyik. Ya-
dındadır, axı bizim orada evimiz vardı. Atamın
qəbri…
- Hə, hə, əlbəttə, hamısı yadımdadır. Özü də hər
dəfə yolum düşəndə evə də, həyət-bacaya da baxıram.
Deyəsən, sizin qohumlarınız olan ermənilər yaşayırlar.
- Hə, elədir, orada yaşayanlar mənim xalam uşaq-
larıdır. Anam Varsenikin bacısı uşaqları.
- Həyət-bacaya pis baxmırlar.-Sabir dostunu ev
sarıdan nigarançılıqda qoymaq istəmədi.-Yolum
düşəndə atanın da qəbrini ziyarət edirəm. Onlar da
məni qonaq eləməmiş buraxmırlar.
- Hə, indi yükü hara aparırdın?
Dostları ilə paylaş: |