Salatın Əhmədli
77
Yusifin gülləsi onu yerə sərdi. Bundan sonra ermənilər
atəşi dayandırdılar…
- Hə, Vaqif, indi növbə sənindir.
Vaqif birtəhər qolunu sarıyıb qanını kəsmişdi.
«Onlar qorxularından atəş açmayacaqlar, sən də düş,
qoşul adamlara». Sonra Yusif üzünü ermənilərə tutub:
– Hə, əclaflar, bax sizə deyirəm a, heç kimlə
işiniz olmasın, mən də silahı yerə qoyuram, qoyun
adamlar çıxıb getsinlər. Ancaq bundan sonra özümü
sizə təslim edərəm.
Ermənilər silahlarını yerə qoydular. Ancaq
onların komandirləri Yusifə yaltaqlandı:
- Ara, mən də qarabağlıyam. Masab haqqı, bir
güllə atmayacağıq. Sən də silahı yerə qoy, adamlarınız
da çıxıb getsinlər. Bir az geciksən, bizimkilər gələcək-
lər, heç kim buradan çıxa bilməyəcək.
Onsuz da bu təklifi əvvəlcə elə Yusif özü
vermişdi.
Adamlar tamam uzaqlaşandan sonra Yusif
qayanın arxasından çıxır. Ermənilər onu hər tərəfdən
mühasirəyə alırlar. Və birdən Yusif özünü yarğanın
başından dərəyə atır. Divarboyu sürüşə-sürüşə dərənin
Salatın Əhmədli
78
dibinə düşür. Üz-gözü cızılsa da, səhəri gün o dərələr-
dən keçib erməni vəhşilərinin əlindən qurtulur.
Növbəti dəfə, Murovun arxasındakı döyüşdə
Yusifin bəxti gətirmədi. Erməni qumbaraatanı onların
daldalandığı yerə atəş açdı, mərmilər ətrafa dağıldı.
Vaqif nisbətən yüngül yaralansa da, Yusif üçün bu,
son döyüş oldu.
…Sonralar Şəfiqə çətinliklə də olsa, bu əhvalatı
mənə danışdı. Çox mütəəssir oldum. Yusifin xəyalı bir
an da yadımdan çıxmırdı.
Hərdən şagirdlərimdən adlarının mənasını və kim
tərəfindən qoyulduğunu soruşuram. Şagirdim Yusif-
dən də bir dəfə soruşmuşam. Yusifgil əslən kəlbəcərli-
dirlər. O, düşmən əlindən canlarını qurtarıb gəlmiş
ailədə doğulub.
Yusif dedi:
- Müəllim, mənim anamgili xilas edən bir qəh-
rəman olub, adı Yusif imiş, sonralar mən anadan
olanda anam həmin qəhrəman oğlanın adını mənə
verib.
Yusiflə Nübar da bir dəstə qərənfillə gəldi.
Gətirdiyim gülləri uşaqların arasında payladım. Onlar
da gül almışdılar. Əbədi məşəlin önünə iri bir əklil
Salatın Əhmədli
79
qoyduq. Sonra da digər şəhidlərin məzarlarının üzə-
rinə gül qoyduq. Yusifə gətirdiyi qərənfilləri saxla-
masını tapşırmışdım. Şəfiqə mənə demişdi ki,
məşəldən yuxarı üçüncü cərgədəki beşinci məzar
Yusifindir. Günəş çıxanda birinci onun məzarının üs-
tünə düşür.
Qara mərmərdən qarabuğdayı, hündür boylu
Yusif həyatsevər gözlərilə ziyarətçilərinə baxırdı.
- Hə, Yusif, gülləri bu məzarın üzərinə qoy.
Adını daşıdığın qəhrəman odur,-dedim və əlimdəki cüt
qərənfili mən də onun məzarının üstünə qoydum.
Gözlərim dolmuşdu.
Hamı sakit-sakit məzara baxırdı. Yusif gülləri
sinə daşının üstünə, başdaşının qabağına qoydu. Mən
özümü günahkar hiss edirdim. Qara mərmərin üzərinə
həkk edilmiş Yusifin mənə məzəmmətlə baxan
gözlərindən sanki bu sualı oxudum: «Saçlarını niyə
kəsdirmisən?..»
Salatın Əhmədli
80
BAŞDAŞI ƏHVALATI
Sabir yükünü özüboşaldan «Zil» maşının
sürücüsü idi. Xankəndidən Şuşaya tikinti materialları
daşıyırdı. Onun daşıdığı yük sement, kubik daşı, qum
olurdu. Həftədə bir dəfə şəhərdəki sifarişçilərinə də
daş, qum, ya sement gətirir, aldığı puldan iş icraçısının
da haqqını ödəyir, özünə də dolanışıq üçün kifayət
qədər məbləğ qalırdı. Hər dəfə pulları sayıb arvadı
Gülzara verəndə uşaqlıq dostu Arsaqın atası Hayes
Hovsesyana rəhmət oxuyurdu.
Bunun da bir tarixçəsi vardı. Şuşada Hayesin
oğlu Arsaqla bir məktəbdə oxumuşdu. Özü də qonşu
idilər. Məktəbə bir gedib-gəlirdilər. Arsaqın anası
Varsenik Sabirin xətrini çox istəyirdi. Arsaq üçün
nəsə alanda Sabiri də yaddan çıxarmırdı. Sabirgil
böyük ailə idi. Atası dünyadan vaxtsız köçmüşdü.
İstər-istəməz kasıbçılıq onun əyin-başından görünür-
dü. İnsafən, Varsenik də Sabir üçün aldıqlarını ona elə
verirdi ki, bunu digər qonum-qonşular hiss eləmir-
dilər. Həmişə də deyirdi ki, din ayrı olsa da, elə qar-
daşsınız.
Salatın Əhmədli
81
İllər keçdi, onlar orta məktəbi bitirdilər. Sabir
peşə məktəbində oxuyub qaynaqçı oldu. Arsaq isə
sənədlərini ali məktəbə verib mühəndis diplomu aldı.
Hər yerdə onun həm dilli-dilavər olmağı, həm də
Azərbaycan dilini yaxşı bilməyi karına gəlirdi. Axı ali
məktəbi Bakıda İnşaat İnstitutunda oxumuşdu. Bir-iki
il keçməmiş onu Xankəndinin nəhəng tikinti
idarələrindən birinə əvvəlcə baş mühəndis, bir il sonra
isə müdir təyin elədilər. Sabir də həmin tikintidə qay-
naqçı idi. İş yerində, səhər-axşam Arsaqla tez-tez rast-
laşırdı. Arsaq onunla yenə mehriban görüşür, anasını,
qardaşlarını soruşur, vaxtaşırı uşaqlıq dostlarından
xəbər tuturdu.
Bir gün Arsaq onu yanına çağırdı:
- Ara, Sabircan, sən nə vaxtacan qaynaqçı işləyə-
cəksən?
- Yoldaş Hovsesyan, bu da mənim sənətimdir.
Pis deyil, dolanışıq üçün yaxşıdır.
- Bilirəm, dolanışıq üçün yaxşı olar. Amma bir
gün xatası çıxar, səni yarı yolda qoyar.
- Neyləyim, özgə nə iş görəsiyəm,- Sabir cavab
verdi. Onun cavabında bir ümidsizlik vardı.
- Sürücülük işini bacararsan?
Salatın Əhmədli
82
- Bacararam, ancaq sürücülük sənədim yoxdur.
- Yaxşı, hələlik bizim qarajda çilingər işlə, adını
da sürücülük məktəbinə yazdır, sonrasına baxarıq.
Sabir sürücülük peşəsinə yaxşı bələd idi. Elə
Arsa-qın tapşırığı ilə sürücülük vəsiqəsi aldı. Arsaq da
onu öz maşınına sürücü götürdü.
…Beləcə on il Arsaqın müdir işlədiyi idarənin
mü-dir maşınının sürücüsü oldu. Sabirlə Arsaqın
demək olar ki, hər günü bir yerdə keçdi.
- Ara, musurman, gün keçir, özünə niyə ev-eşik
qurmursan?
- Torpaq sahəm var, ev tikmək istəyirəm, hələ ki,
mümkün olmur.
- Bəs niyə mümkün olmur?
- Dolanışığımız sənin sayəndə yaxşı olsa da,
hələlik ev tikə bilmirəm.
Sabir çoxdan evlənmişdi, üç övladı böyüyürdü.
- Ara, bu tikinti, bu malın hamısı bizim əlimizdə
deyil, bəs niyə demirsən?
Uşaqlıq dostu olsalar da, Sabir abrını gözləyən
adam idi. Axı onsuz da Arsaq hər ay maaşı qədər də
ona əlavə pul verirdi. İndi Sabirin Arsaqa deyəcəyi
yox idi. Və Arsaq da bunu başa düşdü. Tezliklə Sabir
Dostları ilə paylaş: |