Salatın Əhmədli
89
- Elə bu yaxına,-Xankəndinin yaxınlığındakı
tikintiyə.
- Gedək yükü boşalt, sonra bir Şuşikəndə qalxaq.
Onlar birgə maşına əyləşdilər. Yükü boşaldıb
Şuşikəndə gəldilər. Arsaq qonşuları ilə görüşdü. Ax-
şamüstü elə həyətdəcə Qarabağın yay sərinliyində çay
içdilər. Sonra stol arxasında Sabirlə üzbəüz qalanda
Arsaq dedi:
- Hə, indi sənə bir söz deyəcəyəm.
- De, Arsaqcan, nə sözün var, de.
– Bilirsən, Sabircan, kişi o vaxt rəhmətə gedəndə
mənə demişdi ki, birdən Yerevana köçərsən... Axı
bilirsən də, orada da atamın vəzifəli dostları çoxdur.
Ermənistanın böyük keşişi atamla canbir qəlbdə idi.
Orada mənə böyük vəzifə təklif elədilər. Mən də ona
görə köçüb Yerevana getdim. Nazirlikdə işləyirəm.
Sözümün qabağına söz deyən yoxdur. Mərkəzi Komi-
tənin katibləri ilə oturub-dururam. Hələ üstəlik onların
işi məndən keçir. Nə problemləri olsa, mənə deyirlər,
mən həll edirəm… Hə, qardaş, o vaxt atam vəsiyyət
elədi ki, birdən Yerevana köçəsi olsam, onun baş daşı-
nı da aparım. Rəmzi də olsa, onun üçün bir qəbir ti-
kim.
Salatın Əhmədli
90
Sabir dostunun Yerevanda böyük vəzifədə işlə-
məsindən çox məmnun oldu, sevindi:
- Çox yaxşı, sən də apar da…
- Bilirsən, mən indi başdaşını aparmağa gəlmi-
şəm. Sabircan, hər adama söz demək olmur.
- Kimə istəyirsən deyək.
- Yox, başqasına niyə deyirik ki? Elə sən apar,
qazancı da sənin olsun.
- Lap qazanc məsələsi olmasa da apararam.
Mənim gözüm üstə. Ancaq sənəd-filan işi necə olsun?
- Ara, bayaqdan sizinkilər demiş, bir quranlıq söz
danışmışam, yenə deyirsən sənəd-filan necə olsun?
Ara, burdan Yerevana qadar bir kimsə bizə bir söz
deyə bilməz. Hamısına özüm cavabdehəm.
Dostunun bu cür inamlı danışığından sonra
Sabirin deməyə sözü qalmadı.
- Mən hazır.
- Hə, indi gərək kənddən beş-on cavan çağıraq,
daşı maşına yükləsinlər. Sən qocaq kişisən, mən səni
tanıyıram. İki saata işlərimizi qurtarıb burdan çıxsaq
arxayın sabah günorta üstü, uzağı axşamtərəfi Yere-
vandayıq.
Salatın Əhmədli
91
Sabir bayaq yemək vaxtı Arsaqın içki içməmə-
yinin səbəbini indi başa düşdü. Yoxsa özü də içərdi,
Sabiri də içirərdi.
…Yolu yaxşı getdilər. Hər dəfə yol milisinin
«saxla» işarələrinin cavabını Arsaq verirdi. Deyə,
gülə, zarafatlaşa-zarafatlaşa, hələ bir-iki saat da yolda
yatıb dincələndən sonra arın-arxayın Yerevana çat-
dılar.
Mənzərəli bir yerdə Arsaqın mülkü vardı.
-Ara, şəhərdə mənim bilirsən, necə evlərim var.
Ancaq bura mənzərəsinə görə mənə Şuşanı xatırladır,
Şuşikəndə oxşayır. Şəhərdə yaşamaqdan elə də xoşum
gəlmir. Stepanakert kimi gözəl şəhərdə mən darıxır-
dım. Bilirsən də, o şəhər də sizin keçmiş xanların
kəndi olub. Oralarda at saxlayırmışlar.
Sabir:
- Hə, düzdür, elə oranın əvvəlki adı Xankəndi
olub, - dedi.
- Doğrudur,-Arsaq etiraz eləmədi… Hə, indi qal-
dı maşının banını qaldırmaq. Qaldır daşı at yerə.
Sabir elə bildi ki, Arsaq Yerevanın yaxınlığına
çataçatda restoranda içdiyi arağın təsirilə belə deyir.
Ona görə etiraz elədi.
Salatın Əhmədli
92
-O daşı yerə o cür atmaq olar? Birdən daş sınar,
atanın da ruhu inciyər axı.
- Ara, ay musurman, a turk, atamın ruhu daşda
neyləyir? O göydə olar, o da olsa… Sən maşının ba-
nını qaldır.
Sabir təəccüb içində sükanın arxasına keçdi, ma-
şının banını qaldırdı. Daş sürüşüb həyətin ortasına
düşdü.
Arsaqın oğlanları da buradaydılar. Sabirlə də
mehriban görüşmüşdülər. Arsaq böyük oğluna üz tut-
du:
- Kumpulu bura gətir, - dedi.
Arsaqın böyük oğlu ağır, daşsındıran aləti-
kumpulu gətirdi. Arsaq Sabirə:
- Götür o kumpulu, vur bu daşa.
- Arsaq, mən başdaşını necə sındırım?-Sabir bir
qədər təəccüblə, bir az da inamsız Arsaqın üzünə bax-
dı.
- Niyə sındırmırsan ki, adam deyil ki, daşdır da.
Sabir kumpulu göyə qaldırdı. Daşa vurmaq üçün
qüvvəsini topladı. Ancaq əli gəlmədi. Kumpulu daşın
böyrünə atıb kənara çəkildi:
- Mən başdaşını sındıra bilmərəm.
Salatın Əhmədli
93
Arsaq böyük oğluna işarə elədi:
-Vur daşı.
Beş-altı zərbədən sonra daş paralandı.
Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl
üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək
əşyaları daşın ortasından axıb töküldü. Sabirin
heyrətdən gözləri bərələ qaldı. Arsaq qızıl onluqlardan
ikisini götürüb Sabirə verdi.
- Ara, bu, sənin haqqındır. Özünün halal zəhmət
haqqın. Bu beş dənəsini də sizin musurmanlarda bir
halallıq məsəli var, ona görə verirəm.
Sabirin bayaqdan bəri-dəfinəni görəndən bəri
bərəlmiş gözləri, açılmış ağzı üzünə qəribə bir görkəm
vermişdi. Bütün bunların nə demək olduğunu hələ
anlaya bilmirdi. Qızıl onluqları Arsaq Sabirin cibinə
tökdü.
- Hə, indi gedək evə, istirahətə.
Həqiqətən Arsaqın çox dəbdəbəli evi vardı.
Sabir istəməsə də Arsaqın tələbi ilə hamamda yu-
yundu, paltarını dəyişdi. Ona təzə kostyum, ayaqqabı
gətirtdi.
- Hə, Sabircan, bax gör özünü tanıyırsan?
Sabir utanır, bir qədər də xəcalət çəkirdi.
Salatın Əhmədli
94
- Hə, indi keçək süfrəyə. Gecəni də burda qala-
caqsan. Sabah gedərsən.
Bir-iki qədəhdən sonra Arsaq lap qızışdı:
-Ara, ay musurman, a turk, bu sərvətlər hamısı
sizindir. Bu dəfinənin hamısını atam toplayıb. Doğru-
dur, mən də az verməmişəm. Bu, erməni kilsəsinin
nəzarəti altındadır. Vaxt gələcək, hamısı lazım olacaq.
Sabir məəttəl qalmışdı. Amma özünü saxlaya bil-
mədi:
- Nəyə lazım olacaq?-Soruşdu.
- Necə nəyə lazım olacaq? Ara, başına çarə qıl.
Biz Qarabağı Yerevana birləşdirəcəyik-Arzaq qəhqəhə
çəkdi.
Onun danışığından Sabirin ağlı bir şey kəsmədi.
“Bu boyda Sovetlər İttifaqına nə olub ki, Arsaq burada
torpaq bölür?” Gecəni ilan vuran yatdı, Sabir yatmadı.
Ağlına qara-qura fikirlər gəlirdi. Səhər açılırdı. Heç nə
olmayıbmış kimi, səhər yuxudan oyandılar. Sabirin
gözündə Arsaq yenə əvvəlki kimi mehriban, onun
uşaqlıq dostu, təmiz ürəkli oğlan idi. Arsaq gülərüzlə
Sabiri yola saldı. Ayrılmazdan əvvəl zarafatla yavaşca
onu itələdi:
Dostları ilə paylaş: |