Salatın Əhmədli
249
Nəzakət güclə eşidiləcək səslə dedi:
– Əsmər müəllim… mənim çiçəklərim… Mən
qabağa keçə bilmərəm… Heç şeir də deyə
bilməyəcəyəm…
– Sən şeir deyəcəksən, qızım. Güllərin də çox gö-
zəldir, onu da bax, o sinəsi orden-medalla dolu olan
qəhrəmana verəcəksən.
Əsmər müəllim Nəzakətin qolundan tutub qabaq
cərgəyə gətirdi. Bayram tədbiri başladı. Uşaqlar bir-
bir çıxış edir, gül dəstələrini veteranlara verirdilər.
Nəzakətin getdikcə qırışığı açılırdı, ürəklənmişdi.
Birdən gözünü ona zilləmiş Məhbubə müəllimi və çıx-
ışını təzəcə başa vurmuş Mirvarini gördü. Onların
gözündə bir kinayə vardı. Məhbubə müəllim ona yax-
ınlaşıb:
– Ay qız, bircə bu qalmışdı ki, heyva çiçəyindən
buket düzəldəsən. De görüm, onu necə təqdim
edəcəksən?
Nəzakət cavab vermədi, başını aşağı saldı. Öz
adını eşitdi. Əsmər müəllim ucadan dedi:
– İndi də söz verilir məktəbimizin sevimlisi, əlaçı
şagirdimiz Nəzakət Məmmədovaya!
Salatın Əhmədli
250
Nəzakət ayaqları əsə-əsə tribunaya yaxınlaşdı.
Əlindəki buketi gizlətməyə çalışırdı. Mikrofon önünə
keçib Səməd Vurğunun «Leyla» şeirini deməyə baş-
layanda həyəcanı ötüb keçdi. Şeirin axırıncı misrasını
deyib qurtarmamış alqışlar ətrafa yayıldı. Nəzakət
qəhrəman döyüşçüyə yaxınlaşıb əlindəki dəstəni ona
uzatdı. Keçmiş döyüşçü bağlamanı burnuna yaxınlaş-
dırıb qoxladı və Nəzakətin əlindən tutub mikrofona
yaxın gəldi:
– Əziz məktəblilər! Mən indiyə qədər çox
görüşlərdə olmuşam, mənə çox-çox güllər, çiçəklər
bağışlayıblar. Ancaq bu cür çiçək dəstəsini ilk dəfədir
ki, görürəm. Bu, heyva ağacının çiçəkləridir. Heyva
ağacı müqəddəs ağacdır. Meyvəsi də, çiçəyi də çox
ətirli olur. Nənələrimiz heyva budağından bir qırnıx
kəsib uşağın paltarına sancaqlayırlar ki, ona bədnəzər
dəyməsin, xəta-bəladan uzaq olsun. Nəzakət qızımız
da bunu demək istəyib ki, nəinki mən, eləcə də vətəni
qoruyan bütün oğullar bədnəzərdən, şər qüvvələrdən
uzaq olsun. Mən bu hədiyyəni evimin yuxarı başından
asacağam. İndi isə istəyirəm ki, Nəzakət qızımla
şəklimi çəkəsiniz və bu şəkil məndə qalsın. Gələcəkdə
Salatın Əhmədli
251
də görsünlər ki, balaca bir qız vətən oğullarına nə
arzulayır.
Qəhrəman heyva çiçəyindən bağlanmış dəstəni
başı üzərində tutmuşdu. Nəzakətin qəhrəman döyüşçü
ilə çəkdirdiyi şəkil məktəbin divar qəzetinin, sonra da
respublika qəzetlərinin səhifələrini bəzədi.
Şəkildə sevincdən Nəzakətin gözləri yaşarmış-
dı…
Salatın Əhmədli
252
BİZDƏN KÜSƏN İLLƏRİMİZ
esse
Bir insan ömrü sayıla biləcək həyatımızı
illərimizə həsr etdik. "Uf" demədən, xəsislilk etmədən,
heç nəyin fərqinə varmadan hisslərimizi, duyğuları-
mızı illərimizə sərf etdik.
Gecə-gündüz çalışdıq, saatları günlərə, günləri
aylara qatdıq, onları isə düşünməyə vaxt tapa bil-
mədik. Günlərimiz aya döndü. Sual dolu baxışlarla
gözlərini üzümüzə zillədi. Nə isə demək istədi, nəyi
isə başa salmaq istədi. Saymazlıq etdik, onlara
yuxarıdan aşağı baxdıq. Gənc idik hələ, çox şeyləri
başa düşmürdük.
Aylarımız ilə döndü. Yenə də həmin iztirablı
baxışlar, cavabı tapılmayan suallar. İllər lal baxışlarla
bir daha bizi süzdü, süzdü... və sürətlə geriyə qayıtdı,
tarixin keçmiş səhifələrinə çevrildi.
Aylar, illər küsdü bizdən. Küsdü bizim laqeydli-
yimizdən. O illərdən lazımınca istifadə edə bimədik,
illərimizi yelə verdik.
İllərdə qalan gəncliyimizi artıq xərcləmişdik.
Bədxərclik etmişdik. İllər üzümüzə baxanda onların nə
Salatın Əhmədli
253
dediyini başa düşmədik. Küsdürdük illəri. Onlar bizi
saatlarla, günlərlə, aylarla gözlədilər. Dözərək
gözlədilər. Biz isə onları eşitməzliyə, görməzliyə
vurduq.
...İllər bizdən küsdü.
Bir qoca gördüm, beli ikiqat əyilmişdi. Elə bil
yerdə nəyinsə axtanşında idi. Soruşdum: "Qoca, nə
axtarırsan?" Cavab verdi: "İllərə dönüb itən qayğısız
uşaqlığımı, gəncliymi...". Sözlərin dərin təəssüf
hissiylə, peşmançılıqla deyildiyini anladım.
İllər küsdü bizdən, tarixin səhifələrinə çökdülər.
Dönüb keçmiş illərə nəzər salanda, onları vərəq-vərəq
səhifələyəndə, onun dağını, bir vaxtlar yandırdığı
ocağın hələ də korun-korun tüstüləndiyini görürük.
İllərin bağrına çalın-çarpaz dağ çəkdik, ağrıtdıq,
ağlatdıq onları.
İllər bizdən küssə də hələ inciməyib. Ömrünü
hələ də bizə bağışlamaqda səxavətini əsirgəmir.
Biz yuxulu imişik demək. Elə bir vaxt ayıldıq ki,
qocalıqla üzbəüz gəlib toqquşduq. Sən demə, qocalıq
astanadaymış. Qapını taqqıldadan da elə o imiş.
Qocalıq illəri məhəbbəti ümman olan mehriban analar
Salatın Əhmədli
254
kimi ağuşunu açıb bizi gözləyirdi; deyirdi, gəlin, girin
günlərimin, aylarımın içinə.
İllər bizdən küsdü. Onlar bir daha qayıtmayacaq-
dı. Özlərilə bərabər uşaqlığımızı, gəncliyimizi insaf-
sızcasına ömrümüzdən qoparıb apardılar. İndən belə
qalan ömrümüzü, gəlin, elə yaşayaq ki, illər bizdən
küssə də, inciməsin. Yoxsa, əlimiz çatacaq qədər
yaxın olan qocalıq illərimiz bizdən gen düşər. Qocalıq
illərini yaşaya bilmərik. İllərdə qərəz yoxdur, onlar
xeyirxahdır. Məqsədi, qərəzi olmayan illər.
...Gəlin aylarımızı, illərimizi incitməyək. Axı
bizik onların içində yaşayan.
Dostları ilə paylaş: |