Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə34/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   30   31   32   33   34   35   36   37   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

TƏLİM NƏTİCƏSİ 
2
 
KORREKSİYA 
PEDAQOGİKASINDA YENİ 
YANAŞMALARIN TƏTBİQİ 
VƏ FƏALİYYƏTLƏRİN 
TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ 
BAĞLI TƏKLİFLƏR 
VERMƏK 


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
50 
2.1. Fəaliyyətin təkmilləşdirilməsi üçün yeni üsul və yanaşmaların təcrübədə tətbiq 
edilməsi ilə bağlı təkliflər verir
 
Qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi 
Bu missiya qabaqcıl məktəblər və müəllimlərin iş təcrübəsinin öyrənilməsi və nəzəri 
cəhətdən ümumiləşdirilməsi məqsədi daşıyır. Bəzən müəllimlər empirik yolla (təcrübə yolu 
ilə) yenilik xarakteri daşıyan və pedaqogikaya bəlli olmayan vacib metodiki uğur qazanırlar. 
Təlim
-
tərbiyə işində qabaqcıl pedaqoji təcrübənin nəzəri cəhətdən ümumiləşdirilməsi 
həmin yeniliyin pedaqoji elmin sisteminə daxil edilməsinə imkan verir. Qabaqcıl təcrübənin 
öyrənilməsində aşağıdakı modellər mühüm rola malikdir: 
Modelləşdirmə., modellərin yaradılması və tədqiqi metodudur. Didaktikada 
modelləşdirmə aşağıdakı məsələlərin uğurla həll edilməsi üçün tətbiq olunur:

Tədris materiallarının strukturunu optimallaşdırmaq;

Tədris prosesinin planlaşdırılmasını yaxşılaşdırmaq; 

İdrak fəaliyyətini idarə etmək; 

Təlim
-
tərbiyə fəaliyyətini idarə etmək;

Təlimi diaqnozlaşdırmaq, proqnozlaşdırmaq və layihələşdirmək. 
Tarixi müqayisəli tədqiqat üsulu. Azərbaycanda təhsil, təlim və tərbiyə məsələləri, 
habelə pedaqoji fikrin tarixi və ya xarici ölkələrdə müxtəlif təhsil sistemlərinin 
xüsusiyyətlərini müqayisəli şəkildə öyrənmə zərurəti meydana çıxanda tədqiqatın bu üsulu 
tətbiq olunur. 
Formallaşdırma və ekstrapolyasiya metodu əldə edilmiş elmi nəticələrin dəqiq ifadəsi 
(ən çox riyazi düstur şəklində) və bu ifadə zəminində yeni sahələr və obyektlərin 
öyrənilməsi ilə bağlıdır. Formallaşdırmadüsturla bağlıdırsa, ekstrapolyasiya az sayda 
faktlara əsaslandırılaraq ümumi nəzəri nəticələrin çıxarılması və həmin nəticələrin hələ 
tədqiq olunmamış faktlara şamil edilməsidir.
Aksiomatik metod bəzi fikirləri isbatsız olaraq doğru hesab edir və həmin fikirlərə 
əsaslanaraq yeni nəticələr çıxarır. Pedaqogikanın aksiomları (isbatsız qəbul edilən 
həqiqətləri) və teoremləri hələ dəqiq müəyyənləşdirilməmişdir. 
Pedaqoji tədqiqatda riyazi üsullar adətən digər üsulların tərkibində tətbiq edilir və
iki 
əsas məqsədə xidmət edir:

Toplanmış pedaqoji faktlarda baş verən keyfiyyət dəyişikliklərini dəqiqləşdirmək; 

Həmin faktlar arasındakı kəmiyyət asılılığını təyin etmək. 
Nəticə etibarilə, riyazi üsullar pedaqoji qanunauyğunluqların elmi cəhətdən dəqiq 
ifadə olunmasına şərait yaradır və tədqiqatın elmiliyini yüksəldir. 
Pedaqoji tədqiqatda istifadəsi faydalı olan riyazi üsullar çoxdur. Orta riyazi 
göstəricilərin hesablanması, dispersiya əməliyyatı, orta kvadrat sanmanın 
müəyyənləşdirilməsi, variantlıq əmsalının tapılması və s.. 
Təlim və tərbiyə problemlərinin öyrənilməsi zamanı daha geniş istifadə edilən sadə 
riyazi üsullar bunlardır: qeydə alma, nizamlama və pedaqoji tədqiqatların texnologiyası (və 
ya tədqiqatın metodoloji aparatı).



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə