Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə37/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   33   34   35   36   37   38   39   40   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
54 

Dərs məşğələsinin tip və strukturunun mövzunun məzmununa uyğunluğu 
(mühazirə, seminar, laboratoriya işi və s.), dərs məşğələsinin struktur elementlərini 
didaktik cəhətdən əsaslandırma; 

Biliklərin elmiliyi, anlaşıqlığı, yeniliyi və əsaslılığı;

Məşğələni konkret nəticələrlə əsaslandırma;

Məşğələnin məzmununa müvafiq idrak maraqlarını stimullaşdıran yeni faktlar və 
məlumatları daxil etmə;

Dərs məşğələsinin texnoloji təminatı (müasir pedaqoji texnologiyalardan 

konseptual, qabaqlayıcı, istiqamətləndirici və digərlərindən istifadə və müvafiq 
texnologiyalara uyğun aktiv təlim metodlarının tətbiqi);

Dərs məşğələsinin tərbiyəedici funksiyaları və təlimin humanist xarakteri mühüm 
a
millərdəndir.
Tərbiyə olunanla tərbiyə edən arasında qarşılıqlı münasibətlər
Tərbiyə texnologiyalarının yaradılmasında aşağıdakı pedaqoji prinsiplər nəzərə 
alınmalıdır: 

Məqsədyönlülük;

Perspektivlik;

Komplekslilik;

Fəallıq;

Mütəşəkkillik;

Yaşa uyğunluq və s.
Məktəbdə müxtəlif işlərin hazırlanması texnologiyalarının həyata keçirilməsində 
yuxarıdakı pedaqoji prinsiplər diqqət mərkəzində saxlanılmalıdır. Tərbiyəvi tədbirlərin 
təşkilində kollektivçiliyin böyük rolu vardır. Şagirdlərlə iş apararkən hər bir müəllim, yaxud 
tərbiyəçi fərdi işlə kollektiv işi uzlaşdırmalıdır. Proses zamanı
tərbiyə texnologiyaları və 
tərbiyə metodlarının tələblərinə müvafiq olaraq məktəblilərin ümumi və fərdi cəhətləri 
nəzərə alınmalıdır. 
Ümumiyyətlə, tərbiyə prosesi
bir neçə sualın izahında aydınlaşdırıla bilər. Tərbiyə 
olunan kimdir? Tərbiyə edən kimdir? Tərbiyənin məqsədi nədir? Tərbiyə prosesində hansı 
üsullardan istifadə olunur? Tərbiyə olunanla tərbiyə edən arasında qarşılıqlı münasibətlər 
necədir? və s.. Təbii ki, tərbiyə işinin dərin pedaqoji
-
psixoloji problemlərini nəzərə alaraq, 
pedaqoji və psixoloji biliklərə istinad etmədən həmin suallara düzgün cavab vermək 
mümkün deyildir.. Tərbiyə prosesində şəxsiyyətin təlabatları, arzu və istəkləri, 
temperament xüsusiyyətləri, sərvət meylləri, maraqları, idealları, dünyagörüşü və əqidəsi 
təşəkkül edir.
Tərbiyə prosesində hansı pedaqoji
-
psixoloji biliklərə istinad edilməli və hansı psixoloji 
qanunauyğunluqlardan çıxış edilməlidir ki, tərbiyə işi uğurlu aparılsın və qarşıya qoyulmuş 
məqsədə müvəffəqiyyətlə nail olunsun? Bunun üçün, ilk növbədə, tərbiyə obyektinə (tərbiyə 
olunana) yaxından bələd olmaq və onun bütün fərdi psixoloji xüsusiyyətlərini dərindən 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə