Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə38/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   34   35   36   37   38   39   40   41   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
55 
öyrənmək lazımdır. İnsanın psixoloji xüsusiyyətlərini mükəmməl öyrənmədən tərbiyə 
işində uğur qazanmaq mümkün deyildir. 
Təbii ki, tərbiyə obyekti olan SİMŞ fərdi psixoloji xüsusiyyətinə görə biri digərindən 
kəskin surətdə fərqləndirilir. İctimai
təcrübənin müxtəlif sahələrində (sənaye, kənd 
təsərrüfatı, təhsil, səhiyyə və s.) fərdi xüsusiyyətlərin təhlili və nəzərə alınması pedaqogika 
və psixologiyanın tətbiqi problemləri çərçivəsində xüsusi yer tutur. Gənc nəslin təlim
-
tərbiyəsi işində isə onun əhəmiyyəti, xüsusilə, böyükdür.
Pedaqogika və psixologiya tarixi ilə tanış olsaq, bir cəhəti aydın görə bilərik. Zamanın 
görkəmli alimləri uşaq tərbiyəsindən danışarkən diqqəti həmişə fərdi yanaşma 
məsələlərinə cəlb etmişlər. Fərdi yanaşma mühüm pedaqoji
-
psixoloji prinsipdir. Həmin 
prinsipə görə təlim
-
tərbiyə işində hər bir uşağın fərdi xüsusiyyətləri zəruri surətdə nəzərə 
alınmalıdır. Təlim
-
tərbiyə işində fərdi yanaşma iki cəhətdən, xüsusilə, vacibdir. Birincisi, 
SİMŞ
-
ə fərdi yanaşılmaqla onun özünəməxsus xüsusiyyətlərə malik olan şəxsiyyət kimi 
inkişaf etdirilməsi üçün psixoloji cəhətdən əlverişli şərait yaradılır. İkincisi, şəxsin fərdi 
xüsusiyyətləri nəzərə alınmadan ona göstərilən korreksiyaedici təsirdə, adətən, istənilən 
nəticə əldə edilmir.
Müəyyən edilmişdir ki, pedaqoji təsir həmişə şəxsin fərdi
-
psixoloji xüsusiyyətləri ilə 
şərtləndirilir. Bu о deməkdir ki, pedaqoji təsirin xarakteri və səmərəsi təkcə onun obyektiv 
xüsusiyyətləri ilə deyil, həm də şəxsin həmin təsiri necə qəbul etməsi ilə müəyyən olunur. 
Xahiş, tərif, cəzalandırma və digər üsulların bütün şəxslərə eyni səviyyədə təsir etməməsini 
də məhz bununla izah etmək lazımdır.
Tərbiyə işində fərdi yanaşmanın mahiyyəti ondan 
ibarətdir ki, tərbiyənin ümumi məqsədləri nəinki şəxslərin yaş və cinsi xüsusiyyətləri, həm 
də fərdi xüsusiyyətlərinə müvafiq olaraq konkretləşdirilir. Təcrübə göstərir ki, tərbiyə 
işində SİMŞ
-
in fərdi xüsusiyyətləri nəzərə alınmadıqda hətta ən səmərəli təsir vasitələri öz 
əhəmiyyətini itirir. Fərdi yanaşmanın bir
-
birilə qarşılıqlı əlaqədə olan iki tərəfi vardır. 
Onlar:

Şəxsiyyətin fərdi xüsusiyyətlərinin təhlili; 

Təlim
-
tərbiyə işində psixoloji cəhətdən düzgün nəzərə alınması məsələləri ilə 
bağlıdır. 
Tərbiyə vasitələri seçilərkən SİMŞ
-
in fərdi xüsusiyyətləri də nəzərə alınmalıdır. Bəzi 
şəxslər fərdi yanaşma və tərbiyəni bir
-
biri ilə eyniləşdirirlər, halbuki onlar arasında fərq 
vardır. Həmin fərqləri valideyn və tərbiyəçinin bilməsi vacibdir. 
Tərbiyəetmə prosesində müxtəlif əlaqə və asılılıqlar sosial, psixoloji, pedaqoji, bir
-biri 
ilə birləşdirilmiş və qarşılıqlı şəkildə şərtləndirilmişdir. Tərbiyə etmə prosesinin didaktikası 
onun ziddiyyətliliyi, inkişafı, mütəhərrikliyi və dəyişikliyində ifadə olunur. Belə bir 
fəaliyyətin təşkili sosial əlaqələr və qarşılıqlı sosial münasibətlərə malik şəxsiyyətin 
formalaşdırılması prosesinin elmi əsaslarını təşkil edir.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə