Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə64/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   60   61   62   63   64   65   66   67   ...   96

 
 
262 
Aşıq Cunun əyağə durub bazurganbaşıya bircə kərəm
 
səlam verdi. 
Bazurganbaşı əleyk alub dedi: 
– Ay aşıq, burda niyə durmuşay?  
Aşıq bina
 
elədi ağlamağa. Bazurganun ürəgi yanub dedi: 
– Ay aşıq, niyə ağluray?  
Aşıq dedi: 
–  Ay  bazurganbaşı,  mənim  bu  qocaluq  çaqumda  dörd  mərəz
 
mənə üz verüb. Hamı bir-birindən dərdli.  
Bazurganbaşı dedi: 
– Dərdün nəmədür?  
Aşıq çögürun zilü-bəmin tutub görək nəmə deyir: 
Sənə deyüm, xan bazurgan, 
Dərdim başumdan aşubdur. 
Bu məhəldə qocalmuşam, 
Ürəgim başı şişibdür. 
 
Cəvan ömrim gedüb bada, 
Qocalmuşam bu arada, 
Giriftaram bu dünyada, 
Dərdü-qəmim qaruşubdur. 
Bazurgan dedi: 
– Mən qorxuram sənün şərün məni duta. 
Aşıq Cunun dedi: 
Məni səvar elə ata,  
Ya Türkmənə, ya Kəlata, 
Ya Ruma, ya ki, Kəlata, 
Apar çatmaz xətər sənə. 
 
Mənəm həqiqət aşığı,  
Məclislərün yaraşuğı, 
Abbasun qəlbi, işığı, 
Dua oxur səhər sənə. 
Söz təmam olub, bazurganbaşı baxub tanudi, dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
263 
– Ay aşıq, sən Koroğlı aşıqlarundı. Mən bilmərəm sənə nə olub 
ki,  qaçuray  və  mən  də  səni  nə  unvan  aparum.  Səhər  Koroğlı  baş 
tapa, mənim ruzgarımı qara edər. Haala bilmərəm nə çarə edəm.  
Aşıq Cunun dedi: 
– Ay sodagər, qulaq ver, ta deyüm: 
Bulbul azad olan vəxtə qəfəsdən, 
Qənat vurur yetə öz məhəlinə. 
             
Bu məhəldən mən qaçaram, 
             
Canü-başumdan keçərəm, 
             
Qanat çağatsam uçaram, 
             
Yolum buradan düşübdür. 
 
Aşıq Cunun edər havar, 
             
Başunda şuru-qouğa var, 
             
Məni səvar
 
edüb apar, 
             
Nəfi sənə yetişübdür. 
Söz təmam oldı, dedi: 
– Ay sodagər, məni sən aparmasay, xülasə, ticarətün zər edər. 
Bazurgan dedi: 
– Hara aparum səni? 
Aşıq dedi: 
Sənə deyüm, xan sodagər, 
Mübarəkdür səfər sənə. 
Məni özünlə sən apar, 
Faydası çox yetər sənə. 
 
Yükü-barun
 
hamı qumac, 
Gəl eylə dərdimə əlac, 
Sən elə rəfi
 
-ehtiyac, 
Xudam edər nəzər sənə. 
 
Hacılar gidərlər Haca, 
Vəli baxmazlar muhtaca, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
264 
Mən eylərəm çox iltica, 
Duam edər əsər sənə. 
       Xurd–xabi həram edər özinə, 
 Əli çata əqvamuna, elinə, 
 
 Mən aşıqəm, bu dünyada yox malum, 
 Sənə qurban olsun, qocalan canum, 
 Koroğlı qorxusı pozub əhvalum, 
 Özüm vurmuşam xuda çölünə. 
 
 Xudam yetirübdür bu saət səni, 
 Az qalub aluşa ömrim xərməni,  
 Görükər Koroğlı öldürür məni, 
 Ləşim salur Çəmlıbelün çölünə. 
 
Qorxusundan bilməm günüz-gecəni, 
Gözüm görməz çala ilə ucanı, 
Türkəmənə yetür məni-qocanı, 
Yetür məni Türkəmənin elinə. 
Söz təmam olub, dedi: 
– Ay sodagər, məni sən apar, bu qədər olsun çatum Türkməndə 
Qəşqayi-Türkmən  şəhərinə.  Daha  Koroğlı  ora  gələ  bilməz.  Vəli, 
həft taq Süleymanə gəldim, gəlür məni tapar öldürür.  
Bazurganbaşunun  ürəgi  yanub,  aşığı  dəsturdı.  Yetim  çarvadar-
lar  götürüb  atublar  bir  danə  qaturun  yügü  üstünə.  Mal-heyvanı 
bina eylədilər sürmağa. Dedi: 
– Ay aşıq, biz səni aparak, ta görək sənün şərün bizi nə vəxt dutsun? 
Xülasə,  bina  eylədilər  gidməgə.  Gəl  sənə  kimdən  xəbər  verüm, 
Çəmlıbeldən. Koroğlı gecə aşığı məclisdən qovub, qonaqlar dedilər: 
– Koroğlı, bu aşığa səhər bir kuşmal vergünən
 
ki, laəqəl ömrün-
də olsun.  
Xülasə,  o  gecə  Koroğlıya,  məclisdəki  qonaqlara  çox  bərzəx 
olub və əmma səhər tezdən gün çalub, genə yeddi min dəlilər yığı-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
265 
lub gəlüb. Məclis quruldı, qonaqlar ilə məşqul olub yemağ-içmağa. 
Koroğlı dedi: 
– Gedün, Aşıq Cununa deyün gəlsün məclisə.  
Bir  nəfər  gedüb  gördi  aşığun  otağunda  heç  kəs  yoxdur.  Aşıq 
çögurün  götürüb  gedübdür.  Xülasə,  hər  yandan  aşıq  soruşub,  heç 
kəs bilmədi. Gəlüb Koroğlıya ərz elədi: 
– Aşıq bilməm hara gedüb. Otağunda heç kəs yoxdur və həmişə özi 
otağda olmasaydı çögürü olirdu. Vəli, nə özi var, nə çögürü.  
Koroğlı dedi: 
– Hətmən mənim abrum gidər.  
Çün o zəman hər kəs məclis qurseydi, bir danə aşıq tapardı ki, o 
məclisdə  çala  və  hər  kəs  tapa  bilmidi,  böyük  eybdi.  Xülasə,  Ko-
roğlı dəliləri çağurub dedi: 
– Görün, bu nanəcib aşıq hara gidi, onı gətürün.  
Dəlilər  hamusı  Çəmlıbeli  dolanub, tapulmadı.  Bir  nəfər  nigah-
banlardan dedi: 
–  Gecənün  vəxti  mən  aşığı  gördüm.  Çögürun  salub  çiyninə, 
qərə Sıldırımdaş qalaya tərəf gedərdi. 
Dəlilər gəliblər bu xəbəri Koroğlıya verdilər. Koroğlı dedi: 
– Gedün, dolanun, görün harda bərkünüb.  
Dəlilər  gəldilər  Qərədaş  qala  yolunda  gördülər  bir  adam  izi 
burdan  Sıldırımdaş  qalaya  tərəf  gedüb.  Xülasə,  o  iz  ilə  gəlüblər 
Sıldırımdaş qaladan keçüb Qərətikanluqdan və sıldırım qəyələrdən 
keçüb  izi  götürdülər,  ta  Ərzurum  caddəsində  itürdülər.  Əmma 
baxub  gördülər  bu  caddə  ilən  tazə  bazurgan  yabu-qatır  ilə  keçub. 
Yolda çox at və qatur izi  vardur. Dedilər, aşıq gəlüb bu caddədə, 
bu  qatır  sahibi  ilə  gedüb.  Bu  xəbəri  dəlilər  gəldilər  Koroğlıya 
dedilər. Koroğlı rəngi-ruxi qərəlüb dedi: 
– Mənim aşığımi hər kəs aparsun, mən onun mal-əmlakını qarət 
edüb, özlərini xurd-bozorg qırram.  
Bu sözi dedi, bir dəli nərə çəküb yedi min yetmiş yedi dəli Ko-
roğlınu döörinə cəm olub dedilər: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə