Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə13/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   146

41 


geyimə, mənzilə və butun məişətimizə aid olan əşyalar və 

predmetlər,  başqa  sözlə  isə  bütün  şəxsi-maddi  istehlaka 

aid olan tələbatların reallaşdırılması daxildir.  

Bu  gün  iqtisadiyyatın  qarşısında  dayanan  başlıca 

məqsədə çatmaqdan ötrü ilk növbədə ETT-yə və İKT-nin 

tətbiqinə  nail  olmaq  lazımdır.  Bu  baxımdan  əhalinin 

artmaqda  olan  tələbatını  daha  dolğun  və  hərtərəfli  təmin 

etmək    üçün  həm  müxtəlif  və  həm  də  yüksək  keyfiyyətli 

məhsulların  istehsal  edilməsinə  böyük  ehtiyac  vardır. 

Əmək  məhsuldarlığını  və  intizam  məsuliyyətini  yüksəlt-

mədən,  yəni  az  canlı  əmək  sərf  etməklə  bu  gün  daha 

yüksək  keyfiyyətli  məhsul  istehsal  etmək  qeyri-mümkün-

dur.  Əmək  məhsuldarlığının  yüksəldilməsinə  çoxlu  amil-

lər  təsir  göstərsə  də  bunların  içərisində  ən  mükəmməli 

müasir texnika və texnologiyalarin mövcud istehsala tətbi-

qi  məsələsidir.  Yəni  müasir  mövcud  texnikanı  yaratmaq, 

müasir  tələblərə  uyğun  gəlməyənləri  aradan  götürmək, 

yeni  inkişaf  modelini  tətbiq  etmək,  istehsalçıdan  şəxsi 

məsuliyyət və cavabdehlik hissi tələb edir. Hazırda hər bir 

millət yeni, mükəmməl texnika və texnologiyanın yaradıl-

masında həm iştirak etməli, həm də başqa xalqların yarat-

dıqlarından  lazımınca  istifadə  etməlidir.  Bu  gün  ETT-nin 

və  İKT-nin  mövcud  sərhədləri  yoxdur,  bunların  hər  biri 

beynəlmiləl  səciyyə  daşıyır.  Xüsusən  də,  müasir  elm  və 

texnikada yenilik yaratmaq, onları təkmilləşdirmək, dünya 

xalqlarının  yaratdıqlarından  maksimum  istifadə  etmək  və 

onlardan  yararlanmaq  bu  gün  olduqca  zəruri  və  vacibdir. 

Belə  ki,  hazırkı  sosial-iqtisadi  inkişaf  məhz  texnika  və 

İKT-nin  müasir  inkişaf  səviyyəsindən  daha  çox  asılıdır. 

Çünki  XXI  yüzillik  tarixə  İKT,  innovasiya  və  kompüter-

ləşdirmə əsri kimi daxil olub.  



42 


Ümumiyyətlə,  əlaqələrdə  elmlərin  əsasını  bilməmək 

özünü dünyada baş verən elmi, texniki yeniliklərdən məh-

rum etmək deməkdir. ETT-nin beynəlmiləl xarakteri milli-

liklə  çulğalaşır.  Bu  isə  hər  bir  millətin  və  xalqın  mentali-

teti  ilə  bağlıdır.  Bu  gün  iqtisadiyyatın  sürətli  və  dinamik 

inkişafını  təmin  etmək  üçün  texnikanı  və  texnologiyanı 

təzələmək  vacibdir.  Buna  nail  olmağın  əsas  yolu  isə 

elmləri  daha  dərindən  öyrənmək  və  onlara  mükəmməl 

yiyələnməkdir. Çünki yeni texnika və texnologiyanın inki-

şafı və istehsala tətbiqi və onlardan səmərəli istifadə edil-

məsi,  məhz  bu  sahəyə  cəlb  olunanların  sayından  və  onla-

rın  müasir  inkişafı  görmək  qabiliyyətindən  daha  çox 

asılıdır. İqtisadiyyatın  inkişafının  əsas  məqsədi insanların 

artan  tələbatını  ödəmək  və  ölkə  qarşısında  duran  zəruri 

vəzifələri həyata keçirməkdir.  

İctimaiyyətlə  əlaqələr  sahəsinin  maliyyələşdirilmə-

sində qarşıya çıxan problemləri  daxili  və xarici imkanlar-

dan  istifadə  etməklə  aradan  qaldırmaq  mümkündür.  Bu 

sahədə  dünya  dövlətlərinin,  beynəlxalq  təşkilatların  gü-

cündən maksimum istifadə etməklə yanaşı, əsas mənbələri 

daxili imkanlarda axtarmaq lazımdır. Dövlət büdcəsindən 

ayırmalar,  xarici  investisiyalar,  könüllü  iştirakdan  gələn 

vəsaitlərlə  yanaşı,  pullu  xidmət  sahələrinin  genişlən-

dirilməsi də vacibdir.  

İctimaiyyətlə  əlaqələr  sahəsinin  tələblərinə  bu  gün 

reallıqlardan yanaşılmalıdır ki, həyatlarını bu sahəyə, onun 

tərəqqisinə  həsr  etmiş  yaradıcı  işçilərin,  onların  zəngin 

təcrübəsinin,  ictimaiyyətlə  əlaqələr  üzrə  təşkilatların, 

müəssisələrin bütöv bir sisteminin dağılmasının qarşısının 

alınması  mümkün  olsun.  İctimaiyyətlə  əlaqələr  sahəsinin 

tələbatlarının  ödənilməsində  qısa  müddətli  planlarla 



43 


kifayətlənmək  olmaz.  Həm  də  ictimaiyyətlə  əlaqələr  sa-

həsi  dövlət  hesabına,  qismən  də  olsa  xarici  yardımlar 

hesabına,  sahənin  ehtiyatlarından  kommersiya  məqsədilə 

istifadə etmə müstəvisində maliyyələşdirməlidir.  

Qeyd  edək  ki,  dünya  sosializm  sisteminin  dağılması 

nəticəsində  ictimaiyyətlə  əlaqələr  sahəsində  dövlət 

siyasətinə və mədəniyyətin maliyyələşdirilməsinə yenidən 

baxılması zəruriliyinin, inzibati-amirlik sistemindən bazar 

iqtisadiyyatı  sisteminə  keçidin  reallaşdığı  bir  dövrdə 

ictimaiyyətlə  əlaqələr  siyasəti  sahəsində  məsuliyyətin 

əhəmiyyətli bir hissəsi  məhz elə mədəniyyət işçilərinin və 

müəssisələrinin  üzərinə  düşürdü.  Bu  baxımdan  müəssisə-

lərin idarə olunması prosesində meydana çıxan çətinliklər 

bu məsuliyyətin ağırlığını daha da artırırdı. Belə ki, impe-

riya ideologiyasının mənəviyyatımıza vurduğu zərbələrin, 

siyasi  həyatımızdakı  təbəqələşmənin  elmə,  mədəniyyətə 

tətbiq olunmasının, mənəvi dəyərlərimizin ideoloji zəmin-

də  saf-çürük  edilməsinin  ağrı-acıları  hiss  edilməkdə  idi. 

İttifaq  respublikaları  arasında  uzun  illər  mövcud  olmuş 

mədəni-iqtisadi  əlaqələrin  qırılması  qanunauyğun  şəkildə 

bütün  respublikaları  mövcud  problemlərlə  üzləşdirirdi. 

Lakin  qərəzli  siyasət  nəticəsində  müharibə  vəziyyətinə 

gətirilmiş  müstəqil  Azərbaycanın  bu  problemlərdə  payı 

ikiqat artıq olmuşdu.  

İctimaiyyətlə  əlaqələr  fenomeninin  mahiyyətinə, 

təbiətinə,  onun  yeni  iqtisadi-siyasi  şəraitdə  düçar  olduğu 

yerinin müəyyənləşdirilməsi probleminə müasir rakurslar-

dan baxılması olduqca əhəmiyyətlidir. İctimaiyyətlə əlaqə-

lər  sahəsində  mövcud  vəziyyətin  düzgün  qiymətləndiril-

məsi  üçün  bütövlükdə  keçmiş  ittifaq  respublikaları  qarşı-

sında  duran  problemlərə  kompleks  şəkildə  yanaşmaq  la-



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə