Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə21/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   146

67 


− Beynəlxalq marketinq;  müxtəlif bazarların, mədə-

niyyət festivallarının və s. genişləndirilməsi  və dəstəklən-

məsi. 

Müasir  turizm  sənayesi  dünya  iqtisadiyyatının  yük-



sək  rentabelli  və  inkişafda  olan  strukturudur.  Qeyd  edək 

ki,  bu  gün  dünya  turizm  sənayesində  240  milyondan  çox 

insan çalışır ki, bu da sənayenin sürətli və davamlı inkişafı 

üçün  yeni-yeni  infrastrukturların  və  kadrların  hazırlan-

masını zəruri edir. Dünya xalqları arasında mədəni əlaqə-

lərin  genişləndiyi  müasir  dövr,  turizmin  elmi  təşkili  və 

idarə edilməsi üçün olduqca əhəmiyyətlidir. Nəzərə almaq 

lazımdır ki, dünya miqyasında turizm sənayesi inkişaf et-

dikcə onun ekologiya və iqtisadiyyatla vəhdət təşkil etmə-

si  aktuallıq  kəsb  etməkdədir.  Hazırda  bu  üç  sahəni  bir-

birindən  ayrı  təsəvvur  etmək  mümkün  deyil,  hətta  bu 

sahələrdən birinin zəifləməsi, digər sahənın də vəziyyətinə  

əsaslı şəkildə təsir göstərir.  

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




68 


III FƏSİL. İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏRDƏ 

SOSİOLOJİ 

 TƏDQİQAT METODLARININ ROLU  

 

3.1. İctimaiyyətlə əlaqələrdə sosioloji tədqiqat 



metodlarının məqsəd və vəzifələri 

 

            Hazırkı dövrdə ictimai həyatın yaratdığı ziddiyyət-

li  və  münaqişəli  vəziyyətləri  cəmiyyətdə  sosial-qlobal 

problem adlandırırlar. Bu baxımdan sosioloji tədqiqatların 

təşkilatçıları üçün sosial problem təkcə hər hansı bir iqti-

sadi hadisə və ya prosesin müəyyən tərəfləri, kəmiyyət və 

keyfiyyət  dəyişiklikləri,  inkişaf  təmayülləri,  ictimai-mə-

dəni  səbəblərlə    deyil,  daha  çox  cəmiyyətin  mövcud  real 

çatışmazlıqları  ilə  xarakterizə  edilir.  Sosioloji  tədqiqatlar 

eyni zamanda  kollektivdə  aparılan  kütləvi və  mədəni tər-

biyəvi işin təsirlilik dərəcəsinə və ya onun ayrı-ayrı istiqa-

mətlərinə, forma və metodlarının faydalılığına əsaslı şəkil-

də  təsir  göstərən  amildir.  Sosiologiyada  sosial-iqtisadi 

problemlərin  araşdırılması  və  tədqiqində  hazırda  müxtəlif  

mübahisəli  və  müqayisəli  yanaşmalar  və  mövqelər  möv-

cuddur.  Tədqiqatın  məqsədindən,  problemin  daşıyıcısın-

dan, onun yayılma miqyasından, ziddiyyətin təsir müddəti 

və  onun  dərinliyindən  asılı  olmayaraq  onları  müxtəlif  ra-

kurslardan    qruplaşdırırlar.  Həm  də  tədqiqatın  mövcud 

məqsədindən  irəli  gələrək,  qnoseoloji  (məntiqi-idrak)  və 

predmet  səciyyəli  problemləri  də  özünəməxsus  tərzdə 

fərqləndirmək  lazımdır.  Belə  ki,  qnoseoloji  problemlər 

mühüm sosial hadisə və ya proseslər haqqında informasi-

ya kəsadlığından yaranan çatışmazlıqlar kimi dəyərləndiri-

lir. Bu problemlər əsasən biliklərin azlığından və nəticələ-

rin qənaətedici olmamasından irəli gəlir.  




69 


 

Tədqiqatın  məqsədi  onun  ümumi  istiqaməti,  təma-

yülü, gözlənilən prosesin məhz son nəticəsi ilə bağlı olur. 

Tədqiqat probleminin həlli isə əsasən, bu və  ya digər hər 

hansı  bir  sosial-iqtisadi  məsələlərlə  əlaqələndirilir.  Məq-

səd tədqiqatın nəzəri və praktik məsələlərin həllinə xidmət 

edən əsas istiqamətləri və mövcud real prioritetləri gerçək-

ləşdirməkdir. Əgər əsas məqsəd nəzəri məqsəd kimi ifadə 

olunursa, onda proqram hazırlanarkən diqqət nəzəri-meto-

doloji  problemlərə  yönəlir.  Həmin  məsələ  üzrə  mövcud 

ədəbiyyatın  öyrənilməsi,  tədqiqat  obyektinin  hipotetik 

ümumi  konsepsiyasının  qurulması,  ilkin  məfhumların  də-

qiq semantik və empirik təfsiri, elmi problemin ayrılması 

və işçi hipotezlərin məntiqi təhlili və s. əsas amil kimi qə-

bul edilir. Tədqiqatın konkret obyekti isə yalnız həmin il-

kin  tədqiqat  işinin  nəzəri  axtarış  səviyyəsində  araşdırılıb 

yerinə yetirilməsindən sonra müəyyən edilir.  

 

Tədqiqatın  vəzifələri  imperativlər  şəklində  ifadə 



edilir,  yəni aşkar etmək, baxmaq, təhlil etmək, öyrənmək 

və tətbiq etmək şəklində. Bu baxımdan vəzifələrin sırasına  

problemlərin  bütün  tərəfləri  yox,  yalnız  əsas  məqsədlə 

şərtləndirilən  və  tədqiqatın  bu  mərhələsində  lazım  olan 

məsələlər daxil edilir.  

Müasir  dövrdə  ictimaiyyətlə  əlaqələrdə  sosioloji 

tədqiqat  metodlarının  əhəmiyyəti  olduqca  böyükdür.  Mə-

dəni  proseslərin  demokratikləşməsi,  qloballaşma  və  in-

teqrasiya,  İKT-nin  tətbiqi,  innovasiya  prosesləri,  idarəet-

mədə  insan  amili  və  mövcud  multkultural  proseslərin 

mövcudluğu  tədqiqatların  obyektiv  aparılmasını  şərtlən-

dirir və onların sosial-iqtisadi və siyasi həyata tətbiq olun-

masına real zəmin yaradır. Belə ki, idarəetmədə tədqiqat-

ların  əsas  məqsədi  dəyişən  şəraitə  uyğun  çevik  hərəkət 




70 


yolu ilə  müəssisədə  uzun  müddətli qeyri-sabit fəaliyyətin 

və  gərginliyin  aradan  qaldırılmasının  təmin  edilməsi  və 

daha  geniş  şəkildə  sosioloji  tədqiqatların  və  araşdırıl-

maların  aparılmasının  gerçəkləşdirilməsidir.  Bu  məqsədə 

nail  olmaq  üçün  əsasən  aşağıdakıların  həll  olumması  va-

cibdir: 


1.  Fəaliyyətin elmi araşdırılması; 

2. İctmaiyyətlə əlaqələrdə tədqiqat metodlarına dair 

düzgün  informasiyaların  toplanılması  və  həyata  tətbiq 

edilməsi; 

3.  Kadrların  düzgün,  ixtisasına  uyğun  yerləşdiril-

məsi və onların işə vicdanla yanaşmasına nail olmaq; 

4. Analitik təhlil və qiymətləndirmə və s. 

 

Sosioloji tədqiqatların aşağıdakı vəzifələri mövcud-



dur: 

1.  Tədqiqatın  inkişaf  strategiyasının  işlənib  hazır-

lanması; 

2. Tədqiqatın konkret məqsədini müəyyən etmək;  

3. Yaxşı əmək şəraiti yaratmaq yolu ilə əməkdaşları 

həvəsləndirmək; 

4.  Yüksək  ixtisaslı  kadrların  rolunu  düzgün  müəy-

yənləşdirmək; 

5.  Qarşıya  qoyulan  vəzifənin  yerinə  yetirilməsinə 

nəzarətin düzgün təmin edilməsi

6.  Zəruri  ehtiyatların  və  onların  mənbələrinin 

araşdırılıb öyrənilməsi

7. Tədqiqatlar vasitəsilə nəzərdə tutulmuş məqsədə 

çatmaq üçün konkret tədbirlər planı hazırlamaq; 

8.  Əldə  olunan  nəticələri  tətbiq  edib  əhali  ilə 

sağlam ünsiyyət formalaşdırmar.  




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə