Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə22/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   146

71 


 

Tədqiqatların  xarakterik  xüsusiyyətləri  aşağıdakı 

istiqamətlərdə özünü göstərir:  

1) iqtisadi;  

2) sosial-psixoloji;  

3) hüquqi;  

4) siyasi və mənəvi;  

5) təşkilati-texniki istiqamətlər və s.  

 

Bu  gün  ictimaiyyətlə  əlaqələrdə  sosioloji  tədqiqat 



metodlarının  nəzəri  (rasional)  əhəmiyyəti  ilə  bərabər, 

onun praktik-təcrübi (empirik) əhəmiyyəti də olduqca bö-

yükdür. Cəmiyyətdə bu metodlarla bağlı müxtəlif müqayi-

səli elmi yanaşmalar mövcuddur. Bu yanaşmalar cəmiyyət 

həyatında  mühüm  əhəmiyyət  kəsb  etməklə  bərabər,  həm 

də eyni zamanda innovasion xüsusiyyətləri özündə birləş-

dirir.  Yeni  informasiyaların  və  məlumatların  toplanması 

və  ötürülməsində  çox  mühüm  sosial-iqtisadi  funksiyaları 

yerinə  yetirir.  Bu  tədqiqatların  hər  birinin  öz  məqsəd  və 

vəzifəsi vardır. 

 

Hazırda  cəmiyyəti  sosioloji  tədqiqatlardan  ayrı  tə-



səvvür  etmək  mümkün  deyildir.  Belə  ki,  sosioloji  tədqi-

qatlar,  adından  da  məlum  olduğu  kimi  sosial-iqtisadi  və 

mədəni mühitin real mənzərəsini özündə əks etdirən vasi-

tədir. Sosioloji tədqiqatlar qarşıya qoyulan konkret suallar 

ətrafında  təşkil  olunur  və  onun  nəticələri  nəzəri  təhlilin 

əsas mövzusuna çevrilir. Müəyyənləşdirilən suallar öz ak-

tuallığı ilə fərqlənir və xarakter etibarı ilə mövcud həyatla, 

müxtəlif  problemlərin  ictimai,  siyasi,  mədəni,  iqtisadi 

mühiti  ilə  əlaqələndirilir.  Tədqiqatın  nəticələrinin  mahiy-

yəti  də  qarşıya  qoyulan  sualların  aktuallığından,  ictimai 

dəyərindən çox asılıdır. Çünki bu  sualların arxasında çox 

fəal ictimai varlıq olan insan və şəxsiyyət dayanır. Şəxsiy-




72 


yət “özünün praktiki fəaliyyətini bir tərəfdən ətraf dünya-

nın  obyektiv  qanunauyğunluqlarını  dərk  etmək  əsasında 

qurur.  Digər  tərəfdən  isə,  bu  qanunların  tələbələrinin 

adekvat surətdə əks olunmasında insanın təkcə fəaliyyəti-

nin  deyil,  həm  də  sosial  davranışının  məzmununu  şərt-

ləndirir”

4

 

 



Müasir  dövrdə  elmi  idrakın  metodologiyası  və 

metodikasında  “metodologiya”  termini  ilə  elmi  yanaşma-

nın  üç  səviyyəsini  ifadə  edirlər.  Bunlar  aşağıdakılardan 

ibarətdir:  

1. Ümumi metodologiya;  

2. Xüsusi metodologiya;  

3.  Metodologiya-konkret  metodik  priyomların 

məcmusu kimi.  

 

1. Ümumi metodologiya dedikdə, tədqiqatçının isti-



nad etdiyi ümumi fəlsəfi yanaşma, ümumi idrak üsulu nə-

zərdə  tutulur.  Belə  ki,  fənnin  öyrəndiyi    istiqamət  məhz 

bəşər  cəmiyyəti  və  onun  inkişaf  qanunlarından  ibarətdir. 

Bu  qanunları  kəşf  etmək  üçün,  hər  şeydən  əvvəl  cəmiy-

yətin  həyatında  maddi  istehsalın  rolunu  aşkara  çıxarmaq 

lazım gəlir.  

 

2.  Xüsusi  metodologiya  dedikdə,  məhz  müvafiq 



elm sahələrində tətbiq olunan metodoloji prinsiplərin məc-

musu  nəzərdə tutulur. Xüsusi metodologiya ümumi meto-

dologiyadan  spesifik  xüsusiyyətlərinə  görə  fərqlənir.  Bu 

zaman  dialektik  və  tarixi  inkişaf  xüsusiyyətləri  dövrün 

məhz özünəməxsus xüsusiyyətlərinə müvafiq olaraq həya-

ta  keçirilir.  Xüsusi  metodologiya  sosial-psixoloji  nəzəriy-

yə  kimi  ifadə  olunur,  sosial  psixologiyanın  prinsiplərini, 

                                                 

4

Sosiologiya. Bakı, “Təbib”, 1994, səh.68. 




73 


qanunlarını və kateqoriyalarını əhatə edir. İctimai həyatın 

sosial  və  psixoloji  təşkili  səviyyələri  arasındakı  qarşılıqlı 

əlaqələri aydınlaşdırmaq məhz onun əsas vəzifəsini təşkil 

edir.  


 

3.  Metodologiyanı  konkret  metodiki  priyomların 

məcmusu  kimi  nəzərdən  keçirdikdə,  adətən,  sosial-psixo-

loji  tədqiqat  prosesində  tətbiq  olunan  konkret  tədqiqat 

metodlarından  söhbət  acılır.  Konkret  tədqiqat  metodikası 

isə ümumi və xüsusi  metodologiya əsasında aparılır. Onu 

heç də tədqiqat metodları, vasitə və üsullar ilə qarışdırmaq 

olmaz.  Hər  bir  konkret  tədqiqat  üsulunun  elmi,  nəzəri-

metodoloji  şərtləri  vardır  ki,  onlar  da  ümumi  və  xüsusi 

metodologiyanın müddəalarını özündə əks etdirir. Konkret 

tədqiqat  prosesi  isə,  özlüyündə  sosial-psixoloji  hadisənin 

mövcud  xarakteri ilə müəyyən olunur.  

 

Sosioloji  tədqiqatların  adətən  iki  tipini  fərqlən-



dirirlər.  Onun  birinci  tipi  araşdırma  tədqiqatları  adlanır. 

Bu zaman geniş  miqdarda  müxtəlif faktlar  tədqiq olunur, 

onların  bir-birinə  münasibəti,  bir-birindən  asılılığı  müəy-

yən edilir. Sosial tədqiqatların ikinci tipi eksperiment təd-

qiqatlardır. Onların konkret tədqiqat  metodikasını şərti də 

olsa dörd mərhələ üzrə qruplaşdırmaq olur:  

 

Birinci  mərhələ,  hazırlıq  mərhələsidir.  Bu  mərhə-



lədə müxtəlif yollarla (müşahidə, anket, sorğu və s.) ilkin 

məlumatlar toplanılır. Onların əsasında tədqiqatın empirik 

(faktların  ayırd  edilməsi,  tədqiqat  metodlarının  işlənilmə-

si),  məntiqi  (bir  müddəadan  başqasının  çıxarılması,  onla-

rın arasında  əlaqənin  müəyyən edilməsi) və  nəzəri  (səbə-

bin axtarılması, prinsiplərin aşkar edilməsi, fərziyyə və ya 

qanunların  müəyyən  edilməsi)  vəzifələri  həll  edilir.  Bu 

zaman  tədqiqatın  nəzəri  problemlərinin  işlənilməsinə 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə