Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə29/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   146

93 


İctimaiyyətlə əlaqələr  – milli siyasətin istinad etdiyi 

başlıca  istiqamətlərdən  biridir.  Çünki  bu  fenomen,  digər 

sahələrə  nisbətən  milli  psixologiyanı  daha  dolğun,  dürüst 

və  obyektiv  şəkildə  əks  etdirir.  Bəlli  bir  həqiqətdir  ki, 

postsovet  dövlətlərinin  milli  mədəniyyətlərinin  əksəriy-

yətində  müxtəlif  mədəniyyətlərin  (milli  olmayan  yerli  və 

tədricən  kənardan  mənimsənilən  və  ya  qəbul  etdirilən) 

özünəməxsusluqları əks edilmişdir. Bunlara totalitar sovet, 

avtoritar-feodal,  sosialist,  demokratik,  oliqarxik,  monar-

xik,  elitar-aristokrativ,  adi-kütləvi,  ənənəvi-milli  və  etnik 

ünsürləri də aid etmək olar. Bununla yanaşı, hər bir müasir 

cəmiyyətdə  atavistik  (insanın  ibtidai  təbiətindən  qalan 

vərdiş  və  adətlər)  fəsadlar  da  təzahür  edir.  Bu  şəraitdə 

dövlətin  ictimaiyyətlə  əlaqələr  siyasətinin  çox  da  asan 

olmayan  vəzifələrindən  biri  –  bu  sadalanan  ünsürlərin 

vahid  milli  mədəniyyət çərçivəsində tənzimlənməsi, onla-

rın bir vəhdət halına salınması və cəmiyyətdə demokratik 

mədəni dəyərlərin tədricən bərqərar olmasına yönəldilmə-

sidir.  Digər  əsas  vəzifələrdən  biri  isə  yüksək  mədəni 

səviyyəyə − elmi biliklərə, peşə bacarıqlarına, mütəşəkkil-

liyə  və  yüksək  əxlaqi  mənəviyyata  malik  insan  şəxsiyyə-

tinin formalaşdırılması üçün zəruri şəraitin yaradılmasıdır.  

Xalqların min illər boyu formalaşdırdığı milli psixo-

logiya  milli  siyasətin  həm  obyekti,  həm  də  subyektidir. 

Milli  siyasət  milli  psixologiyada  formalaşır  və  milli 

psixologiya vasitəsilə vətəndaş cəmiyyətini yaradır və onu 

idarə edən qüvvəyə çevrilir. Bu baxımdan milli siyasət, ilk 

öncə hər bir tarixi dövrdə,  yaxud konkret mərhələdə milli 

psixoloji  varisliyin  xüsusiyyətlərini  nəzərə  almağa 

məhkumdur. Hər bir millətin psixologiyası isə ilk növbədə 

özünü xalqın tarixi düşüncə tərzində, adət və ənənələrində, 



94 


bədii  təfəkküründə,  etik  və  estetik  baxışlarında,  dünya 

duyumunda,  yüksək bədii emosional formalarda və nəha-

yət milli mədəniyyətində tapır. 

Milli siyasətin milli mədəniyyətlə əsas təmas nöqtəsi 

tarixilikdir.  Milli  mədəniyyət  istənilən  tarixi  dövrü,  onun 

fakt və proseslərini, tarixi şəxsiyyətlərini və təfəkkür tərzi-

ni,  etik  və  etnoqrafik  əlamətlərini,  zövqünü,  bədii  forma 

imkanlarını    müasirlik  müstəvisində  təqdim  edərək  milli 

siyasət üçün potensial təminata çevrilə bilər.  

İctimaiyyətlə  əlaqələrdə  məhz  milliliklə  bəşəriliyin 

dialektikası  bir-birini  qarşılıqlı  şəkildə  tamamlayır.  Yəni, 

ən qiymətli milli sərvət olan insan istedadı ilə  yaradılmış 

heyrətləndirici  sənət  əsərləri  yalnız  bir  millətə  yox,  bütün 

bəşəriyyətə  məxsusdur.  Homer,  Firdovsi,  Nizami,  Mike-

lancelo,  Leonardo  da  Vinçi,  Füzuli,  Şekspir,  Bethoven, 

Bax,  Ü.Hacıbəyov  və  s.  kimi  şəxsiyyətlərin  hər  birinin 

yaratdığı    sənət  örnəkləri  həm  öz  millətini,  həm  də  bütün 

bəşəriyyəti  təmsil  edən  mədəniyyət  inciləridir.  Bu 

dahilərin miras qoyduğu mədəni irs neçə-neçə yüz illərdir 

ki,  öz  möhtəşəmliyi  ilə  mədəni  dünyanı  heyran  etmək-

dədir.  

İnkişaf  etmiş  dövlətlər  öz  milli  siyasətlərini,  məhz 

milli  mədəniyyət  vasitəsilə  həyata  keçirir  və  xalqların 

yaratdıqları  sərvətləri  qloballaşan  dünyaya  inteqrasiya 

edirlər. Çünki rəngarənglik və ictimai müxtəliflik tərəfdarı 

olan  mədəni  dünyanın  həmrəy  olduğu  düşüncəyə  görə, 

milli  mədəniyyət  təkcə  ideyaları,  dünyagörüşü  və  milli 

psixologiyanı  yox,  habelə  tarixi,  fəlsəfi,  dini  və  əxlaqi 

baxışları  da  özündə  birləşdirir.  Bütün  bunlarsız  isə  milli 

siyasəti  həyata  keçirmək,  onu  hərəkətə  gətirmək  qeyri-

mümkündür. 



95 


Mədəniyyət  siyasəti,  Avropa  Şurasının  “Çərçivədən 

kənar”  məruzəsinə  uyğun  olaraq,  mədəniyyət  sahəsində 

dövlət  tədbirləri  üçün  ümumi  çərçivələr  kimi  müəyyən 

edilir.  Bu  tədbirlər  milli  hökumətlər  və  yerli  hakimiyyət 

orqanları  və  yaxud  onların  agentlikləri  tərəfindən  qəbul 

edilə  bilər.  Mədəniyyət  siyasəti  dəqiq  müəyyən  olunmuş 

məqsədlər  tələb  edir.  Bu  məqsədlərin  gerçəkləşməsi  üçün 

planlaşdırmanı  həyata  keçirən  və  dəyərləndirməni  müm-

kün  edən  mexanizmlər  mövcud  olmalıdır.  Bu,  həmçinin 

fəlsəfə,  dünyagörüşü,  iqtisadiyyat  və  mədəniyyəti  ümumi 

inkişafın bir göstəricisi kimi yenidən nəzərdən keçirməyə 

kömək  edən  bir  sıra  orta  və  uzunmüddətli  vəzifələr 

deməkdir. 

Maliyyə  dəstəyinin  modernləşdirilməsi  yolunda  ən 

böyük əngəl tarixən təşəkkül tapmış büdcə strukturudur ki

o,  keçid  dövrü  ərzində  dəyişməz  olaraq  qalmışdır.  Ancaq 

bununla bərabər, həmin vəziyyət büdcə dekonsentrasiyası-

nın  inkişafı  baxımından  yaxşı  əlamətdir,  çünki  bu  halda 

büdcənin  75-80%-i  yerli  səviyyədə  bölüşdürülür  və  bu 

barədə qərar yerli orqanlar tərəfindən qəbul edilir. 

Mədəniyyət  müəssisələrinin  (muzeylərin,  kitabxana-

ların, mədəniyyət evlərinin) büdcəsi hələ də üç kateqoriya-

ya  bölünür:  əmək  haqları  və  sosial  ödəmələr;  binaların 

icarə, təmir və qulluq haqları; incəsənət əsərlərinin (bu si-

yahıda musiqi əsərləri yoxdur, amma güman edilir ki, on-

lar  həmin  siyahıya  daxil  ediləcəkdir),  habelə  kitabxana 

fondları üçün kitabların və dövri mətbuatın satın alınması. 

Üçüncü  kateqoriya  ümumi  büdcənin  ən  aşağı  faizinə 

malikdir  və  10%-dən  yuxarı  olmur.  Bu,  yerli  hakimiyyət 

orqanları  tərəfindən  idarə  edilən  müəssisələr  üçün  də 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə