.
38
da başlıca prioritetə çevrildi. Reklam və marketinq texno-
logiyasına keçid, istehlakın həcmi və xarakterinin, isteh-
lakçının həyat tərzinin, yəni son nəticədə sosial-mədəni
xarakterinin faktiki şəkildə proqramlaşdırılması demək idi.
Bu proseslərdə isə həqiqi mənada reklam və marketinq
işinə məhz sosial-iqtisadi və mədəni yeniliklərin texnolo-
giyası kimi də baxmaq olardı.
XX yüzilliyin axırlarından başlayaraq marketinq
konsepsiyası qeyri-kommersiya sferasında: təhsildə, elm-
də, mədəniyyət və incəsənətdə, siyasətdə daha geniş yayıl-
mağa başladı. Yeniliyin tətbiqinin həyata keçirilməsi biz-
nesin riskli növü hesab edilirdi. İnformasiya texnologi-
yaları və rabitə vasitələrindəki inqilabları yada salsaq,
görərik ki, o vaxt bu sahələrin məlumatlandırılması prose-
si lazımınca həyata keçirilmirdi. Belə ki, işçi heyətindən
və mütəxəssislərdən, onların ixtisas və motivasiyasından
daha çox asılılıq yaranırdı.
Bu gün mövcud iqtisadi inkişaf cəmiyyət həyatının
başlıca sahələri ilə (siyasət, mədəniyyət, elm, təhsil, incə-
sənət, idman) qırılmaz şəkildə əlaqədardır. Himayədarlıq,
xeyriyyəçilik, hamilik başlıca prioritetə çevrilir. Bütün
bunlar menecment texnologiyasını dəyişmək və zəngin-
ləşdirməklə ona sosial və multkulturoloji istiqamətli fəa-
liyyət xarakteri verir. Bütün bu xüsusiyyətlər isə bilavasitə
müasir rəqəmsal texnologiyalarının inkişafı, internet im-
kanlarının genişlənməsi şəraitində baş verir. Hansı ki,
bunlarsız müasir reklam və başqa biznes texnologiyalarını
təsəvvür etmək belə mümkün deyil. Bu texnologiyalar
ictimaiyyətlə əlaqələr sferasına daha intensiv daxil olur və
onun qarşısında tamamilə yeni inkişaf imkanı yaradır.
.
39
Müasir iqtisadiyyat, bu gün innovasiyalı cəmiyyətdə
daha çox qloballaşır. Bu proseslərdə hamının bir-biri ilə
ümumi rəqabəti başlayır. Qloballaşan bazar əlaqələrində
özünün xüsusi yerini tutmaq qabiliyyəti ön plana keçir. Bu
isə mövcüd olan iqtisadiyyata diqqəti cəlb etmək, istənilən
vasitə ilə tanınmağa nail olmaq şəraitini formalaşdırır. Bu
baxımdan da müasir iqtisadiyyat öz texnologiyaları ilə
sosial-mədəni sahəyə daha çox yaxınlaşır.
Bu gün ictimai, iqtisadi, siyasi həyatda ictimaiyyətlə
əlaqələrin rolunun artması artıq dünya inkişafının müasir
proseslərinin obyektiv qanunauyğunluğuna çevrilib. Bu
səbəbdən respublikamızda bütün sahələrdə baş vermiş
radikal dəyişikliklər (siyasi, hüquqi, iqtisadi, mənəvi) icti-
maiyyətlə əlaqələr sahəsinin idarə olunması sisteminə də
yeni prinsiplərlə yanaşma zərurətini tələb edir və bu yöndə
məqsədyönlü strategiyanın formalaşdırılması vacibliyini
irəli sürür. İctimaiyyətlə əlaqələr sahəsinin perspektiv
inkişafının müəyyənləşdirilməsində isə cəmiyyətin müasir
inkişaf mərhələsinin mühüm xüsusiyyətlərini nəzərə alıb
onları düzgün və obyektiv təhlil etmək vacibdır.
İqtisadi sistemlərin müqayisəli xarakteristikası bazar
iqtisadiyyatına keçməyin zəruriliyini təsdiq edir. Bu
istiqamətdə müvəffəqiyyətin qazanılması dərəcəsində qlo-
bal mədəniyyət problemlərinin həllinin və mədəniyyət
müəssisələrinin təsir gücünün rolu danılmazdır. Çünki
qlobal xarakterli problemlərin həllində dünyanın siyasi,
iqtisadi, mədəni hadisələrinin tənzimlənməsində beynəl-
xalq və milli mədəniyyət təşkilatlarının, müəssisələrinin
mühüm əhəmiyyəti vardır.
İqtisadi infrastrukturda ictimaiyyətlə əlaqələrin
inteqrasiyası, intensiv təcrübə mübadiləsi məsələsi olduq-
.
40
ca çətin və mürəkkəbdir. İctimaiyyətlə əlaqələr sektorunun
maliyyələşdirilməsinin müxtəlif modellərinə ötəri bir
nəzər yetirdikdə aydın görünür ki, mövcud sahəyə dün-
yada xeyli dərəcədə çoxlu sayda müqayisəli yanaşmalar
mövcüddür. Müxtəlif cəmiyyətlərdə onlardan məhz han-
sının istifadə olunmasının çətinliyi də labüddür. Bu məsə-
ləni qısa müddətdə reallaşdırmaq asan deyil. Ən səmərəli
və sərfəli yolu tapmaq üçün isə bu gün çox dərin araşdır-
malara ehtiyac vardır. İndiki dövrdə müxtəlif modellərdən
hansının seçilməsi, əsas götürülməsi ictimaiyyətlə əlaqələr
sahəsinin gələcək illərdəki vəziyyətini təyin edir.
Respublikamızda ictimaiyyətlə əlaqələr siyasəti ilə
bağlı olan mövcud problemlərə nisbətən sakit tərzdə nəzər
yetirmək lazımdır. Öz təbiətinə və miqyasına görə həmin
problemlər hazırda bütün dünya iqtisadiyyatının problem-
lərinə yaxındır. Ümumiyyətlə isə, ictimaiyyətlə əlaqələrin
təşkilində və təkmilləşdirilməsində yeni ictimai siyasətin
həyata keçirilməsi, bu sahədə çalışanların vəzifə və hü-
quqlarının mövcud qanunla tənzimlənməsini zəruri hal
sayılır. Sivil dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı
əlaqələrin yaranması hazırda hər bir ölkənin sosial-iqtisadi
inkişafında diqqət mərkəzində dayanmalı və başlıca
prioritetə çevrilməlidır.
2.2. Əhalinin sosial həyat səviyyəsinin
yaxşılaşdırılmasında ictimaiyyətlə əlaqələrin rolu
İqtisadiyyatın son nəticə etibarilə başlıca məqsədi
şəxsi istehlak, ölkə vətəndaşlarının daim artmaqda olan
maddi və mövcud tələbatlarını ödəməkdir. Maddi həyat
səviyyəsi məfhumu dedikdə, adətən yemək-içməyə,
Dostları ilə paylaş: |