.
86
3.5. Tədqiqatlarda sorğu anketlərin rolu
Sosioloji tədqiqatlar sosiologiyanın həm nəzəri,
həm praktik, həm də tətbiqi sahələrini əhatə edir. Bu ba-
xımdan ictimaiyyətlə əlaqələrin təşkilində sorgu-anketlə-
rın və başqa tədqiqat metodların əhəmiyyəti əvəzsizdir.
Sosioloji tədqiqatlar bütün cəmiyyətlərdə inkişafın tən-
zimləyicisi, təkamülün hərəkət mexanizmi kimi nəzərə
çarpır. Sosioloji tədqiqatlar aparmadan maddi, mənəvi, si-
yasi, elmi, dini və s. proseslərin inkişaf dinamikasını də-
qiqləşdirmək və istiqamətləndirmək mümkün deyildir.
Buna görə də, vaxtaşırı aparılan sosioloji tədqiqatlar icti-
mai həyatın bütün sahələri üzrə statistik məlumatların əldə
olunmasına, insanların mənəvi və iqtisadi tələbatlarının
öyrənilməsinə kömək edir. Sosioloji tədqiqatlar vasitəsilə
əldə olunan məlumatların cəmiyyətin həyatına yaradı-
cılıqla tətbiqi, təkamül prosesində yaranan durğunluqları
aradan qaldırmaq üçün bir vasitəyə çevrilir. Eyni zamanda
sosioloji tədqiqatlar vasitəsilə bu və ya digər problemlər,
məsələlər haqqında əhalinin ictimai fikri müəyyənləşdirilir
və həmin müəyyənləşmənin müqabilində müvaffiq işlər
görülür, ehtiyaclar ödənilir, yeniliklər meydana gəlir.
Sosioloji tədqiqat aparılması dəqiqlik tələb etdiyin-
dən onun iştirakçıları arasında maarifləndirmə tədbirlərin
həyata keçirilməsinə çox böyük ehtiyac vardır. Sorğular
daha çox əhalinin istək və arzularının öyrənilməsində mü-
hüm əhəmiyyət kəsb edir. sorğular vasitəsi ilə cəmiyyətdə
ictimadi rəy formalaşdırılır. Sorğular vasitəsilə statistik
təhlillər, müqayisələr və araşdırmalar aparılır.
Tədqiqatların ən geniş yayılmış formalarından biri
anketləşdirmədir. Anketləşdirmə qrup və fərdi formada
.
87
olur. Qrup şəklində anketləşdirmədən əsasən əmək kollek-
tivlərində və təhsil müəssisələrində istifadə olunur. Sorğu
aparılan qrup arasında anketləri işləmək üçün bir nəfər tə-
yin edilir. Həmin şəxsin təlimatına əsasən 15-20 nəfərlə
sorğu aparmaq imkanı yaranır. Məhz qrupla iş aparmaq
üçün bir nəfərin təyin edilməsi respandentlərə sorğu ilə
bağlı əlavə məlumatlar almaq imkanı yaradır, onlara fərdi
məsləhətlər verilir, anketi doldurma qaydaları başa salınır.
Həmçinin sorğu qrupuna təyin olunan şəxs tədqiqatın
keyfiyyətinə birbaşa nəzarət edə bilir.
Fərdi anketləşdirmə prosesində isə konkret sualları
özüdə əks etdirən anketlər respandentlərə iş yerlərində və
ya yaşayış yerlərində paylanılır. Hazırda ilkin sosioloji
informasiyanın əldə edilməsində sorğu anketlərinin əhə-
miyyəti olduqca böyükdür. Sosioloji sorğu anketləri həm
tədqiqatın obyekti ilə bağlı olan sualların əhatə dairəsinə
görə fərqlənir, həm də obyekt haqqında keyfiyyət və
kəmiyyət etibarı ilə fərqlənən informasiya toplusuna real
zəmin yaradır. Digər tərəfdən, sorğu anketi vasitəsilə
toplanılan informasiyanın təhlili də əhəmiyyətli olur.
Həmin anketin təkrarən təhlil etmək üçün problem olmur.
Ən əsas məsələ sorğu anketin suallarının düzgün qurul-
ması və onun konkretliliyi məsələsidir. Həyat fəaliyyəti
prosesində bizi əhatə edən fakt və hadisələr, yaranan sual-
lar haqqında düşünmək ilk öncə çox sadə görünür. Ancaq
sualların qoyuluşu daha çox tədqiqatın funksiyasından və
onun məzmun tələblərindən irəli gəlir. Suallar həm res-
pendentlər üçün aydın olmalı, həm də onların hər birini
maraqlandırmalıdır. Buna görə də istifadə olunan suallar
öz məzmununa görə birbaşa respentdentin özünə, onun
şəxsiyyətinə, marağına da aid ola bilər. Bunları nəzərə
.
88
alsaq anket suallarını öz funksiyasına görə əsas və qeyri-
əsas bölgü üzrə qiymətləndirmək olar. Eyni zamanda
qapalı və açıq suallar qrupu da vardır. Qapalı sual o hesab
olunur ki, həmin sualın cavabının müxtəlif variantları olur.
Qapalı suallar alternativli və qeyri-alternativliyi ilə də
fərqlənə bilər. Məsələn, respendentə belə bir sualla müra-
ciət etmək olar: “Siz biznes sahəsi ilə məşğul olursunuz-
mu?” həmin suala qısa cavab vermək üçün münasibət
“hə”, “yox” sözlərini dairəyə almaqla bildirilir. Yaxud da
münasibət bildirilən variantın altından xətt çəkilir. Belə
münasibət bildirmək respendent üçün də asan olur. Çünki
cavabı geniş cümlə ilə yazmağa ehtiyac duyulmur. Bu da
bütün şəraitdə respendentə anket sualına münasibət
bildirmək imkanı verir.
Sosioloji tədqiqatlarda anketinin tərtibi və onların
düzgün aparılması xüsusi peşəkarlıq tələb edir. Anket bir
növ respendentlərlə müşahidə ssenarisidir. O, respendenti
maraqlandıra biləcək bir səviyyədə tərtib olunmalıdır.
Xüsusi qrafik formasında tərtib olunmuş anketlərə daha
çox diqqət yetirmək lazımdır. Belə anketlərdə şriftlər
aydın göstərilməli, müstəqil cavablara kifayət qədər geniş
yer verilməli, işarələrdən və başqa qrafik vasitələrdən
dəqiq istifadə olunmalıdır. Anketlərin qrafik tərtibatında
illüstrasiyalara daha çox üstünlük verilməli və burada
respendentin psixoloji durumu da eyni zamanda nəzərə
alınmalıdır. Bu gün cəmiyyətdə illüstrasiyalar psixoloji
təsiretmədə daha güclü və effektli vasitələrdən biri hesab
edilir.
Sorğu, debat və dialoq vasitəsilə informasiyanın
toplanması metodudur. Bu metodun populyarlığı onun
özünəməxsus universallığı ilə izah olunur. Əgər müşahidə
Dostları ilə paylaş: |