Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə26/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   146

83 


3.4. Tədqiqatların əsas mərhələləri 

 

 

Sosioloji  tədqiqatların  aparılması  prosesi  bir  çox 



elmi və metodoloji ümumiləşdirmə mərhələlərindən keçir. 

Birinci  mərhələ  sosioloji  tədqiqatların  məqsədindən  iba-

rətdir  ki,  burada  əsas  prioritetlər  müəyyən  edilir.  Yalnız 

bundan  sonra  tədqiqatın  əhatə  dairəsi  konkret  olaraq  də-

qiqləşdirilir.  Bu  prosesdə  aparılan  sosioloji  tədqiqatlar 

eyni zamanda böyük nəzəri və praktiki əhəmiyyətə malik 

olur. Bu isə öz növbəsində tədqiqatın iş planının hazırlan-

masına, idarəetmə sisteminə  aid olan qətiyyətli qərarların 

verilməsinə, sosial həyatın müxtəlif sahələri üzrə səmərəli 

fəaliyyətin təşkil olunmasına əsaslı dərəcədə müsbət təsir 

göstərir.  

 

Ilkin  mərhələdə,  sosioloji  tədqiqatın  təşkilatçıları 



qarşıya qoyulan məqsədlə bağlı olan problemlərin həllinə 

aid  vasitə  və  imanları  nəzərdən  keçirirlər.Ikinci  mərhələ, 

tədqiqatın  obyektinin  müəyyən  edilməsi  və  predmetinin 

dəqiqləşdirilməsi  mərhələsidir.  Təbii  ki,  burada  sosioloji 

tədqiqatın  obyekti  insanların  fəaliyyəti  və  onların  birliyi, 

ümumi  maraqları,  fərdi  xüsusiyyətləri  və  s.  ilə  əlaqədar 

olur.  Burada  əsas  məsələ  ondadır  ki,  sosioloji  tədqiqatın 

obyekti  məhz  ictimai,  siyasi,  mədəni  əhəmiyyət  kəsb 

etməli və sosial problemlərin əsas daşıyıcılarına çevrilmə-

lidir.  Bundan  sonra  isə  obyektin  öyrənilməsi  prosesində 

əldə olunan bilgilər əsasında sosial mühitə bu və ya digər 

formada  təsir  etmək  imkanı  yaranır.  Nəzərə  almaq 

lazımdır  ki,  hər  bir  tədqiqat  obyektinin  hüdudları,  yəni 

əhatə dairəsi daha geniş olur. Bu proses bəzən də tədqiqat 

obyektinin hüdudlarından kənarda özünü biruzə verir. Bu 

amil  tədqiqat  obyektinin  gerçəkləşdirilməsinə  səbəb  olur, 




84 


aparılan  sosioloji  tədqiqatın  obyektiv  nəticələrinin  müəy-

yənləşdirilməsinə  daha  geniş  şəkildə  imkan  yaradır.  Belə 

vəziyyətləri isə,  müxtəlif mədəni-kütləvi tədbirlərdə  daha 

yaxından müşahidə etmək mümkündür. Məsələn, yaradıcı-

lıq  məşğələlərində  səviyyənin  aşağı  olması  və  yaxud  da 

hər hansı bir tədbirin şablon metodika ilə keçirilməsi təkcə 

iştirakçıların  fəallığının  aşağı  səviyyədə  olmasından  asılı 

deyildir.  Bəzən  bu  halın  əsas  səbəbini  məşğələni  aparan 

müəllimin, rəhbərin və ya təşkilatçının səviyyəsinin aşağı 

olmasında axtarmaq lazım gəlir. Bu vəziyyət isə tədqiqatın 

obyektini ikiləşdirir. Bir tərəfdən iştirakçılar və ya dinləyi-

cilər  ayrıca  tədqiqat  obyektinə  çevrilir,  digər  tərəfdən  isə 

tədqiqatın bir obyekt kimi təşkilatçıların, müəllimlərin sə-

viyyəsini,  işgüzarlıq  dərəcəsini  və  s.  xüsusiyyətlərini  öy-

rənməyə zərurət yaradır. Bu amillərin aşkar edilməsi həm 

də  tədqiqat  obyektinin  düzgün  müəyyənləşdirilməsi  üçün 

real şəraiti aşkar edir. Məhz obyektin müxtəlif tərəflərinin 

aşkar  edilməsi  və  öyrənilməsi  tədqiq  olunan  problemin 

hərtərəfli  şəkildə  öyrənilməsinə  imkan  yaradır.  Üçüncü 

mərhələ,  tədqiqat  prosesində  istifadə  olunan  vasitələrin, 

metodların  və  anlayışların  məntiqi  təhlilindən  ibarətdir. 

Məntiqi  təhlil  zamanı  əsasən  tədqiqatın  metodologiyası 

dəqiqləşdirilir və  bu dəqiqləşdirməyə uyğun tədqiqat me-

xanizmi,  onun  vahid  konsepsiyası  ümumiləşdirilmiş  for-

mada  işlənilir. Yalnız  bu vəziyyətlərin həyata  keçirilməsi 

əldə olunan ilkin informasiyaları gerçəkləşdirir.  

 

Maraqlıdır  ki,  bu  gün  ictimaiyyətlə  əlaqələrin  fəa-



liyyət  imkanlarının  tətbiqini  sosiologiyadan  heç  də  ayrı 

təsəvvür  etmək  mümkün  deyildir.  Belə  ki,  hər  iki  sahə 

empirik  materialların  məntiqi  quruluşuna  xüsusi  diqqət 

yetirir  və  bu  məqsədlə  də  sosioloji  tədqiqatlar  zamanı 




85 


metodoloji  prosedurların  həyata  keçirilməsinə  yaxından 

kömək  göstərir.  Tədqiqat  prosesində  mühüm  yer  tutan 

əsas  anlayışlar  geniş  təhlil  olunur.  Məsələn,  “sosial  fəal-

lıq”, “sosial siyasi və iqtisaid fəallıq”, “sosial-mənəvi fəal-

lıq” və s. anlayışların təhlili aparılan sosioloji tədqiqatların 

istiqamətini  genişləndirir,  onun  məzmununu  və  əhatə 

dairəsinə  yeni  çalarlar  gətirir.  Eyni  zamanda  bu  prosesdə 

həm də anlayışların məntiqi təhlili aparılır və tədqiqat ob-

yektinin xarakterik xüsusiyyətləri aşkarlanır. Bu da nəticə 

etibarı  ilə  tədqiqatla  bağlı  yeni  hipotezlərin  meydana 

gəlməsinə səbəb olur.  

 

Tədqiqatın hipotezləri onun məqsədinin aydınlaşdı-



rılmasına yardımçı olur, müxtəlif metod və üsulların tətbiq 

olunmasına zəmin yaradır. Hipotezin formula edilməsi isə, 

nəticədə  tədqiqatın  ümumi  istiqamətini  müəyyənləşdirir. 

Beləliklə də,  hipotez vasitəsilə hər hansı faktın, hadisə və 

prosesin  izah  edilməsi  üçün  irəli  sürülən  elmi  fərziyyələr 

məntiqi  təhlil  prosesində  ya  təsdiq  olunur  və  ya  da  ki, 

birdəfəlik  inkar  edilir.  Məlumdur  ki,  obyektlərdən  asılı 

olmayaraq  bütün  sosioloji tədqiqatlar  müxtəlif fərziyyələ-

rə  və  elmi  faktlara  istinad  edir.  Bu  baxımdan  fərziyyələr 

sosioloji  informasiyanın  toplanması  prosesində  də  xüsusi 

əhəmiyyət  kəsb  edir  və  aparılan  tədqiqatın  operativliyini 

əsaslı şəkildə sürətləndirir. Bu prosesdə araşdırıcının abs-

trakt təfəkkürü xüsusi rol oynayır. Abstrakt təfəkkür tədqi-

qatçının  fantaziyasını  artırır  və  bir  çox  mücərrəd  anlayış-

ların  həll  edilməsındə  ona  yardımçı  olur.  Digər  tərəfdən 

isə abstrakt təfəkkür tədqiqatçıya həm də, çevik düşünmək 

və  konkret  fikir  yürütmək  imkanını  yaradır.  Xüsusilə, 

ayrı-ayrı  anlayışların  məntiqi  təhlili  prosesində  abstrakt 

təfəkkür əsas prioritet istiqamətlərdən birinə çevrilir.  



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə