.
93
İctimaiyyətlə əlaqələr – milli siyasətin istinad etdiyi
başlıca istiqamətlərdən biridir. Çünki bu fenomen, digər
sahələrə nisbətən milli psixologiyanı daha dolğun, dürüst
və obyektiv şəkildə əks etdirir. Bəlli bir həqiqətdir ki,
postsovet dövlətlərinin milli mədəniyyətlərinin əksəriy-
yətində müxtəlif mədəniyyətlərin (milli olmayan yerli və
tədricən kənardan mənimsənilən və ya qəbul etdirilən)
özünəməxsusluqları əks edilmişdir. Bunlara totalitar sovet,
avtoritar-feodal, sosialist, demokratik, oliqarxik, monar-
xik, elitar-aristokrativ, adi-kütləvi, ənənəvi-milli və etnik
ünsürləri də aid etmək olar. Bununla yanaşı, hər bir müasir
cəmiyyətdə atavistik (insanın ibtidai təbiətindən qalan
vərdiş və adətlər) fəsadlar da təzahür edir. Bu şəraitdə
dövlətin ictimaiyyətlə əlaqələr siyasətinin çox da asan
olmayan vəzifələrindən biri – bu sadalanan ünsürlərin
vahid milli mədəniyyət çərçivəsində tənzimlənməsi, onla-
rın bir vəhdət halına salınması və cəmiyyətdə demokratik
mədəni dəyərlərin tədricən bərqərar olmasına yönəldilmə-
sidir. Digər əsas vəzifələrdən biri isə yüksək mədəni
səviyyəyə − elmi biliklərə, peşə bacarıqlarına, mütəşəkkil-
liyə və yüksək əxlaqi mənəviyyata malik insan şəxsiyyə-
tinin formalaşdırılması üçün zəruri şəraitin yaradılmasıdır.
Xalqların min illər boyu formalaşdırdığı milli psixo-
logiya milli siyasətin həm obyekti, həm də subyektidir.
Milli siyasət milli psixologiyada formalaşır və milli
psixologiya vasitəsilə vətəndaş cəmiyyətini yaradır və onu
idarə edən qüvvəyə çevrilir. Bu baxımdan milli siyasət, ilk
öncə hər bir tarixi dövrdə, yaxud konkret mərhələdə milli
psixoloji varisliyin xüsusiyyətlərini nəzərə almağa
məhkumdur. Hər bir millətin psixologiyası isə ilk növbədə
özünü xalqın tarixi düşüncə tərzində, adət və ənənələrində,
.
94
bədii təfəkküründə, etik və estetik baxışlarında, dünya
duyumunda, yüksək bədii emosional formalarda və nəha-
yət milli mədəniyyətində tapır.
Milli siyasətin milli mədəniyyətlə əsas təmas nöqtəsi
tarixilikdir. Milli mədəniyyət istənilən tarixi dövrü, onun
fakt və proseslərini, tarixi şəxsiyyətlərini və təfəkkür tərzi-
ni, etik və etnoqrafik əlamətlərini, zövqünü, bədii forma
imkanlarını müasirlik müstəvisində təqdim edərək milli
siyasət üçün potensial təminata çevrilə bilər.
İctimaiyyətlə əlaqələrdə məhz milliliklə bəşəriliyin
dialektikası bir-birini qarşılıqlı şəkildə tamamlayır. Yəni,
ən qiymətli milli sərvət olan insan istedadı ilə yaradılmış
heyrətləndirici sənət əsərləri yalnız bir millətə yox, bütün
bəşəriyyətə məxsusdur. Homer, Firdovsi, Nizami, Mike-
lancelo, Leonardo da Vinçi, Füzuli, Şekspir, Bethoven,
Bax, Ü.Hacıbəyov və s. kimi şəxsiyyətlərin hər birinin
yaratdığı sənət örnəkləri həm öz millətini, həm də bütün
bəşəriyyəti təmsil edən mədəniyyət inciləridir. Bu
dahilərin miras qoyduğu mədəni irs neçə-neçə yüz illərdir
ki, öz möhtəşəmliyi ilə mədəni dünyanı heyran etmək-
dədir.
İnkişaf etmiş dövlətlər öz milli siyasətlərini, məhz
milli mədəniyyət vasitəsilə həyata keçirir və xalqların
yaratdıqları sərvətləri qloballaşan dünyaya inteqrasiya
edirlər. Çünki rəngarənglik və ictimai müxtəliflik tərəfdarı
olan mədəni dünyanın həmrəy olduğu düşüncəyə görə,
milli mədəniyyət təkcə ideyaları, dünyagörüşü və milli
psixologiyanı yox, habelə tarixi, fəlsəfi, dini və əxlaqi
baxışları da özündə birləşdirir. Bütün bunlarsız isə milli
siyasəti həyata keçirmək, onu hərəkətə gətirmək qeyri-
mümkündür.
.
95
Mədəniyyət siyasəti, Avropa Şurasının “Çərçivədən
kənar” məruzəsinə uyğun olaraq, mədəniyyət sahəsində
dövlət tədbirləri üçün ümumi çərçivələr kimi müəyyən
edilir. Bu tədbirlər milli hökumətlər və yerli hakimiyyət
orqanları və yaxud onların agentlikləri tərəfindən qəbul
edilə bilər. Mədəniyyət siyasəti dəqiq müəyyən olunmuş
məqsədlər tələb edir. Bu məqsədlərin gerçəkləşməsi üçün
planlaşdırmanı həyata keçirən və dəyərləndirməni müm-
kün edən mexanizmlər mövcud olmalıdır. Bu, həmçinin
fəlsəfə, dünyagörüşü, iqtisadiyyat və mədəniyyəti ümumi
inkişafın bir göstəricisi kimi yenidən nəzərdən keçirməyə
kömək edən bir sıra orta və uzunmüddətli vəzifələr
deməkdir.
Maliyyə dəstəyinin modernləşdirilməsi yolunda ən
böyük əngəl tarixən təşəkkül tapmış büdcə strukturudur ki,
o, keçid dövrü ərzində dəyişməz olaraq qalmışdır. Ancaq
bununla bərabər, həmin vəziyyət büdcə dekonsentrasiyası-
nın inkişafı baxımından yaxşı əlamətdir, çünki bu halda
büdcənin 75-80%-i yerli səviyyədə bölüşdürülür və bu
barədə qərar yerli orqanlar tərəfindən qəbul edilir.
Mədəniyyət müəssisələrinin (muzeylərin, kitabxana-
ların, mədəniyyət evlərinin) büdcəsi hələ də üç kateqoriya-
ya bölünür: əmək haqları və sosial ödəmələr; binaların
icarə, təmir və qulluq haqları; incəsənət əsərlərinin (bu si-
yahıda musiqi əsərləri yoxdur, amma güman edilir ki, on-
lar həmin siyahıya daxil ediləcəkdir), habelə kitabxana
fondları üçün kitabların və dövri mətbuatın satın alınması.
Üçüncü kateqoriya ümumi büdcənin ən aşağı faizinə
malikdir və 10%-dən yuxarı olmur. Bu, yerli hakimiyyət
orqanları tərəfindən idarə edilən müəssisələr üçün də
Dostları ilə paylaş: |