Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə32/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   146

102 


tədbirlərlə  yanaşı,  mədəniyyət  müəssisələrinin  rolu  daha 

böyükdür.  Cəmiyyətin  maariflənməsi  formal  təsisatlardan 

kənar  ancaq  mədəniyyət  institutları  ilə  mümkündür. 

Qloballaşmanın bu tipli müsbət nailiyyətlərini və transpol-

yasiyasını isə bütün dünya xalqları dəstəkləyir. 

Hər  bir  xalqın  mədəni  irsi,  onun  milli  yaradıcılıq 

potensialının  etibarlı  göstəricisidir.  Mədəni  irsin  qorun-

ması və inkişaf etdirilməsi ümumilikdə cəmiyyətin inkişa-

fının  və  bütün  sahələrdə  yüksək  nailiyyətlər  əldə  etmək 

cəhdlərinin  ayrılmaz  bir  hissəsidir.  Bu  baxımdan  tarixi 

memarlıq  abidələri,  muzeylər,  kitabxanalar  və  arxivlər 

mədəni irsi mühafizə edən ən mühüm mədəniyyət ocaqla-

rıdır. 

Dünyanın bir çox ölkələrində bir qayda olaraq mədə-



ni irsin qorunması, saxlanması və onun fundamental inki-

şafı  dövlət  siyasətinin  tərkib  hissəsi  kimi,  onun  maliyyə 

vəsaitləri  hesabına  həyata  keçirilir.  Buna  baxmayaraq 

mədəniyytlə bağlı əlavə fəaliyyət sahələrinə özəl sektorun 

cəlb olunması da həvəsləndirilə bilər. Buraya müxtəlif tə-

lim proqramları bədii gecələrin, incəsənət tədbirlərinin və 

mədəniyyət  mərkəzlərinə  ekskursiyaların  və  turizmin  təş-

kil  olunması,  nəqliyyat,  informasiya  texnologiyası  və 

eləcə də digər pərakəndə satış sahələri aiddir. Bundan əla-

və  bəzi  mədəniyyət  mərkəzləri  özəl  sektora,  idarəetməyə 

verilə bilər. Bütün bunlar hökumətin inkişaf strategiyasına 

tam  uyğun  olaraq,  gəlir  əldə  etmə  imkanlarının  yaradıl-

masına birbaşa təsir göstərəcəkdir. 

Bu  gün  mədəniyyət  sahəsində  özünü  tənzimləmə 

metodları  tətbiq  edilməli,  prioritetlər  müəyyənləşdirilməli 

və  maliyyələşdirilmə  prosesi  düzgün  və  şəffaf  şəkildə 

həyata  keçirilməlidir.  Yalnız  birgə  səmərəli  fəaliyyət 



103 


nəticəsində milli mədəniyyətin özünəməxsusluğunu, milli-

mədəni  dəyərləri  qorumaq,  mühafizə  etmək  mümkündür. 

Bu mənada mədəniyyət sahəsində vergi siyasəti mədəniy-

yətə  vəsait  və  investisiya  cəlb  edilməsində  əsas  mexaniz-

mlərdən  biridir.  İqtisadiyyatda  keçid  dövrünü  yaşayan 

bütün  ölkələrdə  olduğu  kimi  Azərbaycanın  da  vergi  qa-

nunvericiliyi özünün təşəkkül mərhələsinə gəlib çatmışdır. 

 

4.3. İdarəetmədə ictimaiyyətlə əlaqələrin əsas 



xüsusiyyətlərindən istifadənin əhəmiyyəti 

 

İdarəetmə  münasibətləri  geniş  əhatəli  münasibətlər 

sistemindən  ibarətdir.  Bu  heç  də  donuq  halda  ola  bilməz. 

İstehsal qüvvələri inkişaf etdikcə idarəetmə münasibətləri 

də  inkişaf  etməli,  təkmilləşməlidir.  İdarəetmə  münasibət-

lərinə vahid sistem  halında  yanaşmaq lazımdır. İdarəetmə 

münasibətləri  idarə  olunanla  idarə  edənlər,  müəssisə  ilə 

sexlər, müəssisə ilə yuxarı qurumlar arasındakı münasibət-

ləri  əks  etdirir.  İdarəetmə  münasibətləri  həmçinin  şəxsiy-

yətlərarası,  qarışıq,  qrup,  fərdi  münasibətlərə  ayrılır. 

Bütün idarəetmə münasibətləri milli mənafeyə əsaslanma-

lıdır.  


İdarəetmənin  funksiyaları  və  prinsipləri  müxtəlif 

metodların tətbiqi yolu ilə həyata keçirilir. Başqa sözlə, bu 

proses  idarəetmə  metodların  tətbiqinə  əsaslanan  yaradıcı-

lıqdır.  İdarəetmənin  metodları  aşağıdakı  suallara  cavab 

verməlidir: 

 



Yerinə yetiriləcək məsələni icraçının qarşısın-

da necə qoymalı; 

 

İcraçıya səmərəli formada necə təsir etməli




104 


 

Qəbul  edilən  qərarı  qısa  bir  vaxtda  və 



keyfiyyətlə necə yerinə yetirməli. 

Qəbul  edilmiş  qərarların  yerinə  yetirilməsi,  qoyul-

muş  məqsədə  nail  olunması  vahid  idarəetmə  metodların-

dan  istifadə  olunmasını  tələb  edir.  İdarəetmə  metodları 

rəhbərin  fəaliyyətini  məqsədəuyğun  istiqamətə  yönəldir. 

Şəraitdən, idarə ediləcək obyektin xarakterindən və icraçı-

ların fərdi qabiliyyətlərindən asılı olaraq rəhbər- idarəedici 

şəxs, həm də təsirin zəruri formasını tapmağa çalışır. 

Beləliklə, idarəetmə metodları, mövcud şəraitdə ida-

rəedilən obyektin tələbatları və vəziyyətindən asılı olaraq, 

qarşıda  qoyulmuş  məsələləri  həll  etmək  üçün,  rəhəbrin 

kollektivin  birgə  fəaliyyətinə  məqsədəuyğun  təsir  forma-

sıdır. 

İdarəetmənin  metodları  –  məqsədə  çatmaq  üçün 

idarəedilən  obyektə  təsir  vasitələri  və  üsullarının  məcmu-

sudur. 

Bunlara  əsaslanaraq  demək  olar  ki,  ictimaiyyətlə 



əlaqələr sahəsində idarəetmənin metodları – ictimai sahə-

nin təşkili və idarə olunması prosesində tətbiq edilən üsul-

ların  məcmusu,  işçilərə  məqsədyönlü  təsir  göstərmə  vasi-

tələrindən ibarətdir. 

İdarəetmənin  bütün  metodları  insanların  sosial  tələ-

batına  (dərk  etmək,  hörmət,  özünü  təsdiqləmə)  istiqamət-

lənir.  İdarəetmənin  metodları  seçilərkən  aşağıdakılar 

nəzərə alınmalıdır: 

 

Məqsədə nail olmaq sürəti



 

Məqsədə nail olmaq ehtimalı; 



 

Tabeçilikdə olanlara münasibət; 



 

İdarəedənin şəxsiyyəti



 

İdarə olunanın şəxsiyyəti; 




105 


 

İqtisadi müstəqillik; 



 

Kollektivdə sağlam əhval-ruhiyyə. 



Deməli,  idarəetmənin  metodları  ictimai  fəaliyyətin 

kompleks idarəçilik funksiyaları ilə əlaqədar olub, onların 

icra  edilməsi  vasitələridir.İctimaiyyətlə  əlaqələr  sahəsinin 

idarə  edilməsinin  metodları  ilk  növbədə  onların  strateji 

inkişaf  vəzifələrini,  dövlətin  ictimai  əlaqələr  sahəsindəki 

siyasəti  və  qanunların  həyata  keçirilməsini  bilavasitə  ger-

cəkləşdirir.  Müasir  şəraitdə  ictimaiyyətlə  əlaqələr  sahəsi-

nin  idarəedilməsində  ən  çox  tətbiq  edilən  metodlar  aşağı-

dakılardır: 

1. İnzibati metod;  

2. İqtisadi metod;  

3. Sosial-psixoloji metod. 

İnzibati  metod  idarəetmənin  təşkilati  –  sərəncam 

metodu olub əsasən ictimai əlaqələrlə bağlı olan müəssisə-

lərin  idarə  edilməsini  nəzərdə  tutur.  Burada  qanunlara, 

norma-normativlərə və əmr-sərəncamlara daha çox üstün-

lük verilir. Bu metod ictimai əlaqələrlə bağlı olan müəssi-

sələrin  təşkilati  quruluşu,  əsasnamələr,  vəzifə  təlimatları, 

tənzimedici  sənədləri,  normativlər,  reqlamentlər  və  s. 

idarəetmə  vasitələrinin  köməyi  ilə  onların  fəaliyyətinin 

istiqamətləndirilməsini həyata keçiririr. 

İctimai  təşkilatlar  çərçivəsində  inzibati  sərəncam 

metodunun təzahürünün 3 forması mövcuddur: 

1. Məcburi sərəncam (əmr, qadağa və s.). 

2. Razılaşma (məsləhət, güzəştə getmək). 

3.  Tövsiyə,  təklif  etmək  (məsləhət,  aydınlaşdırmaq, 

təmənna etmək və s.). 

Bir  qayda  olaraq  bunlar  yuxarı  təşkilatların  birbaşa 

tapşırıq  və  sərəncamlarıdır.  Nizamlaşdırma  inzibati 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə