Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə33/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   146

106 


aktların  köməyi  ilə  ictimaiyyətlə  əlaqədar  olan  sahələrin, 

kollektivin,  onun  struktur  bölmələrinin,  ayrı-ayrı  işçilərin 

fəaliyyətinin  hüquqi  bazasının  yaradılması  deməkdir.  Bu 

sənədlər  hüquqi  akt  forması  olduğuna  görə  müvafiq 

kollektiv  üçün  məcburidir.  Bu  hüquqi  reqlamentləşdirmə 

sənədləri  ictimai  əlaqələr  sahələrinin  daxili  quruluşunu 

müəyyən  edir,  qurumlar  və  bölmələr  arasındakı  qarşılıqlı 

təsir qaydalarını, hər birinin konkret fəaliyyət dairəsini, bu 

fəaliyyətin məqsəd və vəzifələrini, iş üsullarını nizamlayır.  

İctimai əlaqələr sahələrində idarəetmə prosesinə rəh-

bərin  təşkilati  təsiri  xüsusi  maraq  doğurur.  Əslində  bu, 

rəhbərin bütün kollektivə, onun hər bir üzvünə sərəncam-

vermə  təsiridir.  İdarəetmə  prosesinə  inzibati  təsiretmə  bir 

qayda olaraq üç tip tabeliklə bağlıdır: məcburi və xaricdən 

vadar  edilmiş;  passiv;  düşünülmüş  və  daxilən  əsaslandı-

rılmış. 


İctimai  fəaliyyətin  idarə  edilməsinin  təşkilati-sərən-

cam  vasitələrinin  tətbiqi  nəticəsində  hər  bir  müəssisədə 

problem xarakterli şərait, hadisə, vəzifə tənzimlənir, neqa-

tiv  hallar  aradan  qaldırılır,  zəruri  hallarda  fəaliyyətin 

gedişində müəyyən dəyişiklər aparılır. 

İnzibati-sərəncam  təsiri  özündə  aşağıdakı  tərkib 

hissələri birləşdirir: təsirin növləri və tipləri; ünvan, tapşı-

rığın qoyuluşu və onun yerinə yetirilməsi meyarlarının tə-

yini;  məsuliyyətin  müəyyən  edilməsi;  tabelikdə  olanların 

təlimatlandırılması.  Bunlar  istehsal  prosesinə  və  işçilərin 

əməyinə birbaşa təsir vasitəsi olub, ümumi vəzifənin yeri-

nə  yetirilməsinə  imkan  verir.  Bu,  idarə  edilən  sistemin 

mövcudluğu və inkişafı üçün əlverişli şərait yaradır, idarə-

etmə obyektinə məqsədəuyğun təsir göstərir. 




107 


İnzibati metodun başlıca xüsusiyyətlərindən biri nor-

ma  və  normativlərin  tətbiqi  və  onlara  əməl  edilməsi  pro-

sesidir.  Bütün  müəssisələr,  təşkilatlar  fəaliyyət  xarakte-

rindən  asılı  olmayaraq  dövlət  tərəfindən  qəbul  edilmiş 

norma və normativlərə əməl etməyə borcludur. Norma və 

normativlərin  və  qanunların  pozulması  üçün  müəssisə 

rəhbərləri cavabdehlik daşıyırlar.  

İdarəetmə münsaibətləri birinci növbədə iqtisadi mü-

nasibətlərə  və  insanların  onların  əsasında  duran  obyektiv 

tələbatları  və  maraqları  ilə  müəyyən  olunur.  Məhz  buna 

görə də iqtisadi metodlara idarəetmədə əsas yer verilir. İq-

tisadi metod idarəetmədə iqtisadi mənafelərin nəzərə alın-

masına və maddi maraq əsasında fəaliyyətin təşkili və apa-

rılmasına  əsaslanır.  İdarəetmənin  iqtisadi  metodu  hər  bir 

işçinin əməyinin nəticəsindən asılı olaraq, onun şəxsi ma-

rağının cəmiyyətin və firmanın maraqları ilə mümkün qə-

dər yaxınlaşdırılmasının təmin olunmasına yönəldilmişdir.  

İctimaiyyətlə  əlaqələr  sahəsində  idarə  etmənin  iqti-

sadi  metodunun  köməyi  ilə  mədəniyyət  müəssisələrinin 

təcrübi fəaliyyətində maddi maraq, təsərrüfat və marketinq 

fəaliyyəti, əmək haqqı, planlaşdırma,  mədəni  proseslər və 

bütövlükdə  mədəni  fəaliyyətin  iqtisadi  səmərəliliyi  tən-

zimlənir.  Başqa  sözlə,  iqtisadi  metodlar  ictimaiyyətlə 

əlaqələrdə müəssisələrin iqtisadi səmərəliliyinin inkişafına 

xidmət  etməsilə  yanaşı,  kollektivdə  maddi  həvəsləndirmə 

sistemi  yaradır,  işçilərin  fəallığını  yüksəldir,  əmək  məh-

suldrlığının artırılmasına səmərəli təsir göstərir. Qısa söz-

lə, idarə edilən obyektin iqtisadi  mənafelərinə təsir etmək 

vasitəsilə qarşıda qoyulmuş məqsədə nail olunur.  

İqtisadi  metod  –idarəetmədə  iqtisadi  qanun,  maraq 

və  iqtisadi  norma  və  normativlərdən  istifadəyə  əsaslanan 




108 


kompleks  üsul  və  vasitələrin  məcmusu  başa  düşülür.  İq-

tisadi  metod  müəssisənin  sosial-iqtisadi  təbiətinə  uyğun 

gəlir  və  istehsalın  və  mübadilənin  bazar  əsasında  inkişafı 

vasitəsidir. Bazar iqtisadiyyatına keçdiyimiz müasir şərait-

də  ictimaiyyətlə  əlaqələr  sahəsində  iqtisadi  metodların  ən 

çox tətbiq edilən elementləri: kommersiya hesabı, planlaş-

dırma, əmək haqqı, mükafat, iqtisadi normativlər, innova-

siya,  investisiya  və  maliyyələşdirmə  və  s.  hesab  olunur. 

İctimaiyyətlə  əlaqələr  sayəsində  idarəetmənin  iqtisadi 

metodlarının  tətbiqinin  ən  mühüm  vəzifələrindən  biri  ic-

timai  əlaqələrlə  bağlı  olan  müəssisələrdə  əmək  haqqı  və 

mükfatandırmanın səmərəli iqtisadi mexanizminin yaradıl-

masından  ibarətdir.  İctimaiyyətlə    əlaqələrin  düzgün  təş-

kili müəssisələrin idarə edilməsində və əmək haqlarının və 

mükafatlandırmanın  düzgün  peallaşdırılmasında  olduqca 

böyük əhəmiyyətə malikdir.  

İctimaiyyətlə əlaqələr sahəsində idarəetmənin iqtisa-

di  mexanizminin  fəaliyyətdə  olması  üçün  ən  azı  müəssi-

sənin  iqtisadi  elementlərə  hazırlığını  təmin  etmək  vacib-

dir. Bunsuz müəsisələrin struktur vahidlərinin və təşkilatın 

özünün  müstəqilliyini  genişləndirmək  mümkün  deyil.  Öz 

növbəsində  müstəqilliyin  genişləndirilməsi  təsərrüfat 

fəaliyyətində və iqtisadi metodlardan istifadədə kollektivə 

daha geniş müstəqil imkanlar verir. Belə ki, əsaslı müstə-

qillik  şəraitində  idarəetmənin  iqtisadi  metodlarından  daha 

geniş  istifadə  etmək  olar.  Başqa  sözlə,  kollektiv  maddi 

fondlar, gəlirlər, əmək haqqı fondundan sərbəst istifadəyə 

sərəncam verər və özünün iqtisadi maraqlarını reallaşdırar. 

İqtisadi  metodlar  yeni  imkanların  və  ehtiyatların  aşkara 

çıxarılmasına  imkan  verir  ki,  bu  da  bazar  iqtisadiyyatı 

şəraitində  xüsusilə  vacibdir.  Birinci  növbədə,  kollektivin 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə