Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə36/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   146

117 


•  təcrübəli  model  keyfiyyətində  nümunəvi  qərarlar 

təklif etmək; 

•  problemin  mahiyyətini  açmaq,  göstəriş  vermək, 

təkilfləri  qiymətləndirmək,  qərarlar  qəbul  etmək  (xalis 

demokrat); 

•  məhdudiyyəti  müəyyənləşdirmək  və  əməkdaşlar-

dan qərar qəbul etməyi xahiş etmək

• tabeçilikdə olanların fəaliyyətinə məhdudiyyət qoy-

mamaq. 

Nəzərdə  saxlamaq  lazımdır  ki,  yuxarıda  göstərilən 



üslubların  hər  birinə  “xalis  növdə”  rast  gəlmək  olmaz. 

Rəhbərin çevikliyi də ondadır ki, hər bir üslubun üstünlü-

yündən  istifadə  etsin  və  şəraitdən  asılı  olaraq  onu  tətbiq 

etsin.


9

 

 



4.5. İctimaiyyətlə əlaqələrdə tələbat və bazar 

 

Müasir cəmiyyətdə ictimaiyyətlə əlaqələr ən dinamik 

inkişaf edən fəaliyyət sahələridir. Lakin bu sahələrin yeni 

iqtisadi şəraitə uyğunlaşdırılması çox ləng həyata keçirilir. 

Belə  ki,  uzun  müddət  əsasən  dövlət  büdcəsinin  vəsaiti 

hesabına  maliyyələşdirilən  və  dövlətin  ideologiyasının 

reallaşmasına  xidmət  edən  ictimaiyyətlə  əlaqələr  sahəsi 

peşəkar  kadrların  səviyyəsinə  görə  bazar  iqtisadiyyatı 

şəraitində fəaliyyət göstərməyə tam hazır deyildir. 

Bazar  münasibətlərinə  əlaqədar  sosial-iqtisadi  yeni-

dənqurma ictimai təşkilatlar üçün idarəedici heyyətin lazı-

mi  səviyyədə  hazırlıqlı  və  ixtisaslı  olmasının  aktuallığını 

                                                 

9

 M. Həsənova, A. İsfəndiyarov. Mədəniyyət və İncəsənət sahələrinin 



menecmenti. Mars Print, Bakı-2002, səh.164-170 


118 


şərtləndirir.  İctimai  proseslərin  demokratikləşdirilməsi, 

idarəetmənin  qeyri-mərkəzləşdirilməsi,  ictimai  fəaliyyətin 

çoxlu  təşkilati-hüquqi  formaları,  mədəniyyət  təşkilatları-

nın  müstəqilliyi,  azadlığı  və  dövlətin  yaradıcı  proseslərə 

müdaxilə etməməsi – bütün bunlar milli mədəniyyətin çi-

çəklənməsi  üçün  şərait  yaradır.  Eyni  zamanda  istehlakçı-

ların milli mədəniyyətə marağının aşağı düşməsi və əksinə 

xarici  kütləvi  mədəni  məhsullara  marağın  artması  baş 

verir. Mədəniyyət sahələrinin özünə məxsus xüsusiyyətləri 

mədəniyyət  təşkilatlarının  iqtisadi  fəaliyyətinin,  səmərəli-

liyinin asılı olduğu uyğun idarəetmə mexanizminin işlənib 

hazırlanmasını tələb edir. 

Təcrübə  göstərir  ki,  bazar  iqtisadiyyatı  şəraitində 

müasir  menecmentin  sosial-mədəni,  humanitar  məzmunu 

genişləndikcə,  mədəniyyət  və  incəsənət  sahələrinin  də 

əhəmiyyəti  artır.  Onların  sosial  proseslərə,  siyasi  həyata 

və iqtisadiyyata təsiri güclənir. İdarəetmə sistemi müxtəlif 

səviyyələrdə  sosial-mədəni  yeniliyin  texnologiyasının 

xarakterini daha dəqiq mənimsəyir. 

Bu baxımdan mədəniyyət və incəsənət təşkilatlarının 

qarşısında bu gün iki əsas məsələ durur: 

Birincisi, bazar münasibətləri işini təcrübədə daha da 

genişləndirmək,  yəni  ictimaiyyətlə  əlaqələr  sahələrinin 

idarə edilməsini bazar məzmunu ilə doldurmaq. 

İkincisi,  ictimaiyyətlə  əlaqələr  sahələrinin  menec-

mentinə münasibətdə dünya təcrübəsini maksimum nəzərə 

almaq. 

Belə  vəziyyət  müasir  ictimaiyyət  menecerlərinin 



peşəkarlığına yeni tələblər irəli sürür və demokratikidarə-

etmə  prinsiplərinin  daha  dərindən  öyrənilməsini  zəruri 

edir. Eyni zamanda bazar iqtisadiyyatına keçdiyimiz müa-



119 


sir  şəraitdə  ictimaiyyətlə  əlaqələr  menecmentinin  bütün 

mexanizmlərində  və  əməliyyatlarında  baş  vermiş  radikal 

dəyişikliklər ümumiləşdirilməni və sistemləşdirməni tələb 

edir.  


Bazar  iqtisadiyyatı  şəraitində  ictimaiyyətlə  əlqələr 

sahəsinin  idarə  olunması  demək  olar  ki,  bütün  firmaların 

fəaliyyəti  ilə  qarşılıqlı  münasibətdə  həyata  keçirilir.  İcti-

maiyyətlə  əlqələrin  idarə  olunması  özünün  sosial-mədəni 

kontekstindən, firmaların sosial-mədəni mühitindən asılılı-

ğını  təzahür  etdirməklə  bərabər,  sosial-mədəni  yeniliyin 

texnologiyasının əlamətlərini də mənimsəyir. Bundan əla-

və  hər  bir  ictimaiyyətlə  əlqələr  təşkilatı  daha  dəqiqliklə 

müəyyən mədəniyyətin təmsilçisi olur.  

Bazar  iqtisadiyyatı  şəraitində  biznesin  özü  də 

ictimaiyyətlə  əlqələr  sahələri  ilə  əməkdaşlığa  daha  çox 

maraqlı  olur.  Çünki  hər  bir  firmanın  imici  və  şöhrətinin 

formalaşması,  reklam  kompaniyası  və  satış  üzrə  maraqlı 

tədbirlər  –  sadəcə  olaraq  bayram,  müsabiqə,  sərgi  və  s. 

mədəni tədbirlər keçirilmədən reallaşa bilməz. Başqa söz-

lə,  sosial-mədəni  texnologiyalara  müraciət  etmədən,  icti-

maiyyətlə  əlqələr  sahələrinin  müvafiq təşkilat və idarələri 

ilə birbaşa əməkdaşlıq etmədən mümkün deyil.  

Müasir  cəmiyyətdə  ictimaiyyətlə  əlaqələr  və  biznes 

bir-birini  tamamlayır,  ayrılamzdırlar  və  qarşılıqlı  əlaqədə 

fəaliyyət  göstərirlər.  Bu  qarşılıqlı  əlaqə  iqtisadiyyatın  və 

bütövlükdə  cəmiyyətin  inkişafı  və  təkmilləşməsi  üçün 

vacibdir.  Təcrübə  göstərir  ki,  ancaq  ictimaiyyətlə  əlqələr 

sahələrinin  və  işgüzar  dairənin  əməkdaşlığının  mövcud 

olub,  inkişaf  etdiyi  cəmiyyətdə  sosial-iqtisadi  və  sosial-

mədəni  problemlərin  öz-özünə  inkişafı  və  tənzimlənməsi 

dövlətdən asılı olmadan mümkündür.  



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə