Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə30/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   26   27   28   29   30   31   32   33   ...   154

 

89

2016).  Fikrimizcə,  Qarakalpakıstan,  İran  və  Əfqanıstan  türk-



mənlərində bu haploqrupa P1b və R1a ilə birlikdə rast gəlinməsi 

sözügedən etnik qrupu genetik baxımdan Xvalınsk mədəniyyəti-

nin birbaşa varisi hesab etməyə, eyni zamahda «Xvalınsklı»ların 

da  türkmən,  daha  doğrusu  protooğuz  türkcəsində  danışdıqlarını 

düşünməyə əsas verir. 

Nəzərə  alsaq  ki,  Xvalınsk  mədəniyyətinin  qurulmasında 

türklərlə  birlikdə  iştirak  edən  Q1a  haploqrupunun  daşıyıcıları 

eynən  R1a  və  R1b  haploqruplarının  daşıyıcıları  kimi  ölülərini 

kurqanlarda  basdıqmağa  başlamışdılar,  deməli,  türklərin  dinini 

və dilini qəbul etmiş və zamanla türkləşmişdilər. Amma bu, sa-

dəcə Xvalınsk mədəni arealında yaşayan, Q1a Y-xromosuna sa-

hib olan sadəcə bir və ya bir neçə qəbiləyə aiddir. 

Türkləşmiş həmin qəbilə və ya qəbilələr sonrakı minilliklər-

də  hunların  tərkibində  Avropadan  Çinə  miqrasiya  etmişlər.  Tə-

sadüfi deyil ki, Şimali Çindəki Pengyang məzarlığından tapılmış 

dörd hun skeletinin dördündə də Q1a1a1-M120 haplotipinə rast 

gəlinmişdir (M. Rasmussen et al., 2014, p. 225-229). 

Qeyd etmək lazımdır ki, Q haploqrupunun təmsilçiləri hələ 

mezolit  dövründə  Avropaya  çatmışdılar  .  Bunu  Latviyadakı 

Zveynieki mezolit düşərgəsindən əldə edilmiş Q1a2 haploqrupu 

sübut edir (İain Mathieson, et al., 2017).  

Şübhəsiz  ki,  Xvalınsk  mədəniyyəti  sadəcə  qəbir  abidələri 

əsasında öyrənilməmişdir. Alimlər bu  mədəniyyətə aid  bir neçə 

yaşayış  məskəni  də  üzə  çıxarmışlar.  Bu  baxımdan  İvanovsk  və 

Turqanik,  Samara  vilayətindəki  Qundorovsk,  Həştərxan  vilayə-

tindəki  Kara-Xuduk,  Kairşak  VI,  Kombakte,  Tay-Tübe,  Şimali 

Bukey  (Severnıy  Bukey),  Manqışlak  yarımadasındakı  Manqış-

lak, Volqoqrad vilayətində, Torqun çayı yaxınlığındakı Kumıska 

(Васильев И. Б., Кузнецов П. Ф., Семёнова А. П., 1994) və s. 

qədim yaşayış yerlərini misal çəkmək olar. 

Bölgədəki  sonradan  rusca  adlandırımış  toponimləri  nəzərə 

almasaq,  yaşayış  yerlərinin tapıldığı  ərazilərin adlarının  hamısı-

nın türkcə olması da çox şeydən xəbər və Xvalınsk mədəniyyə-

tində hindavropalıların izlərini axtaranların işlərini çətinləşdirir.  

 



 

90

Cənubi Qafqazın erkən kurqanları və «Kür-Araz eneoliti» 

Çatal-Höyük əhalisinin genetik yapısında dominantlıq edən 

R1b  (24  faizi)  və  R1a  (14  faiz)  haploqrupları  ilə  yanaşı,  1  faiz 

nisbətində  də  olsa,  J  (J2  və  J1)  haploqrupuna  rast  gəlinməsi 

(Hodder  İ.,  2014),  eyni  zamanda  J  (J2  və  J1)  haploqruplarının 

Qafqaz mənşəli olması və onun Qafqazda ən azı 15 minillik tari-

xinin  olması  (Y  Chromosome  Consortium,  2002)  Çatal-Höyük 

mədəniyyətinin qurulmasında birbaşa iştirak etmiş etnosların ən 

azı bir qisminin Konya düzənliyinə Qafqazdan köç etdiyini söy-

ləməyə  əsas  verir.  Burada  ortaya  bir  çıxır:  Şimali  Azərbaycan 

türklərində dominantlıq təşkil edən R1b və R1a haploqrupları da 

Konya düzənliyinə Qafqazdan köçmüş ola bilməzdimi? 

Bu suala hələlik birmənalı şəkildə cavam vermək çox çətindir. 

Çünki Şimali Azərbaycandan hələlik əldə edilmiş ən qədim R1b Y-

xromosom  nümunəsi  e.ə.  IV  minilliyin  sondan  III  minilliyin 

sonuna qədər uzanan bir dövrə, başqa sözlə, Kür-Araz mədəniyyəti 

dövrünə  aiddir  (Iosif  Lazaradis  et  al.,  2016).  Bu  isə  Çatal-Höyük 

dövründən ən azı 5000 il sonra deməkdir. Hələlik əldə olan genetik 

məlumatlar ilk türk köçünün Qafqazdan Anadoluya deyil, Anado-

ludan  Qafqaza  olduğunu  söyləməyə  əsas  verir.  Lakin  türklərin 

Şimali  Azərbaycan  ərazisində  ən  azı  Neolit  dövründən  yaşadığını 

söyləmək  üçün  də  müəyyən  əsaslar  vardır.  Çünki  Azərbaycanda 

hələlik dünyada ilk kurqanı hesab edə biləcəyimiz bir neolit dövrü 

kurqanı  qeydə  alınmışdır.  Doğrudur,  hazırda  həmin  kurqan  ar-

xeoloq Hidayət Cəfərovun kobud səhvi üzündən elmi ədəbiyyatda 

ilk tunc dövrünə aid edilir, amma fakt faktlığında qalır. 

Söhbət  hündürlüyü  1,5  m,  diametri  24  m  olan  119  №  -  li 

Xankəndi  kurqanından  gedir.  Y.  Hümmelin  fikrincə,  burada 

müxtəlif dövrləri – son tunc, erkən tunc və neolit dövrlərini əha-

tə edən üç təbəqəli dəfn hadisəsi baş vermişdir. Yəni sözügedən 

kurqanda  ilk  dəfn  neolit  dövründə  icra  edilmişdir  (Гуммель  Я. 

И., 1948, с. 15-19, рис. 6).  

H. Cəfərov onun səhv etdiyini düşünərək, bu fikirlə razılaş-

mır və bildirir ki, Y. Hümmelin üst təbəqə zənn etdiyi ən üst tə-

bəqə  tunc  dövrünün  «sallama»  qəbiridir,  neolit  dövrünə  aid  ol-




 

91

duğunu düşündüyü skelet isə əslində ilk tunc dövrünün kollektiv 



dəfn mərasimi ilə bağlıdır. Sadəcə olaraq kollektiv dəfn olunmuş 

ölü  sümüklərinin  bir  qismi  kütləvi  dəfn  olunanlardan  bir  qədər 

dərinə düşmüşdür (Cəfərov H., 2000, s. 30). Fəqət alim yerin ne-

cə yarıldığını və skeletlərin hamısının deyil, sadəcə birinin neolit 

təbəqəsinə  hansı  yolla  düşdüyünü  izah  etmir.  Üstəlik  də  neolit 

təbəqəsi o zaman «neolit təbəqəsi» hesab edilir ki, oradan neolit 

dövrünə aid mədəni təbəqə aşkar edilsin. Y. Hümmel kimi peşa-

kar mütəxəssis bu cür kobud səhvə yol verə bilməzdi. 

İşin  ən  maraqlı tərəfi  isə  budur ki, H. Cəfərovun yazdığına 

görə, qəbirdən (II təbəqə) 22 ədəd əzilmiş gil qab tapılmışdır ki, 

onların  toxuma  karkas  üzərində  hazırlandığı  məlum  olmuşdur 

(Cəfərov H., 2000, s. 30-31). Toxuma karkas üzərində hazırlan-

mış  qablar  isə  ilk  tunc  dövrü  üçün  yox,  məhz  neolit  və  erkən 

eneolit dövrləri üçün xarakterikdir. 

Məlumat üçün bildirək ki, 119 № - li Xankəndi kurqanında 

qəbir  çalasına  rast  gəlinməyib.  Buradakı  skeletlər  diametri  4.5 

metr olan dairəvi  səth uzərində aşkar edilib. Kutləvi dəfnin  icra 

edildiyi meydançanın girişini 1.45 x 1.0 x 0.3 metr ölçülü boyuk 

daş plitə qapamışdı. Kurqanın Hümmel tərəfindən çəkilmiş pla-

nında ştrixlənən dağılmamış hissəsində 36 skeletə rast gəlinmiş-

dir.  Onlar  müxtəlif  vəziyyətlərdə  idilər.  Dəfn  meydancası  təbə-

qəsi  büsbütün  götürüldükdən  sonra  ondan  aşağıdakı  təbəqədə 

neolit  dövrünə  aid  daha  qədim  mədəni  təbəqə  aşkar  edilmişdir 

(Гуммель Я. И., 1948, s. 15, 17, 19).  

Arxeoloqlarımızın  bu  kimi  səhvləri  az  deyil.  Bu  baxımdan 

eneolit dövrünə aid olduğu və Soyuqbulaq kurqanlarından daha 

qədim olduğu radiokarbon analizləri ilə tam təsbit edilən Üçtəpə 

kurqanları da deyilənlərə ən gözəl misaldır. Arxeoloji ədəbiyyat-

da onlardan  ilk tunc dövrü abidələri kimi söhbət açılır. Halbuki 

aparılmış  analizlərin  nəticələri  bu  kurqanların  Soyuqbulaq  kur-

qanlarından daha qədim olduğunu ortaya qoymaqdadır.  

Üçtəpə kurqanlarından əldə edilmiş kömür qalıqları əsasın-

da  aparılmış  radiokarbon  analizlərin  nəticələrinə  görə,  kurqan-

lardan biri e.ə.3932-3363, digəri isə 3680-2925 illərə aiddir (Ко-




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə