Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə27/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   23   24   25   26   27   28   29   30   ...   154

 

80

happan  R.,  Урасин  В.М.,  Балаганский  А.Г.,  Баранова  Е.Г., 



Балановский О.П.,2011, c. 12-22). 

O. Balaqanskaya və həmkarlarının gəldikləri bu nəticəyə is-

tinad edən Q. Hümbətov yazır ki, ilk türklərin Sibirə 4000 il əv-

vəl gəldiyi təsdiq edilir ki, bu da ilk «andronovoluların» (Andro-

novo  mədəniyyətinin  daşıyıcılarının)  həmin  regionda  peyda  ol-

ması  dövrü  ilə  üst-üstə  düşür  və  arxeoloqların  gəldiyi  nəticəni 

təsdiq edir (Гумбатов Г., 2015). 

Beləliklə, genetika elmi ilk türklərin Altay, Sayan, Pamir və 

Tyan-Şana  4000  il  bundan  əvvəl  qərbdən,  daha  dəqiq  desək, 

Qərbi  Avrasiyadan  gəldiklərini  bildirir.  Bu  isə  o  deməkdir  ki, 

türklərin Altay mənşəli olduqları və bu ərazidən bütün Avrasiya 

ərazilərinə yayıldıqları fikri öz təsdiqini tapmır. Yəni Altay Nə-

zəriyyəsini  uyduranlar  onu  siyasi  və  geosiyasi  məqsədlərlə  uy-

durmuşlar və bu nəzəriyyənin heç bir elmi əsası yoxdur. 

Genetiklərin Avrasiya ərazisinə yayılmış və müxtəlif minil-

liklərə  aid  çoxsaylı  kurqanlardan  aşkar  edilmiş  skeletlərdən  gö-

türdükləri DNT nümunələri əsasında onların, demək olar ki, ha-

mısının R1a və R1b haploqruplarının daşıyıcısı olduğu və həmin 

genlərin Qərbi Avrasiyanın eneolit dövrü qədim əhalisi ilə bağlı 

olduğu üzə çıxmışdır. 

Tərkibinə  Rusiyanın  Y.Balanovskaya,  O.Balaqansakaya, 

L.Damba,  X.Dibirova,  A.Aqocanyan,  Y.Boqunov,  M.Jabagin, 

J.İsakova,  M.Lavryaşina  və  O.Balanovskiy  kimi  aparıcı  genetik-

lərinin  daxil  olduğu  genetiklər  qrupunun  apardıqları  tədqiqatlar 

nəticəsində gəldikləri nəticə də çox maraqlıdır. Onlar birlikdə qə-

ləmə  aldıqları  «Altay-Sayan,  Tyan-Şan  və  Pamirin  türkdilli  dağ 

və çöl əhalisinin genofonduna təbii  şəraitin təsiri» adlı  məqalədə 

sözügedən  bölgələrinin  türk  əhalisi  arasında  uzun  illərdən  bəri 

apardıqları  tədqiqatların  nəticələrinə  nöqtə  qoyaraq  yazırlar  ki, 

Altay-Sayan,  Tyan-Şan  və  Pamirin  türkdilli  əhalisinin  genofon-

dundakı Y-xromosom markeləri əsasında genlərin üç axını müəy-

yən edilib. «R1a1a hamloqrupu ilə markerləşdirilən Qərbi Avrasi-

ya geni tədqiata cəlb edilmiş bütün türk xalqlarında (yakutlardan 

başqa) dominantlıq təşkil edir (orta hesabla 45 %). Bu haploqrup 




 

81

şorlarda 60%, tubalar və altay-kijilərdə 50% təşkil edir. Digər təd-



qiq edilmiş türk xalqarında isə bu göstərici 24-57 % faiz arasında 

dəyişir.  R1b1b-ə  isə  çox  nadir  hallarda  rast  gəlinir  və  o,  1%  -i 

keçmir (Балаганская О.А., Балановская Е.В., Лавряшина М.Б., 

Исакова  Ж.Т.,  Сабитов  Ж.М.,  Фролова  С.А.,  Романов  А.Г., 

Дибирова Х.Д., Кузнецова М.А., Захарова Т.А., Pitchappan R., 

Урасин  В.М.,  Балаганский  А.Г.,  Баранова  Е.Г.,  Балановский 

О.П.,2011, c. 12-22; Балаганская О.А., Балановский О.П., Лав-

ряшина М.Б., Кузнецова М.А., Романов А.Г., Дибирова Х.Д., 

Фролова С.А., Захарова Т.А., Баранова Е.Е., Сабитов Ж., Ни-

мадава П., Балановская Е.В., 2011, c. 25-39). 

Dünyanın  ən  tanınmış  genetiklərindən  hesab  edilən  ameri-

kalı mütəxəssis P. Anderhill dünyanın 32 aparıcı genetiki ilə bir-

likdə qələmə aldığı  bir  məqaləsində  bildirir ki,  fileocoğrafi  mə-

lumatlar tədqiqatçıları  belə  bir  fikrə gətirib ki,  R1a-M420 halo-

qrupunun  ilkin  diverfikasiya  epizodları  təqribən  5800  il  öncə 

İranın  bilavasitə  yaxınlığında,  Qərbi  Azərbaycan  vilayətində  və 

Şərq  Anadoluda  baş  verib.  Tədqiqata  cəlb  edilmiş  R1a-M420 

(xSRY10831.2) xromosom barədə məlumatların 18-i İranın Qər-

bi Azərbaycan vilayətindən, 3-ü isə Şərqi Anadoludan əldə edil-

mişdir.  Müşahidə  edilən  R1a1-SRY10831.2  (xM417  /  Page7) 

altı  xromosomdan  beşi  də  analoji  olaraq  məhz  İran  Azərbayca-

nında  üzə  çıxarılıb  (Underhill,  P.A.;  Myres,  Natalie  M;  Rootsi, 

Siiri;  Metspalu,  Mait;  Zhivotovsky,  Lev  A;  King,  Roy  J;  Lin, 

Alice A; Chow, Cheryl-Emiliane T; et al., 2009, p. 479–484). 

Alimin  sözlərinə  görə,  regionda  R1a  haloqrupunun  bazal 

xətlərinin müxtəlifliyi və zənginliyi bu genin Yaxın Şərq mənşə-

li  olduğuna  şübhə  yeri  qoymur  və  onun  doğuş  yeri  kimi  İranın 

şimal-qərbini  gözdən  keçirməyə  imkan  verir  (Underhill,  Peter 

A., 2015, p.124-131). 

ABŞ və Avropa alimlərinin bu sahədəki araşdırmalarını də-

rindən  təhlil  edən  Q.  Hümbətovun  yazdığına  görə,  son  illərdə 

qədim  və  çağdaş  türk  xalqlarının  genofondunu  araşdıran  çox 

sayda tədqiqat əsəri yazılmışdır. Tədqiqatçılar 2012 ildə Cənubi 



 

82

Azərbaycan  sakinlərində  R1a  (SRY10831.2)  relikt  haploqrupu-



nu, eləcə də daha qədim R1a-M420 əcdad genini tapmışlar.  

«R1a haploqrupunun daşıyıcısı olan protürklər e.ə. X minil-

likdən etibarən Cənubi Qafqazda yaşamışlar. P. Anderhill və di-

gərlərinin  tədqiqatlarına  əsasən  deyə  bilərik  ki,  təqribən  6000-

5500  il  əvvəl  R1a  (M420)>(M198),  (M417)  >  (SRY10831.2) 

haploqrupunun  daşıyıcıları  olan  qədim  türklərin  bir  qismi  yeni 

otlaq yerləri axtararaq, Qafqazdan keçməklə Avrasiya düzənlik-

lərinə  hərəkət  etmişlər  -  R1a  (SRY10831.2)  >  (Z93).  Qədim 

türklərin başqa bir hissəsi isə (çağdaş cənubi azərbaycanlılar) əs-

ki yurd yerlərində qalıblar.  

Məlum  olduğu  kimi,  R1a  haploqrupu  türk  etnosunun  və 

kurqan  mədəniyyətinin  yayılma  markeri  kimi  tanınır.  Bu  hap-

loqrupun  yüksək  tezliklərinə  bütün  türk  xalqlarında  və  onların 

tarixi  qonşularında  rast  gəlinir.  Türklər  5000  ildir  ki,  həmin 

xalqlarla təmas halındadır. 

Beləliklə, ehtimal etmək olar ki, R1a haploqrupunun daşıyı-

cısı olan çağdaş kişilərin böyük əksəriyyəti protürklərin xələflə-

ridir  və  onların  əcdadları  Cənubi  Azərbaycandan  çıxmışlar» 

(Гумбатов Г., 2015) 

Avropada  neolit  mədəniyyəti,  şübhəsiz  ki,  Anadoluda  və 

Yaxın Şərqdə ilk dəfə peyda olan neolitdən asılı olmayaraq, yəni 

müstəqil  şəkildə  yaranmışdır  və  bunu  qətiyyətlə  söyləmək  olar, 

amma  enolit  dövrü  haqqında  bunu  söyləmək  çətindir  və  hətta 

mümkün  də  deyil.  Arxeoloqlar,  bir  qayda  olaraq,  eneolit  mə-

dəniyyətinin  Avropa  və  Qafqaza  ayaq  açmasını  Anadoludan  və 

ona  həmsərhəd  olan  Güney  Azərbaycandan  köçüb  gələn  miq-

rantlarla  bağlayırlar.  Genetiklərin  tədqiqatları  sayəsində  həmin 

köçmənlərin R1a və R1b Y-xromosomlarının daşıyıcıları olduq-

ları, bir müddət sonra kurqanda dəfn ənənəsinin də məhz onların 

içərisində yarandığı məlum olmuşdur.  

Kurqanda  dəfn  adətinin  ilk  dəfə  hansı  ərazidə  yarandığı 

uzun  müddət  mübahisələr  mövzusu  olsa  da,  elmə  məlum  kur-

qanların  radiokarbon  üsulu  ilə  yaşının  müəyyənləşməsindən 

sonra bu məsələyə müəyyən qədər aydınlıq gətirilmişdir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə